AZAL-ın ucuz UCUZLAŞMA ŞOUSU... - Belə ENDİRİM OLUR?
Tarix: 27-12-2023, 10:07 |
Çap et
AZAL yenə endirim kampaniyası şousuna staet verib. Bu dəfə istiqamət Rusiya şəhərləridir. Son üç gün ərzində gələn ilin mart və may aylarına 79 manatdan bilet almaq mümkündür. Lakin bu da özünü reklam etmək və vətəndaşları dolamaq aksiyasıdır. Çünki “qara cümə” kampaniyası zamanı da üzə çıxmışdı ki, o qiymətə heç də həmin tarixlərdə bilet tapılmır, sadəcə, məhdud sayda ucuz məbləğə bilet satışdadır.
Tribunainfo.az yazır ki, AZAL vaxtaşırı belə kampaniyalarla öz imicini yaxşılaşdırmağa çalışır, lakin daha ciddi kütləvi narazılıq yaranır. Sosial şəbəkələrdə aviaşirkət kəskin tənqid olunur. AZAL mövcud olduğu müddətcə bu qiymətləri monopoliyadan çıxarmaq mümkün deyil və mümkün olmayacaq. Bunun yeganə səbəbi AZAL-a heç kimin bata bilməməsidir. AZAL dünyanın ən baha aviaşirkəti adını özündə saxlayır. İllərdir bununla bağlı yazılır, iradlar bildirilir, hər yerdə biabır oluruq, amma bu onlar üçün əhəmiyyətli deyil. Bunlar bir monopoliya yaradıb, imkan vermirlər ki, bazara başqa şirkətlər daxil olsun. Düzdür, Azərbaycanda bir neçə şirkət mövcuddur, lakin onlar da elə bir vəziyyət yaradılıb ki, AZAL-dan çox fərqlənirlər. Tənqidlərlə bağlı şirkətin mövqeyini dərc etməyə hazırıq.