Seçkidən sonra ONLAR YOLA SALINACAQ... - YENİ DÖVR-ə YENİ KOMANDA ilə...
Tarix: 23-08-2024, 10:37 |
Çap et
1 sentyabr seçkilərindən sonra ölkədə mühüm postlarda dəyişiklik baş tutacaq. Bu barədə Dia-az.İnfo-ya daxil olan məlumatda deyilir.
Mötəbər mənbənin verdiyi xəbərə görə, hakim komandada dəyişiklik ciddi planlamalara söykənir. Qarşıdakı ayda bir neçə nazir və yüksək rütbəli məmur vəzifəsi ilə vidalaşacaq. Məlumatlı şəxslər bu siyahıda ilk sırada Müdafiə naziri Zakir Həsənovun, Elm və Təhsil naziri Emin Əmrullayevin və Maliyyə naziri Samri Şərifovun adını çəkirlər.
Mənbə deyib ki, hakimiyyət daxilində yeniləşmə və dəyişiklik müntəzəm aparılacaq, vəzifə səlahiyyətlərini aşan, göstərilən etimadı doğrultmayan məmurlar mütəmadi qaydada cəzalandırılacaq.
Amma bu dəfəki dəyişiklik hakim partiyanın 1 sentyabr seçkilərində də elan etdiyi kimi YENİ DÖVR tədarüküdür...