Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu .....                     “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” .....                     AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib .....                     Trampın komandasında KİM OLURSA-OLSUN... .....                     XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... .....                     Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... .....                     İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... .....                     Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... .....                     Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... .....                     "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" .....                     Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... .....                     “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU .....                     Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” .....                     Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? .....                     Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur .....                     Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır .....                     Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi .....                     "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub .....                     TAKSİ DƏLƏDUZLUĞU... .....                     Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü .....                     "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" .....                     Ali nümayəndədən ibtidai fikirlər .....                     Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı .....                     "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." .....                     “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” .....                     Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” .....                     Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu .....                     Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı .....                     Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? .....                     Gənc şair faciəvi şəkildə öldü .....                     Parisin SAXTA MAHİYYƏTİ... .....                     Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş .....                     ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi .....                     Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı .....                     Paşinyanın sözləri havaya atılan güllələr kimidir .....                     Qanunların himayəsində .....                     "Zelenskinin alternativi yoxdur" .....                 

İnsanların qəsdinə duran “Evrostroy – S.S” şirkəti məsuliyyətdən niyə QAÇIR? - Bakının LİFT DƏRDİ
Tarix: 19-01-2024, 11:05 | Çap et
 İnsanların qəsdinə duran “Evrostroy – S.S” şirkəti məsuliyyətdən niyə QAÇIR?
Bakıda çoxmərtəbəli binanın liftinin qırılması və xəsarət alanların olması digər yaşayış binalarındakı liftlərin təhlükəliliyi məsələsini aktuallaşdırıb. Son illər paytaxtın ayrı-ayrı ərazilərində bənzər hadisənin təkrarlanması ictimaiyyətdə narahatlıq doğurur.

İddialara görə paytaxt binaları keyfiyyətsiz və texniki göstəriciləri aşağı olan liftlərlə təmin edilir. Bu azmış kimi liftlərin istifadəyə yararlı olub-olmamasına nə vaxtı-vaxtında nəzarət edilir, nə də planlı baxış keçirilir. Nəticədə isə bədbəxt hadisələrin qurbanı sıravi vətəndaşlar olur.

Elə iki gün əvvəl Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında baş verən olay kimi…Liftin qırılması və 4 nəfərin xəsarət alması binanın liftinə xidmət göstərən şirkətin məsuliyyətsiz davranışını ortaya qoyur…

Araşdırmamızın izi ilə…

Bizim.Media-nın araşdırması əsasında məlum olub ki, lifti qırılan bina “Universal servis" MTK -nın balansındadır.

Bunu Bizim.Media-ya lifti qırılan Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanındakı binanın komendantı İntizam Piriyev də təsdiqləyib.

Hətta bildirib ki, bina 2008-ci ildə inşa edilib və lift də həmin ildə quraşdırılıb. Amma binaya məskunlaşma 20 il öncə olub. MTK rəsmisinin sözlərinə görə onların balansında olan binalardakı liftə “Evrostroy – S.S” MMC şirkəti xidmət göstərir. İki şirkət arasında müddətsiz müqavilə imzalanıb. Liftdə nasazlıq yarananda MTK şirkətin servisinə məlumat verir. Onlar liftə baxış keçirir və problemi qeyd edirlər. Bundan sonra MTK servis xidmətinə təmir pulunu verib lifti düzəltdirir. Yəni xidmətlə bağlı prosedur belə olur…

Binada liftlə bağlı nasazlıq isə ilk hadisə deyil. Sakinlərin bildirdiyinə görə dəfələrlə liftin xarab olması ilə bağlı bina nəzarətçisinə müraciət ediblər. Hətta elə olub ki, nasazlıq ucbatından lift günlərlə bağlı qalıb.

MTK müqavilə bağladığı şirkətdən niyə narazıdır?

İntizam Piriyev elə özlərinin də “Evrostroy – S.S” MMC-nin xidmətindən narazı olduqlarını dilə gətirib. Çünki liftdəki nasazlığın əsl səbəbini nə vaxtında araşdırıb onlara məlumat veriblər, nə də xidmət göstərdikləri dövrdə istənilən problemin kökünü birdəfəlik yoluna qoymaqda maraqlı olublar:

““Evrostroy – S.S” MMC, konkret desək Səməd adlı şirkət rəsmisi ilə müqaviləmiz var. Liftdə nasazlıq yarananda təmiri də Səməd edir. Bu şirkətin tək biz deyil, başqa binalarla da xidməti müqaviləsi var. Xidmət isə o deməkdir ki, liftlə bağlı hər şeyə cavabdehdirlər. Ustadır, gəlir yoxlayır və liftin hansısa detalında problem olduğunu deyir. Pulunu veririk, onlar isə təmir edir. Yalnış düzəldirlərsə, qüsur yaranırsa və yaxud nəyisə görə bilmirlərsə, o artıq xidmətin günahıdır. Biz lift mütəxəssisi deyilik axı…Adam gəlir yoxlayır və deyir ki, bu-bu detallar dəyişməlidir. Pulunu verirəm, düzəldir.

Hansı ki, başqa detallar da təmir edilməliymiş, özünü əziyyətə salmamaq üçün bəzi şeyləri demir.

Son hadisə ilə bağlı müstəntiq gəldi, izahat aldı, özü ilə mütəxəssis də gətirmişdi. Mütəxəssis liftdə əsaslı qüsurlar çıxarıb. Mən isə şirkət rəsmisinə iradımı bildirdim ki, bu 10 günün deyil, çoxdanın qüsurudur. Liftdə nə qədər qüsur varsa, şirkət cavabdehdir. Vaxtında bizə bu barədə məlumat verməli idilər. Məsuliyyəti kənara atmaqla deyil. Üstəlik başqa səbəb də gətirə bilməzlər, müqaviləmizin vaxtı bitməyib”.

“Evrostroy – S.S” MMC-nin Mətbuat Xidmətinin rəhbəri İradə Nurəddinqızı isə MTK rəsmisinin dediklərini təkzib edib. O, deyib ki, sözügedən ünvandakı bina və liftlərlə “Evrostroy-S.S” şirkətinin heç bir əlaqəsi yoxdur.

Ayrıca “Evrostroy – S.S” MMC-nin Səməd adlı rəsmisi də açıqlama vermək istəməyib və fikrini iki ay əvvəl şirkətdən çıxması ilə əlaqələndirib.

“Evrostroy – S.S” MMC -nin Akif Çovdarovla nə bağlılığı var?

“Evrostroy – S.S” MMC (Sipark) şirkətinin rəhbəri Taleh Abbasov, şəriki isə Seymur İsayevdir. Hazırda dələduzluqda ittiham olunan hər iki şəxslə bağlı iş məhkəmdədir. Belə ki, "Evrostroy-S.S" (MMC), "Zaman-İ" Mənzil Tikinti Kooperativi (MTK) və SİPARK Yaşayış Kompleksinin rəhbəri Taleh Abbasov "Yapı Kredi Bank Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən məhkəməyə verilib.

Yerli mediada şirkət rəhbəri Taleh Abbasovun adı Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovla yaxınlıqda hallanıb. Hətta “Evrostroy-S.S” MMC-nin Akif Çovdarova məxsus olduğu barədə də məlumatlar var.

Zaman-zaman mətbuatda “Evrostroy-S.S” MMC ilə bağlı çoxsaylı qalmaqallı xəbər və şikayətlər yer alıb. Bakıda inşaat işlərini podratçı qismində “Evrostroy-SS” MMC aparır. Hansı ki, binaların inşasını həyata keçirən şirkətin tikintidə keyfiyyəti və standartlara uyğunluğu şübhə doğuran armaturlardan istifadə etdiyi iddia olunur.

Bu şirkət həm də paytaxdakı xeyli sayda çoxmərtəbəli binanın liftlərinə cavabdehdir. Şirkətin xidmətində olan başqa binalarda da bəhs etdiyimiz analoji olay yaşanıb.

İddialara görə şirkətin servisi nasaz olan liftlərə standartlara cavab verməyən və sertifikasiyası olmayan detallardan istifadə etdiyi üçün bədbəxt hadisələr baş verir.

Qeyd edək ki, bu ilin fevralında Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Evrostroy-SS” şirkətinin adını ən çox şikayət daxil olan tikinti şirkətləri arasında göstərmişdi.

Məlumatlara görə əvvəlki adı “Evrostoy – S.S” MMC olan indi ki, “Sipark İnşaat” tikinti şirkəti Bakının bir neçə küçəsində pilot layihə adı altında binaların inşasını uzatmaqla məşğuldur.

Bununla bağlı sakinlərin şikayətləri bir neçə dəfə mediada ictimailəşsə də, “Evrostoy – SS” onları müxtəlif bəhanələrlə yola verməkdədir.

Şikayətlərdən aydın olur ki, bu şirkətin Bakının başqa ərazilərindəki tikinti layihələri ya yarımçıq dayanıb, ya çox ləng gedir, ya da şirkət heç bir yeni proyekt reallaşdırmır.

Məlumat üçün onu da bildirək ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 2021-ci ildə “Evrostroy-S.S” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə “Evrostroy-S.S” MMC-nin hazırda dövlət büdcəsinə 8 milyon 969 min 636 manat 07 qəpik borcu var.

Məlumat üçün bildirək ki, ölkə üzrə qeydiyyata salınmış 20 minə yaxın lift var. Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyinin tabeliyində isə 5 400 lift var. Hazırda şəhərdə 2 400-dən çox liftin dəyişdirilməsinə ehtiyac var.

Xatırladaq ki, baş verən son lift qəzasında 4 nəfər xəsarət alıb. Belə ki, sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb. Xəsarət alan 2 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan, 1 uşaq isə Sabunçu Tibb Mərkəzindən müalicə olunaraq evə buraxılıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39
“Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35
AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33
Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25
XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24
Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16
Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14
Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09
"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02
Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59
“Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55
Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35
Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22
Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07
Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36
Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14
“Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11
Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07
Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05
Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59
Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru