Naxçıvan MR Təhsil Nazirliyi bu gün rəsmən “xan” qaydalarına keçib.
Muxtar Respublikadan Ovqat.com-a məktub göndərən müəllimlərin iddiasına görə, bu gün MR Təhsil Nazirliyində direktorların müşavirəsi olub.
Müşavirədə çıxış edən nazirlər müavinlərindən biri (adı çəkilmir) direktorlara tapşırıb ki, sabahdan “xan” dövründən qalan və “canişin” tərəfindən ləğv edilən müəllim uniformalarının yenidən geyinilməsi təmin olunmalıdır.
Uniformasız dərsə gələn müəllimlərin sinifə buraxılmayacağı bildirilir.
Müəllimlərdən biri yazır:
Bu isə digər bir müəllimin yazdıqlarıdır.
Hər iki müəllim müəllim uniformalarına qayıdışı “şəxsiyyət azadlığı”na qarşı addım hesab edir və öz etirazlarını bildirirlər.
Qeyd edək ki, Prezidentin xüsusi nümayəndəsi hardasa 1 il əvvəl onun 12 nömrəli məktəbə direktor təyinatına etiraz edən müəllimləri qəbul etmiş və onların eyni cür uniforma geyindiyini görüb təəccüblənmişdi. Müəllimlərin üniforma geyinmək məcburiyyətini şəxsiyyət azadlığına zidd hərəkət kimi qiymətləndirən elə həmin iclasda öz əyan-əşrəfinə göstəriş vermişdi ki, bundan sonra bu cür məcburi qaydalar ortadan qaldırılmalıdır.
Üzərindən 1 il keçməmiş Naxçıvan təhsil sisteminin yenidən “xan” qaydalarına qayıdışı müəllimlər arasında ciddi narazılığa yol açmışdır.