"Verdiyimiz pulu boşuna verməmişik..." - NARAZILIQ VAR...
Tarix: 18-12-2023, 09:51 |
Çap et
"Şikayətim "Sizin xalı" şirkətinin xalçayuma xidmətindəndir.
Deməli, xalça yumaq xidmətlərindən tam narazı qaldıq. (təmiz yuyulmayıb). Narazılığımızı bildirmək üçün zəng edib şikayət edirik, "menecer" dəfələrlə müraciətdən sonra nəhayət cavab verir və heç cür razılaşmır ki, xalçanı təmiz yumayıblar. Şəkil, video atırıq deyir biz baxdıq normal görünür, Deyirəm gəlin yerində baxın izah edək, deyir ki, belə xidmətimiz yoxdur. Nəticədə narazılığınızın heç bir qarşılığı olmayacaq, Təkrar yumaqdan söz gedə bilməz.
Hətta kobud danışaraq şikayətə əhəmiyyət vermir və İstədiyiniz yerə şikayətinizi bildirin deyir.
Elə də edirəm onsuz da, lazımi ünvanlara şikayətimi edirəm. Yaxında qarşılığını görərlər. Verdiyimiz pulu boşuna verməmişik.
Qısacası heç kimə bu şirkəti tövsiyə etmirəm. Daha məsləhətli şirkətlərə üz tutun".
Şikayətçi: İlkin Rəfiyev - Mənbə: "Şikayətim Var" SQ
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...