Daha bir nazir müavini istefaya göndərilir - Əbülfəs Qarayev qalmaqallı müavinindən canını qurtarır
Tarix: 23-07-2014, 11:34 |
Çap et
DİA.AZ: - Daha bir kadr islahatı ilə bağlı DİA.AZ-a informasiya daxil olub. Hökumət içindəki bilgili mənbənin verdiyi xəbərə görə, yaxın vaxtlarda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev vəzifəsindən azad ediləcək.
Mənbə iddia edir ki, Ədalət Vəliyevin adı bir sıra qalmaqallarda hallandırılır. Xatırladaq ki, keçmiş ABU rektoru Elşad Abdullayevin «videobombardmanı» zamanı müəmmalı şəkildə dünyasını dəyişmiş Sevinc Babayevanın himayədarı kimi tanınan Ədalət Vəliyev o zaman şübhəli açıqlamaları ilə də diqqətə gəlmişdi.
Bu günlərdə isə Azərbaycanın dövlət himninin yenidən oranjimanının ermənilərlə qohumluq əlaqəsi olan bəstəkarlardan birinə həvalə edilməsi ilə bağlı yaranmış qalmaqalda da əsas suçlu şəxs kimi Ədalət Vəliyevin adı hallandırıldı.
İndi isə bu əlaqələri səbəbindən rəqibləri Ədalət Vəliyevi hədəfə çevirirlər. Mənbənin dia-az.life-a söylədikləri: « Əbülfəs Qarayev istənilən halda kimisə “rasxod”a verməli idi. Çünki illərdir onun nazirliyi “köhnə nəfəs” üstündə köklənib ki, bu da diqqətlərdən yayınmamaqdadır. Görünəni də odur ki, nazir qrubanlıq kimi Ədalət Vəliyevi seçib».