6 saylı Departamentdə böhranlı vəziyyət... - BU NƏDİ BELƏ?!
Tarix: 22-02-2024, 11:01 |
Çap et
"SOCAR nəqliyyat idarəsinin 6 saylı Departamentinində böhranlı vəziyyət yaranıb. dia-az.life bildirir ki, bu barədə "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirva Qəhrəmanlı məlumat verib. "Sürücü problemin "niyəsinə" cavab almaq istəyir" deyə problemi diqqətə çatdıran hüquq müdafiəçisi daha sonra əlavə edib:
"10 -15 gündən artıqdır ki, hansı maşının yağının dəyişmə vaxtı çatırsa, yeni yağla əvəz olunmur. Sürücüyə də deyirlər ki, yağ yoxdur, maşını saxla. Problemlə əlaqədar 80-dan çox maşın dayanıb, işləmir. Maşın da işləməyəndə sürücü "boş dayanmada" olur. Əlavələr ödənilmir, ödəniş 66% olur.
Səbəb isə izah olunmur!"