Naxçıvanda taksi sürücülərinə növbəti PUL TƏLƏSİ... - NARAZILIQ VAR...
Tarix: 5-07-2024, 10:09 |
Çap et
Naxçıvanda “etik davranış qaydaları” ilə bağlı imtahandan kəsilən şəxslərə taksi xidməti ilə məşğul olmaq qadağan olunur. Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup sürücü məlumat verib. Onlar deyirlər ki, artıq 500 nəfərdən çox taksi sürücüsü etik davranış qaydaları ilə bağlı kurslara cəlb olunub. Bu kursu keçib, sertifikat ala bilməyən şəxslərə taksi sürücülüyü ilə məşğul olmaq qadağan olunacaq.
Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkil etdiyi bu kurslarda etik davranış qaydalarından əlavə taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər haqda da dərslər keçiriləcək.
Sürücülər yeni qaydanı onlar üçün “pul tələsi” edirlər. Mövzu ilə bağlı ətraflı məlumat verəcəyik.