Bakıda peşəkar idmançıların kütləvi davası ilə bağlı ilginc gəlişmə - Ramil Usubova şikayət olundu
Tarix: 12-08-2014, 12:16 | Çap et
Bir neçə gün əvvəl bəzi saytlarda "Bakıda peşəkar idmançıların kütləvi davası" başlığı altında xəbər yayıldı. Verilən məlumatlara görə, hadisə avqustun 6-da saat 15:30-da Bakının Xətai rayonunda baş verib. Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsindən verilən məlumata görə, hadisə Nəsrəddin Tusi küçəsi 19 saylı binanın qarşısında baş verib. Mübahisə zamanı 1977-ci il təvəllüdlü Azər Akif oğlu Cəfərov, onun qardaşı, 1986-cı il təvəllüdlü Aslan Cəfərov və 1970-ci il təvəllüdlü Telman Saleh oğlu Nuriyev bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Azər Cəfərovun vəziyyəti daha ağırdır. Araşdırmalar zamanı hər 3 nəfərin 1988-ci il təvəllüdlü Cavidan Bayram oğlu Qorçuyev tərəfindən bıçaqlanması məlum olub. Baş vermiş qanlı olayla bağlı redaksiyamıza şok məlumatlar daxil olub.
Hadisə zamanı ağır bədən xəsarətləri almış Azər və Aslan Cəfərov qardaşlarının yaxın qohumu, o cümlədən hüquqi nümayəndəsi olan Ceyhun Cəfərov "Gündəlik Bakı" qəzetinə açıqlama verərək bildirdi ki, hadisəni törədən Cavidan Qorçuyev "City Hospital"ın direktoru Bayram Qorçuyevin oğludur: "Hadisə Xətai rayonu ərazisində baş verib. Belə ki, " City Hospital"ın direktoru Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyev Cəfərov Aslan və Cəfərov Azərə zəng vurub onlara nalayiq söyüşlər söyərək görüş tələb edib. Qarşı tərəf isə bildirib ki, mən Əhmədli qəsəbəsində yaşayıram görüşmək istəyirsinizsə gəlin burda görüşək. Buna səbəb Aslan Cəfərovun " City Hospital"dakı işindən çıxması olub. Aslan Cəfərov həmin tibb mərkəzində həkim-rentgeneloq vəzifəsində işləyib. Həmin ərəfədə onun texniki, yəni tibb bacısı məzuniyyətdə olduğundan işləri çatdıra bilməyib. Buna görə də həkim tibb ocağının rəhbəri Bayram Qorçuyevə deyib ki, əlavə işçi versin. Bayram Qorçuyev isə ona əlavə işlər tapşıraraq deyib ki, get işinlə məşğul ol. Aslan buna etiraz edib. Bu zaman Bayram Qorçuyev Aslan Cəfərovu təhqir edib və "düdük sənə dedim get işini gör" deyib. Həkim ondan söyüş söyməməsini xahiş edib. Lakin bütün bunlara baxmayaraq, " City Hospital"ın direktoru təhqirlərini davam etdirib. Bundan sonra Aslan işdən çıxmaq istədiyini deyərək ərizəsini yazıb işdən çıxıb. Bu söhbətdən təxminən 1 saat sonra Bayram Qorçuyevin oğlu Cavidan Qorçuyev Aslan Cəfərova telefon zəngi açaraq onun ünvanına nalayiq ifadələr işlədib. Daha sonra Əhmədli qəsəbəsində görüş təyin olunub. Cavidan Qorçuyev özü də daxil olmaqla 6 nəfərdən ibarət dəstə yığaraq Əhmədli qəsəbəsinə gəlib. Dəstə üzvləri idmançılardan ibarət olub. Aslan onları qarşılamaq istəyərkən hücuma məruz qalıb. Ona yumruq təpik zərbələri vuraraq yerə səriblər. Yerdə olan Aslana bıçaq zərbəsi vurublar. Aslanın vurulduğunu görən Telman ona kömək etmək istəyərkən onu da bıçaqlayıblar. Aslanın böyük qardaşı Azər Cəfərov onlara yaxınlaşmaq istəyərkən onu da bıçaqla vurublar. Azərə qarın nahiyəsindən ağır xəsarət yetiriblər. Zərərçəkən şəxslər dərhal xəstəxanaya aparılıb. Həkimlərin vaxtında müdaxiləsi nəticəsində onların həyatını xilas etmək mümkün olub. Hadisənin üstündən bir neçə gün keçsə də, cinayəti törətmiş dəstə üzvləri həbs edilməyiblər. Cavidan Qorçuyevin başçılıq etdiyi dəstədə tanınmış idmançılar olub. Onlardan bir neçəsinin adı artıq bizə məlumdur. Həmin şəxslərdən biri kikboks üzrə 4 qat dünya çempionu olmuş Ehram Məcidovdur. Deyilənə görə, o Kikboksinq Federasiyasında baş məşqçi işləyir. İş hazırda ciddi nəzarət altındadır və Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) ağır cinayətlər şöbəsində araşdırılır. Hələlik cinayət işinin araşdırılması gedir, amma heç kimi cinayət məsuliyyətinə cəlb etməyiblər. Bayram Qorçuyevin maddi imkanı yüksək olduğu üçün oğlu Cavidanı nəyinsə müqabilində həbsdən xilas edə bilər. Amma biz inanırıq ki, aidiyyəti hüquq-mühafizə orqanlarının rəsmiləri baş vermiş qanlı hadisəni tam obyektiv şəkildə araşdırıb cinayətkarları məsuliyyətə cəlb edəcəklər". Ceyhun Cəfərovla yanaşı, ağır bədən xəsarətləri alan Azər və Aslan Cəfərovların qardaşı Samir Cəfərov da öz münasibətini bildirdi: "Bəzi saytlar bu olayı idmançıların "razborkası" kimi təqdim edir. Amma hamı bilsin ki, mənim qardaşım həkimdir. İdmançılardan ibarət olan dəstəni Cavidan Qorçuyev yığıb. Biz sonuna kimi gedəcəyik. Qardaşlarıma və onların dostuna bıçaqla ağır xəsarətlər yetirən 6 nəfərlik dəstənin bütün üzvləri layiqli cəzalarını almalıdır. Onlardan bəzisinin adını bilirik. Kikboks üzrə dünya çempionu Ehram Məcidov, Sənan və Abbas adlı şəxslər olub. Bu şəxslər dərhal həbs edilməlidir". Hadisə nəticəsində ölümcül xəsarət almış Azər Cəfərovun atası Akif Cəfərov da danışdı. O daxili işlər naziri Ramil Usubov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov və digər əlaqədər dövlət orqanlarının rəsmilərinə müraciət edərək onlardan yardım istədi: "Oğlanlarımı və onların dostunu bıçaqla vurub yerə sərənlər hələ də azadlıqda gəzir. Niyə? Bayram Qorçuyevin pulu çoxdur deyə oğlu adam yaralamalı, yaxud öldürməlidir. Bu nə özbaşınalıqdır axı? Cavidan Qorçuyev atasının puluna arxayın olaraq belə işlər törədib. Onu və hadisədə iştirak edən digər şəxləri həbs etmək lazımdır. Cənab nazir Ramil Usubovdan və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovdan xahiş edirəm ki, cinayətkar dəstənin üzvlərini ən ağır formada cəzalandırsınlar. Aslan Cəfərovun, Azər Cəfərovun və Telman Nuriyevin qanı yerdə qalmamalıdır". Hadisə zamanı ağır bədən xəsarətləri almış Azər Cəfərova baş çəkdik. Onun yarası ağır olduğundan həkimlər yanında çox qalmağımıza icazə vermədi. Bir neçə şəkil çəkib yaralının yanından çıxdıq. İnanırıq ki, aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri Cavidan Qorçuyevin başçılıq etdiyi cinayətkar dəstənin üzvlərini saxlayıb onların barasində hüquqi ölçü götürəcəklər. Qarşı tərəfin də cavab haqqını tanıyırıq. \\ gundelik-baki \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
|