Qarabağ probleminin həlli üçün münasib şərait yetişir - Rəsmi Bakının seçim şansları yaranıb - GƏLİŞMƏ
Tarix: 19-03-2014, 11:56 |
Çap et
DİA.AZ: - «Ukraynada savaş qaçılmazdır. Artıq böunun üçün bütün tərəflər tədarük görür. Doğrudur, hələlik yalnız hərəkətə keçən Rusiyadır. Amma Qərbin cavabı özünü gecikdirməyəcək və yaxın günlərdə dənizdən və qurudan Ukrayna Krımda öz qanuni hökmranlığının bərpasına çalışacaq». Bu barədə DİA.AZ-a diplomatik mənbələrdən xəbər daxil olub.
Xəbəri verən qaynaq iddia edir ki, artıq Qərb bu barədə regionun bir neçə dövlət rəhbərliyi ilə müzakirələr aparıb: «Azərbaycanla da müzakirələr aparılıb. Hətta Azərbaycana Qərbin Qarabağ münaqişəsinin həllində bu günə qədər görünməyən dəstəyi də vəd olunub».
Bu gün Ukraynada baş verənlərin xeyrimizə işlədiyini bildirən qaynaq dia-az.life-a açıqlamasında iddia edir ki, istənilən halda Rusiya Krımda zəif düşürüləcək: «Bu gün faktiki olaraq Krım Rusiyanın əlindədir. Amma istənilən bir dəyişiklik cəhdi Rusiyanın əleyhinə işləyəcək. Yəni Qərbin hər bir addımı Kremli zəiflədəcək ki, bu zaman Qarabağ probleminin həlli məsələsi də bir fərqli müstəvidə qabardıla bilər».
Mənbəmiz bu arada maraqlı bir açıqlama da verdi: «Rəsmi Bakı qeyd olunan situasiyada hansı addımı atacağını hələlik qərarlaşdırmayıb. Amma Qarabağ probleminin həlli ilə bağlı Moskva ilə də danışıqlarını intensivləşdirib. Yəni bizim seçim şansımız yaranıb».