Gəncənin icra başçısı barəsində ən çox şikayət olunanıdır - Elmar Vəliyevlə bağlı ölçü götürüləcək
Tarix: 25-07-2014, 10:54 |
Çap et
DİA.AZ: - Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bu gün ən çox barəsində şikayət edilən icra başçısıdır. Bu ilginc məlumatı DİA.AZ-a hökumətdəki mənbə verib.
Xəbəri verən qaynaq iddia edir ki, Prezident Administrasiyasına və ayrı-ayrı dövlət qurumlarının rəhbərlərinə barələrində edilən şikayətlərin təhlili zamanı icra başçıları arasında Gəncənin meri birinci yerə çıxıb.
Mənbə dia-az.life-a bildirir ki, son altı ayın hesabatına görə bu nəticə müəyyən olunub və həmin nəticə mütləq şəkildə nəzərə alınacaq: «Yəni mümkündür ki, icra başçısından ən azından bununla bağlı hesabat istənilsin və yaxud da ona problemlərin həlli üçün vaxt verilsin».