Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... .....                     İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... .....                     Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... .....                     Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... .....                     "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" .....                     Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... .....                     “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU .....                     Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” .....                     Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? .....                     Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur .....                     Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır .....                     Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi .....                     "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub .....                     TAKSİ DƏLƏDUZLUĞU... .....                     Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü .....                     "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" .....                     Ali nümayəndədən ibtidai fikirlər .....                     Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı .....                     "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." .....                     “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” .....                     Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” .....                     Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu .....                     Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı .....                     Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? .....                     Gənc şair faciəvi şəkildə öldü .....                     Parisin SAXTA MAHİYYƏTİ... .....                     Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş .....                     ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi .....                     Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı .....                     Paşinyanın sözləri havaya atılan güllələr kimidir .....                     Qanunların himayəsində .....                     "Zelenskinin alternativi yoxdur" .....                     Tehran Vaşinqtona məxfi mesaj göndərib .....                     Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir .....                     MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb .....                     “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək .....                     “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var .....                 

Biləsuvarda köhnə hamam... köhnə tas... - İLGİNC İDDİALAR...
Tarix: 31-01-2024, 09:51 | Çap et
Biləsuvarda köhnə hamam... köhnə tas...
Fevralın 23-də İcra Hakimiyyətində koridorla gedərkən Faiq Qürbətovla qarşılaşdım. Faiq Qürbətov mənə bildirdi ki, bəs deyirdin mənim ərazimdən indiyə kimi oğuluq olmayıb, heç kim də oğurluq edə bilməz. Sənin özünün atını oğurlayıblar ki. Mən Faiq Qürbətova bildirdim ki, “mənim atımı həyətimdən deyil, Mahmudçala adlanan dövlət qoruğundan oğurlayıb aparıblar. Bir halda ki, bu barədə məlumatlısınız, demək, bu işdə Sizin də əliniz var”. deyil, Mahmudçala adlanan dövlət qoruğundan oğurlayıb aparıblar. Bir halda ki, bu barədə məlumatlısınız, demək, bu işdə Sizin də əliniz var”.

Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev dəfələrlə səslənib ki, dövlət məmurlarının məsuliyyəti artmalıdır: “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir”.

Amma ölkə başçısı dəfələrlə bu məsələyə toxunsa da, məmurlara müxtəlif xəbərdarlıqlar etsə də, xalqa sədaqətlə xidmət etməyi onların qarşısında bir nömrəli vəzifə kimi qoysa da, bir çox məmurlar hələ də öz vəzifə səlahiyyətlərini aşmaqda davam edirlər. Arzuolunmaz hal budur ki, məmurların öz arasında da çəkişmə gedir, xüsusilə də aşağı manqanı təşkil edən dövlət qulluqçuları iyerarxiya nərdivanının daha yuxarı pilləsində duranların məkrli niyyətlərinin qurbanı olurlar. Belə xaincəsinə “vurulmuş”, lakin haqqı-hüququ uğrunda mübarizəsindən əl çəkməyən məmurlardan biri də Biləsuvar rayonunun Ovçubərə kəndində yaşayan Mikayılov Ağadin Baba oğludur. Ağadin müəllim məruz qaldığı haqsızlıqdan Azərbaycan Respublikası Birinci Vitse-Prezidenti Mehribvan Əliyevaya ünvanladığı şikayətinin bir nüsxəsini də “Dəryaz” qəzeti redaksiyasına göndərərək, açıq müraciətnamə kimi dərc olunmasını xahiş etmişdir. “Deryaz.az” saytı olaraq həmin şikayət ərizəsini oxuculara təqdim edirik:

Ə R İ Z Ə

Bildirirəm ki, mən 03 oktyabr 2007- ci il tarixdən 03 may 2021- ci il tarixə kimi Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Ovçubərə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsiııdə işləmişəm. Işlədiyim müddətdə bütün tapşırıqları layiqincə yerinə yetirmişəm. Siyasi kompaniyalarda fəal və təşəbbüskar olmuşam. Yeni Azərbaycan Partiyasının üzvüyəm. 05 may 2011-ci il tarixdə Mahir Quliyev Biləsuvar rayon İcra Hakimiyyətinə başçı təyin olundu. Mahir Quliyev İcra başçısı təyin olunduqdan sonra İcra Hakimiyyətində bir neçə şöbə müdiri və aparat işçisi mənə qarşı qərəzli və ədalətsiz hərəkətlər etməyə başladılar. Xüsusi ilə də İcra Hakimiyyəti Aparatında Ərazi idarəetmə və bələdiyyələrlə iş şöbəsinin ( keçmiş) müdiri Zakir Şahbazov və Vətəndaşların Qəbulu və Sənədlərlə İş Şöbəsinin müdiri Elşən Astanov 11 noyabr 2011-ci il tarixdə İcra Başçısı Mahir Quliyevin keçirdiyi hesabat yığıncağında mənə qarşı ilk qərəzli və ədalətsiz addımlarını atdılar. Ərazi idarəetmə və Bələdiyyələrlə İş Şöbəsinin müdiri Zakir Şahbazov həmin iclasda məruzə ilə çıxış etdi. Çıxışı zamanı bildirdi ki, Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi idarəyə gələn kənd sakinlərini, hətta öz tabeliyində olan işçiləri də söyüb — təhqir edir. İcra Hakimiyyətinin Vətəndaşların Qəbulu və Sənədlərlə İş şöbəsinin müdiri Elşən Astanov iclasın qərar layihəsini oxuyarkən, mənim işdən azad olunmağımı elan etdi. Lakin İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev onların mənim barəmdə qəbul etdiyi qərarı ləğv etdi. Əməllərindən əl çəkməyən şöbə müdirləri və digər icra aparatı işçiləri kənd sakinlərini öyrətməklə məndən şikayət elətdirdilər. 2013-cü ildə Ovçubərə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilərkən öyrədilmiş olan Ovçubərə kənd sakini iclasın gedişinə müdaxilə etdi, lakin iclasın pozulmasına nail ola bilmədi. Həmin iclasda Biləsuvar rayon İcra Aparatı tərəfindən Biləsuvar rayon Maliyyə İdarəsinin müdir müavini Şahin Hüseynov məsul şəxs kimi iştirak edirdi.

2015-ci ilin fevral ayının 17-də İcra Hakimiyyəti Aparatının şöbə müdirləri və kənd sakinləri məqsədlərinə nail oldular. Məndən yuxarı təşkilatlara edilmiş şikayət əsasında Regional Maliyyə İdarəsi Ovçubərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bir ay araşdırma apardı. 269 (iki yüz altımış doqquz) nəfər mülkiyyətçidən izahat alındı. 5 nəfər kənd sakinindən arayış almaq məqsədi ilə hər arayışa 100 (bir yüz) manat pul aldığımı və digər mülkiyyətçinin subsidiya kartı vasitəsi ilə 35,60 manat pulunu bankomatdan çıxardığımı bildirməklə mənə şər atdılar.Yoxlama qurtardıqdan sonra yekun akt mənə verilmədi və bütün yoxlama materiallarını əvvəlcə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, oradan da Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərdilər. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən mənə 5 (beş) maddə ilə, yəni 308.1, 313, 29, 179.1 və 179.2.3 maddələri ilə cinayət işi başlandı. 2015-ci ilin fevral ayının əvvəlində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Biləsuvar rayon İcra Hakimiyyətinə arayış təqdim etdi. Buna görə də 17 fevral 2015-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin sərəncamı ilə vəzifədən kənarlaşdırıldım. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq qrupu üç dəfə Ovçubərə kəndinə gəldi, 269 (iki yüz altımış doqquz) mülkiyyətçidən ifadə aldı. Araşdırma zamanı heç nə sübut olunmadı və həmin maddələr ləğv edildi. 17 fevral 2015-ci il tarixdən 31 avqust 2017-ci il tarixə kimi işsiz qaldım. Şirvan İnzibati- İqtisad Məhkəməsi məni işimə bərpa etdi və işsiz qaldığım müddətin əmək haqqını, mükafat və məzuniyyət pulumu aldım. 29 aprel 2020-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev həbs edildi. 24 avqust 2020-ci il tarixdə Faiq Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı təyin olundu. 25 avqust 2020-ci il tarixdən mən məzuniyyətdə oldum. Sentyabr ayının 30-da rnəzuniyyətdən qayıtdım. Məlum edirəm ki, 16 oktyabr 2019-cu il tarixdə keçmiş icra başçısı Mahir Quliyev Ovçubərə kənd sakinləri ilə səyyar görüş-qəbul keçirmişdi. Həmin görüşdə qaldırılan problemli məsələlər həll edilməmişdi. Bu məqsədlə 2020-ci ilin oktyabr ayında İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətovla görüşdüm. Həll olunmamış problemlər barədə məlumat verdim. Faiq Qürbətov məni dinlədikdən sonra Vətəndaşların Qəbulu və Sənədlərlə İş Şöbəsinin müdiri Elşən Astamovu çağırdı. Ona tapşırıq verdi ki, həmin sənədləri məndən götürsün, aidiyyatı təşkilatlara məktubla müraciət edərək kənd sakinləri tərəfindən qaldırılan problemlərin həll edilməsini təmin etsin. Mən həmin sənədlərin surətini Elşən Astanova verdim. İki aydan artıq vaxt keçməsinə baxmayaraq, heç bir problem həll edilmədi. 2021-ci ilin fevral ayının birinci on günlüyündə təkrar olaraq İcra başçısı Faiq Qürbətovla görüşdüm. Faiq Qürbətov bir saatdan artıq mənimlə kənd barədə, mənimlə bağlı baş vermiş hadisələrlə əlaqədar söhbət apardı. Mən İcra Hakimiyyəti Başçısına ətraflı məlumat verdim, bildirdim ki, işlədiyim dövrdə Ovçubərə kəndində heç bir oğurluq hadisəsi, əxlaqsız və digər qanuna zidd hərəkətlər olmayıb. Mən icra başçısına bildirdim ki, 02 iyul 2018-ci ildə mənim şəxsi təsərrüfatımda olan atımı oğurlayıb apardılar. Bu barədə Biləsuvar rayon hüquq- mühafizə orqanlarına müraciət etdim. 11 iyul 2018-ci il tarixdə mənim oğurlanmış atımı buraxdılar. Bundan əlavə, kənddə bir başsız qadının 3 (üç) baş qoyununu oğurlamışdılar. Həmin günün səhəri hadisə yerinə polis şöbəsindən polis işçilərini dəvət etdim. Biləsuvar rayon Polis Şöbəsindən CAB-nin əməkdaşı Turab Əsgərov (hal-hazırda Cəlilabad rayon Polis Şöbəsinin rəis müavinidir) və sahə müvəkkili hadisə yerinə gəldilər. Araşdırma apardılar, həmin günü axşam saat bir tamamda polis işçiləri oğurlanmış qoyunları, oğurluq edən uşaqları və həmin qoyunları alan şəxsi gətirdilər. Qoyunları sahibinə qaytardılar.

İcra başçısı ilə söhbətimizdən bir neçə gün sonra, 2021-ci il fevral ayının ikinci ongünlüyündə Mahmudçala adlanan dövlət qoruğunda otlayan kənd sakinlərinin atlarından İbarət olan ilxıdan mənim bir rəs atımı oğurlayıb apardılar. Fevralın 23-də İcra Hakimiyyətində koridorla gedərkən Faiq Qürbətovla qarşılaşdım. Faiq Qürbətov mənə bildirdi ki, bəs deyirdin mənim ərazimdən indiyə kimi oğuluq olmayıb, heç kim də oğurluq edə bilməz. Sənin özünün atını oğurlayıblar ki. Mən Faiq Qürbətova bildirdim ki, “mənim atımı həyətimdən deyil, Mahmudçala adlanan dövlət qoruğundan oğurlayıb aparıblar. Bir halda ki, bu barədə məlumatlısınız, demək, bu işdə Sizin də əliniz var”.

Mahmudçala adlanan dövlət qoruğu yaşadığım Ovçubərə kəndindən 1-1,5 km məsafədədir. Bir daha nəzərinizə çatdırmaq istyirəm ki, 1992-ci ilin aprel ayında iki baş atımızı oğurladılar. Oğurluq maddəsi ilə cinayət işi Biləsuvar rayonunda qaldırıldı. Lakin həmin iş açılmamış qaldı. Mahmudçala Cəlilabad rayonunun ərazisidir. Mənim atımı Cəlilabad rayon Günəşli kənd sakini Həsənov Elməddin Gülüm oğlunun fermasından oğurlayıblar. Həsənov Elməddin Gülüm oğlu cənab Prezidentimiz İlham Əliyevin köməkçisi Kərəm Həsənovun və Milli Məclisin deputatı Malik Həsənovun əmisi oğludur. Mən bu barədə cənab Prezident İlham Əliyevə teleqramla müraciət etdim ki, Prezidentin köməkçisi Kərəm Həsənovun və Milli Məclisin deputatı Malik Həsənovun havadarlığı hesabına əmisi oğlanlarə quldurluqla məşğuldur. Bundan sonra mənə qarşı Biləsuvar rayon İcra Hakimiyyəti və icra aparatı işçiləri tərəfindən təzyiqlər edilməyə başlandı. İcra nümayəndəliyinə aid olmayan məsələlərlə bağlı kənd sakinləri şikayət etməyə başladılar. Kənd sakinlərindən Əliyeva Adilə Böyxan qızı qayınanaslı ilə ailədə yola getmədiyinə görə 2016-cı ildə məhkəməyə müraciət etmişdi. Onun müraciəti əsasında bütün əmlakı — yəni evi, həyətyanı sahəni, mal-qaranı böldülər. Təkcə pay torpaqları bölünməmiş qalmışdı ki, bu da məhkəmə qaydasında və ya Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən həll edilməli məsələ idi. Adilə Əliyevanın qayınanası və baldızı rəhmətə gedəndən sonra bütün əmlakın sahibsiz qaldığını görən Adilə Əliyeva şikayət etməyə başladı ki, həmin əmlakı ələ keçirsin. Bu məqsədlə Adilə Əliyeva İcra Hakimiyyətinə müraciət etmişdi. Məni İcra Hakimiyyətinə çağırdılar. İcra Hakimiyyətinin işçisi İlqar Abbasov məni bu məqsədlə qəbul etdi. Bu zaman Adilə Əliyeva İlqar Abbasovun xidməti otağında idi. Mən vəziyyəti olduğu kimi danışdım. İlqar Abbasov Adilə Əliyevaya başa saldı ki, onun nə İcra hakimiyyətinə, nə də icra nümayəndəliyinə aid işi yoxdur. Onun işi məhkəməyə və Daşınmaz Əmlakın Reyestr Xidmətinə aiddir. Adilə Əliyeva miras əmlakdan pay almaq məqsədi ilə Biləsuvar rayon məhkəməsinə müraciət etdi. Lakin Biləsuvar rayon məhkəməsi onun iddiasını təmin etmədi. Biləsuvar rayon məhkəməsinin pay torpağının bölünməsi ilə əlaqədar qətnamə çıxarmasına baxmayaraq, Adilə Əliyeva pay torpağının Cəlilabad rayon Reyestr Xidmətindən gələn işçilər tərəfindən bölünməsinə imkan vermir. Ovçubərə kənd sakini Məmmədov Məmmədağa Feyruz oğlu və oğlu Məmmədov Ələkbər əmim nəvəsi Mikayılov Əli Siyab oğlu və onun oğlu Mikayılov Araz Əli oğlu ilə dalaşmışdı. Onlar DİN-nin “102”qaynar xəttinə müraciət etmişdilər. Bu məsələ Biləsuvar rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırılmış və İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə hər biri 500 (beş yüz) manat cərimə olunmuşlar. Bu məsələnin icra nümayəndəliyinə heç bir aidiyyəti yoxdur. Nüşabə Kərimova və onun əri İsmayılov Rəfail Yolçu oğlunu görməmişəm, onlarla mubahisə etməmişəm, mən onları söyüb-təhqir etməmişəm. Buna baxmayaraq, Kərimova Nüşabə Mənsim qızının adından Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinə ərizə yazılmışdır. Həmin ərizədə qeyd edilmişdir ki, Ovçubərə kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi ilə Kərimova Nüşabə Mənsim qızı arasında xoşagəlməz halların qarşısı alınsın və onun təhlükəsizliyi təmin olunsun. Həmin ərizə Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətindən Biləsuvar rayon Polis Şöbəsinə göndərilmiş, orada protokol tərtib edilərək Biləsuvar rayon İcra Hakimiyyətinə göndərilmişdir. İsmayılov Rəfail Yolçu oğlu və onun arvadı Kərimova Nüşabə Mənsim qızı mənim yerimə təyin olunmuş İsmayılov Fəzail Yolçu oğlunun qardaşı və qardaşı arvadıdır. İsmayılov Fəzail bədən tərbiyə müəllimidir. O, 2014-cü il tarixdə Ovçubərə kənd icra nümayəndəliyinə Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən mühasib kimi təsdiq edilmişdir. 21 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazov Şirvan şəhərində vətəndaşları qəbul edəcəkdi. Bu məqsədlə mən də cənab nazirə teleqramla müraciət edərək, məni şəxsən qəbul etməyini xahiş etmişdim. Müraciət etdiyimə görə Biləsuvar rayon Polis Şöbəsinin rəisi Nəsib Məmmədov məni qəbul etdi. Onun qəbulunda olarkən onunla müəyyən qədər söhbət etdik. Nəsib Məmmədov mənə dedi ki, sənin işdən çıxmağının səbəbkarı mənəm. Çünki, kənd sakinləri şikayətə gedərkən sən onların qarşısını ala bilərdin, lakin bunu etmədin. Sənin barəndə protokol tərtib edərək İcra Hakimiyyətinə göndərmişəm, bununla da səni işdən çıxarıblar. Mən 21.06.2022-ci il tarixdə Daxili İşlər Naziri Vilayət Eyvazovun qəbulunda olarkən ona dedim ki, mənim şəxsi təsərrüfatımda olan bir rəs atımı sifarişlə oğurlayıb aparıblar. Vilayət Eyvazov tabeçiliyində olan işçilərə tərəf dönərək onlardan soruşdu. İndi də oğurluq var?

Onun sorğusuna cavab verən olmadı. M.Çürrükov “DOST”İŞ Mərkəzinin işçisi kimi Ovçubərə kənd icra nümayəndəliyinə 01.10.2020-ci il tarixdə göndərilmiş, 30.10.2020-ci il tarixdə Lənkəran şəhərinə hərbi təlimə aparılmışdır.10.11.2020-ci il tarixdə müharibə qələbə ilə başa çatdıqdan sonra 26.12.2020-ci il tarixdə hərbidən tərxis olunmuşdur. Onun noyabr, dekabr ayları üzrə əmək haqqı tam şəkildə ödənilmişdir. Yanvar ayında işdə olmuş, ona verilən tapşırıqları yerinə yetirmişdir. 2020-ci ilin fevral ayında işdə olmadığı üçün ona əmək haqqı buraxılmamışdır. Mart ayında İcra Hakimiyyətindən verilən tapşırığa əsasən işə gəlməklə Çürrükova əmək haqqı buraxılmış, təkrar olaraq aprel ayında işə gəlmədiyinə görə ona əmək haqqı buraxılmamışdır. M.Çürrükov verilən tapşırıqları icra etmirdi, icra nümayəndəliyinə gələrək bizim işləməyimizə mane olurdu. M.Çürrükov mənim səsimi yazıb icra hakimiyyətinə vermişdi. 21 mart 2021-ci il tarixdə bayram günü olmasına baxmayaraq, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov və Vətəndaşların Qəbulu və Sənədlərlə iş şöbəsinin müdiri Elşən Astanov məni İcra Hakimiyyətinə çağırdılar. Mən nümayəndəliyin mühasibi Nadir Mənsimovla onların çağırışına getdim. Onlar mənə dedilər ki, sən vətəndaşı söyüb-təhqir etmisən. Vətəndaş bu barədə bizə səs yazılmış disk təqdim etmişdir. Onların hər birinə bildirdim ki, mən heç kimi söyüb-təhqir etməmişəm. Onların əlində olan diski kompüterə qoyaraq səs yazısına qulaq asdılar. Səs yazısından aydın oldu ki, mən M.Çürrükovu söyüb-təhqir etməmişəm. Ona qarşı heç bir kobud rəftarım olmayıb. Bu barədə mən onlara izahat verdim və bildirdim ki, MPM-nin 95.2 maddəsi ilə gizli yolla əldə edilmiş səs və video yazısı sübut sayıla bilməz və adlarını göstərdiyim kənd sakinlərinin heç birini söyüb təhqir etməmişəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən işdən azad edildikdən sonra M.Çürrükov hər gün işə gedir, hər gün verilən tapşırıqları yerinə yetirir. Bir neçə gündən sonra mənə məlum oldu ki, İcra Hakimiyyətinin başçısı tərəfindən mənə töhmət verilmişdir. 2021-ci ilin aprel ayının sonunda Vətəndaşların Qəbulu və Sənədlərlə İş Şöbəsinin müdiri Elşən Astanov məni İcra Hakimiyyətinə çağırdı ki, gəl verilmiş töhmətin surətini götür. Mən İcra Hakimiyyətinə gedərək Elşən Astanovdan töhmətin surətini götürdüm. Bu zaman Elşən Astanova zəng gəldi. O, mənə dedi ki, birinci müavin Xanlar Məmmədov səni otağında gözləyir. Onunla koridorda görüşdük. Məni xidməti otağına dəvət etdi və bildirdi ki, başçının tapşırığıdır. Sən ərizə verib işdən getməlisən. Mən Xanlar Məmmədova və icra başçısı Faiq Qürbətova ərizə verməyəcəyimi bildirdim. Onların bu haqsız hərəkətlərindən istifadə edən İcra Hakimiyyətinin işçiləri, eyni zamanda Biləsuvar rayon hüquq-mühafizə orqan rəhbərləri mənə qarşı qanunsuz hərəkətlərə yol vermişlər. 2021-ci ilin aprel ayında bir neçə kənd sakini İcra Hakimiyyətinə mənim işdən çıxarılmağımı təmin etmək məqsədi ilə müraciət etmişdir. Öyrədilmiş olan bu adamlar Biləsuvar rayon İcra Hakimiyyətində məqsədlərinə nail ola bilmədikdə Biləsuvar rayon Polis Şöbəsinə gələrək şöbəsinin rəisi Nəsib Məmmədovla görüşmüşlər. Nəsib Məmmədovdan məni işlədiyim Ovçubərə kənd icra nümayəndəsi vəzifəsindən azad edilməyimə kömək etməyini xahiş etmişlər. Nəsib Məmmədov onlara söz vermişdir ki, mənə bir həftə, on gün vaxt verin, icra nümayəndəsinin işdən çıxarılmasına kömək edəcəyəm. Nəsib Məmmədov sözünün üstündə durdu. 21 aprel 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin Şəhid ailələri və hərbi məsələlərlə məşğul olan şöbənin müdiri Zamiq Mənsimli və Ərazi idarəetmə və bələdiyyələrlə iş şöbəsinin baş məsləhətçisi Sahil Hüseynzadə Ovçubərə kənd icra nümayəndəliyinə gələrək şikayətçi olan Əliyeva Adilə Böyxan qızından, onun oğlu Möhübbət Qurbanovdan, Məmmədağa Məmmədov və onun oğlu Ələkbər Məmmədovdan izahat aldı. Zamiq Mənsimli Möhübbət Qurbanovdan izahat alarkən onu məcbur edirdi ki, yazsın, icra nümayəndəsi telefon vasitəsi ilə ona zəng edərkən mənə “küçük” dedi. Zamiq Mənsimli kənd sakinlərindən izahat alarkən Ovçubərə kənd sakini Möhübbət Qurbanov mənə dedi ki, sən ermənisən, erməniyə oxşayırsan, sənin o stolda oturmağa haqqın yoxdur. Bütün bu deyilənlərə icra aparatının şöbə müdiri və şöbənin baş məsləhətçisi heç bir reaksiya vermədilər. Mən vəziyyəti belə görəndən sonra Möhübbət Qurbanovdan otaqdan çıxmasını tələb etdim və onları otaqdan çıxardım. Ovçubərə kənd sakinləri İsmayılov Rəfail Yolçu oğlu və onun həyat yoldaşı Nüşabə Kərimova nümayəndəlivə çağırılmadı. Onlardan izahat almaq üçün onların evinə getdilər və izahat alınarkən mənim orada iştirakım təmin edilmədi. Zamiq Mənsimli icra nümayəndəliyində akt tərtib etmədi, İcra Hakimiyyətinə getdikdən sonra orada izahat vermişdi ki, güya mən onu şillə ilə vurmuşam. Əgər mən nümayəndəlikdə İcra aparatının şöbə müdiri olan Zamiq Mənsimlini şillə ilə vurmuşdumsa o, nə üçün Biləsuvar rayon prokurorluğuna, rayon polis şöbəsinə və rayon məhkəməsinə müraciət etmirdi. Bu barədə yalnız icra başçısına müraciət edirdi. İcra Hakimiyyətində tərtib etdiyi aktı imzalamaq üçün məni İcra aparatına çağırdılar. Həmin aktı düzgün yazılmadığına, saxta olduğuna görə imzalamadım. Sosial media vasitəsi ilə müraciət edirəm ki, mənim valideyinlərim əsl azərbaycanlı olaraq halal zəhməti ilə yaşayaraq ömrünü tapşırmışdır. Mən də onların övladı kimi təmiz azərbaycanlıyam, erməni deyiləm. Lakin bu barədə ölçü götürülmədiyinə görə erməni olduğumu qəbul edərək bu şərəfsizlərlə və onları öyrədən dövlət məmurları ilə bir cəmiyyətdə yaşamağı özümə və ailə üzvlərimə yönələn təhqir hesab edirəm. Dövlət başçısından tələb edirəm ki, məni ailə üzvlərimlə birlikdə Azərbaycan Respublikası vətəndaşlığından azad etsin. Ermənistan Respublikasının rəhbərliyinə müraciət edəcəyəm ki, erməni olduğumu nəzərə alıb Ermənistanda yaşamağıma şərait yaratsın. Bu ölkədə alçalıb — təhqir olunmaqdansa, düşmən qapısında alçalıb təhqir olunmağı daha şərəfli hesab edirəm. Öyrədilmiş adamlar mənim barəmdə böhtan xarakterli izahatlar verərək mənim işdən çıxarılmağıma nail oldular. Mənim tutduğum vəzifədən çıxarılmağımı tələb edən öyrədilmiş Ovçubərə kənd sakinlərinin Biləsuvar rayon İcra Hakimiyyətində qəbul olunmamalarına səbəb mənim 2015-2017-ci illərdə məhkəmə yolu ilə işimə bərpa olunmağım, eyni zamanda 2005-ci ildə dövlətə xəyanət edən adamlarla bağlı Azərbaycan Respuliksının Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin işçilərinə izahat verməyim olmuşdur. Buna görə də kifayət qədər düşmən qazanmışdım. Məhkəmə yolu ilə işimə bərpa olunmağım nə İcra Hakimiyyətinin, nə də Biləsuvar rayon hüquq-mühafizə orqanlarının işçiləri, eyni zamanda Ovçubərə kəndinin bir qrup sakini tərəfindən həzm olunmurdu. Bu məqsədlə də həmin kənd sakinlərini Biləsuvar payon Polis Şöbəsinə göndərmişdilər. Bu işi, yəni mənim tutduğum vəzifədən çıxarılmağımın polis rəisi tərəfindən təşkil edilməsini istəmişlər. Biləsuvar rayon İcra Hakimiyyətində yaxşı bilirlər ki, işdən qanunsuz çıxarılmağım barədə aidiyyatı məhkəməyə müraciət edəcəyəm. Buna görə də öyrədilmiş kənd sakinlərini polis rəisinin yanına göndəriblər. Çünki Biləsuvar rayon Polis Şöbəsinin rəisi Nəsib Səyyad oğlu Məmmədovun qardaşı Məmmədov Xəqani Səyyad oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədridir.

Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, 1987-ci il tarixdə institutu bitirmişəm. Müxtəlif təşkilatlarda ayrı-ayrı vəzifələrdə işləmişəm. İşlədiyim bütün təşkilatlarda həmkarlar təşkilatının üzvü olmuşam. Üzv olduğum üçün üzvlük haqqı ödəmişəm. Lakin tutduğum vəzifədən çıxarılarkən Biləsuvar rayon İcra Hakimiyyəti ilk həmkarlar təşkilatı və Biləsuvar rayon Həmkarlar Konfederasiyası iclas keçirmiş, həmin iclasda mənim iştirakım təmin edilməmişdir. Buna baxmayaraq, həmin iclasda mənim barəmdə qərar qəbul edilərək işdən çıxarılmağıma razılıq verilmişdir. Biləsuvar rayon İcra Hakimiyyəti ilk həmkarlar təşkilatının sədri Kamil Qurbanov 2011-ci il tarixdən İcra Hakimiyyəti başçısının sərəncamı ilə Ovçubərə kənd icra nümayəndəliyinə məsul şəxs kimi təhkim olunmuşdur. Kamil Qurbanov hər həftənin beşinci günü Ovçubərə kəndində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri və mənim iştirakımla kənd sakinlərindən ibarət olan şikayətçiləri qəbul edirdik. Bütün siyasi kompaniyalarda bir yerdə olurduq. Əgər mənim kənd sakinləri ilə hər hansı bir problermim var idisə, Kamil Qurbanov nə üçün mənim barəmdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısına müraciət etmirdi. Kamil Qurbanov 28 aprel 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində Biləsuvar rayon Həmkarlar Təşkilatının sədri Qeyrətəli Əsgərlini nümayəndə kimi dəvət etməklə İcra Hakimiyyəti ilk Həmkarlar təşkilatının iclasını keçirmiş, həmin iclasda mənim iştirakım təmin edilməmişdir. Keçirilən bu formal iclasda mənim tutduğum vəzifədən azad olunmağıma və əmək müqaviləmə xitam verilməsinə razılıq verilmişdir.

Məlumat üçün bildirmək istəyirəm ki, mən qanunsuz olaraq işdən çıxarılmağım barədə Şirvan İnzibati Məhkəməsinə müraciət etdim. Hakim Samir Həsənov əvvəlcə prosesi çox dəqiqliklə aparırdı. Hakim Samir Həsənov məhkəmə prosesinin birinci günü, yəni məhkəmə prosesinin hazırlıq mərhələsində iki saatdan artıq danışıqlara yol verdi. Biləsuvar rayon İcra Hakimiyyəti başçısının etibarnaməsi ilə məhkəmə prosesində iştirak edən, İcra Hakimiyyətində hüquq şöbəsində işləyən Qurban Nuriyev proses zamanı hakimə müraciət edərək dedi ki, “möhtərəm hakim, Ağadin Mikayılov 14 (on dörd) ildir ki, Ovçubərə kəndində icra nümayəndəsi işləyir. İcra aparatının işçiləri qorxusundan onun otağına girib vərəqin qırağını qaldırmayıb ki, görək altında nə var? Hakim Samir Həsənov Qurban Nuriyevə dedi ki, hazırlıq mərhələsi on dəqiqəlik işdir. Ona görə bu qədər vaxtda danışıqlara yol verdim ki, növbəti proseslərdə kimləri çağıracağımı dəqiqləşdirim. Bir il müddətində araşdırma aparıldı. Bütün dəlil-sübutları, şahid ifadələrini (notariatda təsdiq olunmuş qaydada) məhkəməyə təqdim etdim. Hakim Samir Həsənov təqdim etdiyim dəlil-sübutları, notaritda təsdiq edilmiş şahid ifadələrini qəbul etsə də, qaldırdığım vəsatəti və şahidlərin proses zamanı dindirilməsini təmin etmədi və mənə qarşı ədalətsiz qərar qəbul etdi. Sonuncu məhkəmə prosesində Samir Həsənov mənə dedi ki, sənin bütün dəlil sübutlarını qəbul edirəm, lakin səninlə bağlı ədalətli qərar qəbul edə bilmirəm. Bununla da mənim barəmdə ədalətsiz qərar qəbul etdi. Şirvan Apellyasiya Məhkəməsində hakimlər kollegiyası eyni qaydanı təkrar etdilər. Azərbaycan Respublikasının Ali Məhkəməsində də hakimlər Şirvan İnzibati Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin qərarlarını qüvvədə saxladı. Son ümid yerim olan Konstitutsiya Məhkəməsinə müraciət etmişdim. Verdiyim ərizəm 25 iyul 2023-cü il tarixdə müzakirə edilərək icraata götürülməsindən imtina edilmişdir. Xahiş edirəm, bununla əlaqədar olaraq mənə köməklik edəsiniz. Qabaqcadan sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm”.

Ağadin Mikayılov həmçinin qeyd edir ki, problemi ilə əlaqədar 2021-ci və 2022-ci illərdə yerli deputat Bəhruz Məhərrəmovla iki dəfə görüşüb. Daha sonra xronoloji ardıcıllıqla, 21.06.2022-ci ildə daxili işlər naziri Vilayət Eyvazovla, 01.07.2022-ci ildə Prezidentin köməkçisi Fuad Ələsgərovla, 19.07.2022-ci ildə baş prokuror Kamran Əliyevlə, 18.01.2023-cü ildə ədliyyə naziri Fokrət Məmmədovla, 15.02.2023-cü ildə təkrar daxili işlər naziri Vilayət Eyvazovla, 18.07.2023-cü ildə yenidən baş prokuror Kamran Əliyevlə görüşmüşdür. 07.12.2023-cü il tarixdə Şirvan şəhərində Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimovun qəbulunda olmuş, lakin heç bir nəticə olmamışdır. Diqqət yetirilməsi gərəkən daha bir məqam budur ki, A.Mikayılovun sözlərinə görə, 22 fevral 2023-cü il tarixdə daxili İşlər Nazirliyində görüşdüyü general Arzu Daşdəmirov ona təklif edib ki, işinə bərpa ediləcək, bir şərtlə ki, daha at oğurluğunun adını tutmasın. Lakin o, razı olmayıb.

İmza: Mikayılov Ağadin Baba oğlu

01.01.2024-cü il.

deryaz.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16
Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14
Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09
"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02
Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59
“Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55
Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35
Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22
Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07
Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36
Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14
“Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11
Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07
Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05
Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59
Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55
Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51
Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48
"3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44
Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40
Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru