Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                 

Talıbovun əsas məmurları “vitrində”… - Səbuhi Məmmədovun “Arkoz” sevgisi nədən qaynaqlanır?
Tarix: 25-12-2023, 09:27 | Çap et
Talıbovun əsas məmurları “vitrində”…
Vasif Talıbovun vəzifəsilə vidalaşmasından bir ildən artıq vaxt ötüb. Bəs bu müddət ərzində Naxçıvanda fundamental dəyişiklik olubmu? Əslində, bir ilə bunu gözləmək də məntiqsiz olardı. Cünki illərdən bəri yığışıb qalan problemlərin cəmi bir il ərzində həlli mümkün deyildi. Ancaq sadə naxçıvanlılar hesab edir ki, heç olmasa tikinti sektorunu canlandırmaqla iş yerlərinin açılmasına nail olmaq mümkün idi. Etiraf edək ki, Naxçıvandakı hakimiyyət dəyişikliyindən sonra, əhalinin daha çox çalışdığı sahələrdən olan tikinti sektorunda sükunət hökm sürür. Əvvəl bu vəziyyəti biz də başqaları kimi yeni komandanın səriştəsizliyi kimi qəbul edirdik. Ancaq son günlər ərzində önümüzdə canlanan mənzərə, təqdim olunan faktlar mövzuya olan münasibətimizə bir qədər korrektələr etmiş oldu. Sən demə, tikinti sahəsində hökm sürən sükutun çox dərin və obyektiv səbəbləri varmış. Bir neçə gündür ki, Naxçıvanda tikinti sektorda baş vermiş özbaşınalıqlarla bağlı çeşidli məlumatlar tirajlanır. Həmin materiallarla tanış olduqda bəlli olur ki, demə, Vasif Talıbov dönəmində icra edilən böyük tikinti layihələrinin əksəriyyətinin nəinki normal sənədləri, heç layihəsi və smetası belə olmayıb. Bütün bu işləri görən şirkət isə talıbovlarla , türk əsilli iş adamı – Emin Uçalın şərik işlətdikləri “Gəmiqaya” , sonra isə ondan törəyən “Arkoz” olub. Naxçıvandakı yeni rəhbərlik “Arkoz”un gördüyü işləri təhvil götürəndə dəhşətli mənzərə ilə üzləşib. Görüblər ki, hətta Prezident İlham Əliyevin belə açılışında iştirak etdiyi strateji tikililər qısa müddət ərzində dağılıb, ciddi aşınmaya məruz qalıb. Məlum olub ki, tikintilərdə keyfiyyətsiz materiallardan istifadə edilib. “Arkoz”dan etdikləri nöqsanları aradan qaldırmaq tələb olunanda isə, onlar bunu tələb edənlərin üzərinə media preysinqi ilə cavab veriblər. Etiraf edək ki, “Arkoz”un mövqeyini ifadə edən yazıları biz də digər KİV-lərə istinadən saytımızda vermişik və istəyənlər axtarış verib, onlarla tanış ola bilər. Bunu ona görə xatırladırıq ki, kimsə bizi birtərəfli olmaqda ittiham etməsin. Təsəvvürümüz nə vaxt dəyişdi? “Arkoz”un ittihamlarına tuş gələn və oradakı layihələrin konsaltinqini həyata keçirən şirkət Naxçıvana bir media tur təşkil etdi. Həmin media turda iştirak edənlərdən biri də, hörmətli həmkarımız Heydər Oğuz oldu. Məhz Heydər Oğuzun konkret faktlara əsaslanan silsilə reportajlarından sonra belə qənaətə gəldik ki, əslində, “Arkoz” – un qaldırdığı bu səs-küy məsuliyyətdən yayınmaq üçün imiş.
Məhz bunları tam dərk edəndən sonra, “Naxçıvanın tikinti sektorunda kompromat savaşı” adlı bir videomateral hazırladıq. Bundan sonra, bilirsinizmi, “Arkoz”la bağlı nə qədər şikayət aldıq? Məsələn, Quliyev Malik İbrahim oğlu bizimlə əlaqə saxlayaraq bildirdi ki, o, “Naxçıvançay İstirahət Mərkəzinin” tikintisində podratçı kimi 201 min manatlıq iş görüb, ancaq “Arkoz” onun vəsaitini ödəmək istəmir. Hazırda bu işin məhkəmə müstəvisində araşdırıldığı bildirildi. Sözügedən iş adamı “Arkoz”un bu özbaşınalığı ilə bağlı bizə geniş videomüsahibə də verməyə hazır olduğunu bildirdi. “Arkoz”la bağlı edilən çoxsaylı şikayətlərdən sonra həmin şirkətin

Naxçıvandakı “vitrinini” araşdırdıq. Rəhbərlik və əsas söz sahiblərinin köhnə Vasif Talıbov komandasının məmur təmsilçilərindən təşkil edildiyinin şahidi olduq. Məsələn, onlardan birinin adını qeyd edək: Asəf Məmmədov. Bu adam Talıbov hakimiyyəti dönəmində Tikinti Komitəsinin sədri, sonra isə Baş nazir Səbuhi Məmmədovun müavini işləyib. Demək olar ki, tikintiyə görə əsas məsuliyyət daşıyan adam olub. Sonra Vasif Talıbov bu adamı əməlli başlı “sıxıb suyunu” çıxardı. Həmin vaxt mediada Asəf Məmmədovun özünü asdığına dair məlumat yayıldı. Bu adam qorxusundan ölü yox, diri olduğunu belə çıxıb mediaya deməyə cəsarət etmirdi. Özü ilə danışıb, dəqiqləşdirəndən sonra onun ölməyib, diri olduğunu ilk olaraq biz yaydıq. Bu adamın Bakıda dəyəri milyonlarla ölçülən mülkləri var. Məsələn, Yasamal ərazisindəki “Tri korona” deyilən binanın birinci mərtəbəsində “Araz” marketə icarəyə verilən iri həcmli “obyektin” də sahibinin bu şəxs olduğu bildirilir. Asəf Məmmədovun elə həmin binada bir neçə mənzili də var. Onun Novxanıda bahalı villaları, “Həsənoğlu” şirkətinin inşa etdirdiyi binalarda bir neçə bahalı mənzilinin olduğu da dəqiqdir. Aydındır ki, Asəf Məmmədov bu varidata halal yollarla sahib olmayıb. Bəs onda niyə ona “gözün üstə qaşın var” deyən yoxdur? Bəyəm, “Arkoz”un çətiri altında olmaq ona toxunulmazlıq qazandırır? Kimdir bu adamı himayə edən ki, o, bir vaxtlar məmur kimi etdiyi qanunsuzluqları indi də “Arkoz”da davam etdirir?

“Arkoz”un Naxçıvanda əsas işgörənlərindən biri də Elçin Qəhrəmanov adlı şəxsdir. Bu adam da əvvəl Tikinti Komitəsinin sədri olub. Onun Hümbət adlı oğlu Seymur Talıbovla bacanaqdır. Hümbət Qəhrəmanov “Badamlı”, “Bahar karqo”nun əsas idarəçilərindən olub. Həm Asəf Məmmədovun, həm də Elçin Qəhrəmanovun korrupsioner keçmişlərinə baxmayaraq, burunlarının belə “qanamaması” bir sıra suallar doğurur: bacanağının atasını Seymur Talıbov himayə edirsə, bəs, Asəf Məmmədovun bu toxunulmazlığını kim təmin edir?
Maraqlıdır ki, bu adamların hər biri hazırda Naxçıvanın Baş naziri olan Səbuhi Məmmədova yaxınlıqları ilə seçilirlər. Hətta belə məlumatlar var ki, “Arkoz”un mövqeyini ifadə edən və Naxçıvanda gedən bəzi prosesləri dəqiq özündə əks etdirən bəzi məlumatları da mediaya məhz bu qrup tərəfindən sızdırılır. Biz bir dəfə bu mövzuya detallı toxunmuşuq. Əslində, Vasif Talıbov dönəminin əsas məsuliyyətini daşımalı olan şəxslərdən biri də məhz Baş nazir Səbuhi Məmmədov olmalıydı. Çünki onun tutduğu vəzifə bunu deməyə əsas verir. Biz isə Səbuhi Məmmədovun nəinki məsuliyyət daşıdığını, əksinə, öz mövqeyini qorumağı bacardığını, hətta yeri gələndə müəyyən işləri sabotaj edə bildiyinin də şahidi oluruq. Çox maraqlıdır ki, Vasif Talıbovun mövqeyi laxlayan vaxt, onun özünü və komandasını “yıxıb sürüyən” media Səbuhi Məmmədov və onun kurasiyasında olan vəzifəli şəxslərin üzərindən sükutla keçməli oldu. Bu faktın özü, çox mətləblərə aydınlıq gətirmiş olmurmu?

Deməli, belə çıxır ki, Naxçıvanın Baş nazirinin hazırkı mövqeyi MR-dəki strateji obyektləri zay vəziyyətə salan “Arkoz”dan şəffaflığın təmin olunmasını tələb edənlərlə deyil, Emil Uçar və onun ətrafında olan sabiq məmurlarla daha çox uzlaşır! Görəsən niyə?..

Azinforum.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24
DSK sədri vəfat etdi - FOTO
Dünən, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru