Əli Bayramov vəzifəsindən alınsa da, ondan qalan problemlər dizə çıxır... - KTN sisteminə cərrahi müdaxilə lazımdır... müalicə əl vermir...
Tarix: 21-11-2014, 10:03 | Çap et
Dünyanın ən qabaqcıl ölkə rəhbərlərinin dünyanın ərzaq təhlükəsizliyi ilə bağlı elan etdiyi həyəcan təbilinin çalındığı bir vaxtda, məlum olur ki, Azərbaycanda bu il taxıl istehsalı ötən ilkindən də aşağı olub. Və bu aşağı düşmə tempi ilbəil davam edir. Dövlət büdcəsindən isə hər Kənd Təsərrüfatı Yanında “Aqrolizinq” ASC-yə ayrılan külli miqdarda vəsait artırılır, amma yenə də bölgələrdə ya texnika çatışmır, ya toxum, ya da taxılyığan kombaynlar və ya gübrələr, ziyanvericilərə qarşı pesidislər və s.
Şəki fermerləri Əli Bayramovun əlindən qan ağlayır!
Nəhayət, iki gündür ki, ölkə TV-lərində dəhşətli sujet göstərilir. Belə ki, Şəki fermerləri vaxtında texnika və toxum əldə edə bilmədikləri üçün artıq indi taxıl səpininə başlayıblar. Havaların soyuq keçməsi isə fermerləri məcbur edib ki, gecələr tonqal qalayaraq sahələrə çıxsınlar, taxıl səpsinlər. ANS TV-də çıxış edən şəkili fermerlərin yazıq, arxasız və ümidsiz durumu adamın ürəyini ağrıdır. Həmin fermerləri kənd təsərrüfatı texnikası ilə təmin etməli olan və bunun üçün dövlət büdcəsindən indiyədək on milyonlarla maraq vəsait alıb xərclənməsinə, daha doğrusu, talanmasına sərəncam vermiş “Aqrolizinq” ASC-nin keçmiş direktoru Əli Bayramov isə isti evində oturub yəqinki Şəki fermerlərinin bu qanqaraldıcı güzəranını görürdü... Acı da olsa, deyək ki, ölkə rəhbərliyi məhz bu vəziyyətə görə Əli Bayramovun dərhal həbs olunması və cəza olaraq onun Şəkidə gecələr taxıl səpən aqreqatların yanında səhərə kimi soyuğun altında dayanmağına sərəncam verməsi vacibdir. Ölkənin taxıl fonduna məhsul hazırlayan fermerləri bu vəziyyətə salan bir direktorla başqa necə rəftar olunmalıdır ki!
Əli Bayramovun texnika yalanları üzə çıxmaqdadır...
Arxivimdə Əli Bayramovun “Respublika” qəzetinin ötən ilki bir sayında dərc olunmuş “Ümummilli lider və aqrar sahənin müasir texnika təminatı” adlı məqaləsinə rast gəldim. Sadəcə, Şəki fermerlərinin acı durumunu görüb xəcalət çəkdim. Əli Bayramov yazır ki, “Cəmiyyətimizin, iqtisadiyyatımızın bütün sahələrində olduğu kimi, aqrar bölmənin inkişafında, xüsusilə də Azərbaycan kəndinin müasir texnika təminatında Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur”. Bəli, belədir. Bəs sizin xidmətləriniz nədən ibarətdir, Əli Bayramov? Yazırsınız ki, “...1998-ci il ulu öndər Heydər Əliyevin Yaponiya səfərindən sonra respublikanın kənd təsərrüfatı üçün 21,8 milyon ABŞ dolları məbləğində qrant ayrıldı və onun hesabına respublikaya 773 ədəd kombayn, müxtəlif kənd təsərrüfatı texnikaları gətirilib sahibkarlara verildi...”. Sonra yazırsınız: “...2012-ci ildə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsait hesabına 21,04 milyon manat dəyərində 1785 ədəd, o cümlədən 643 ədəd traktor, 24 ədəd ekskavator və 1112 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları gətirilərək, hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq qaydasında satılmışdır... Ümumiyyətlə, fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində “Aqrolizinq” ASC tərəfindən 14450 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 1035 ədəd taxılyığan kombayn, 4262 ədəd traktor, 184 ədəd ekskavator, 8969 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və qoşqusu, 130 dəst texnoloji avadanlıq, 315,86 min ton ammonium nitrat (azot), 54,21 min ton superfosfat, 301,7 ton pestisidlər gətirilmişdir. Əvvəlki illərdə olduğu kimi, ötən il də “Aqrolizinq” ASC-yə məxsus kənd təsərrüfatı texnikaları ilə istehsalçılara aqrotexniki xidmətlərin göstərilməsi uğurla davam etdirilmişdir. Ümumilikdə “Aqrolizinq” ASC tərəfindən 2005-2012-ci illər ərzində 518,97 milyon manat məbləğində (2013 və 2014-cü ilin rəqəmlərini də üstünə gələndə, yəqin ki, bu rəqəm 600 milyonu keçib.Red.) müxtəlif növ kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, mineral gübrələr, cins damazlıq heyvanlar alınaraq hüquqi və fiziki şəxslərə satılmışdır”. Bəs görəsən, necə olub ki, indi Azərbaycanın ən iri taxılçılıq rayonu olan Şəkinin fermerləri texnika çatışmazlığı üzündən noyabrın son günlərində belə gecə növbəsinə çıxaraq taxıl səpirlər? Dağlıq ərazi olan Şəkidə indi səpilən toxum cücərərmi??? Bunun məsuliyyəti kimin üzərində qalacaq? İş o yerə çatıb ki, Yevlaxdan belə Şəki fermerlərinə köməyə gələn texnika sahibləri var. Niyə belə olmalıdır???
Əli Bayramovun məsuliyyəti prokurorluq orqanlarının diqqətindən niyə yayınır???
Məlum olduğu kimi, “Aqrolizinq” ASC-nin digər vəzifəli şəxslərinin barəsində iki cinayət işi istintaq olunmaqdadır və onlardan biri artıq məhkəməyə göndərilib. Belə ki, Azərbaycan Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu ilin iyununda “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin Şəki rayon aqroservis filialı tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmaların auditi aparılmış, həmin akt Milli Məclisə təqdim olunmuş, sonradan nöqsanlara hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluğun bu ilin iyun ayında yaydığı rəsmi açıqlamasından isə məlum olur ki, “İstintaq zamanı Kənd Təsərrüfatı Nazirliyinin Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanovun “Aqrolizinq” ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edib kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması nəzərdə tutulan mineral gübrələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan ayrı-ayrı şəxslərin adlarına satılmasını rəsmiləşdirməklə digər fiziki və hüquqi şəxslərə sataraq əldə etdiyi 64 min manat məbləğində pulu mənimsəmə və israf etmə yolu ilə talamasında, həmçinin ayrı-ayrı fiziki və hüquqi şəxslərə satdığı 987 min 480 manat məbləğində mineral gübrələrin dəyərinin dövlət büdcəsinə ödənilməsini təmin etməyərək dövlətin, eləcə də “Aqrolizinq” ASC-nin qanunla qorunan hüquqlarına və qanuni mənafelərinə zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir”. Məlum olduğu kimi, “Aqrolizinq” ASC-nin Təsərrüfat Hesablı İmişli rayon “Aqroservis” filialının müdiri Razi Talıbzadə, filialın mütəxəssis iqtisadçı-mühasibi İmamverdi Gözəlov, anbardar İlqar Məmmədov barəsində Korrupsiya Baş İdarəsində istintaq olunan cinayət işi isə məhkəməyə göndərilib. Onlar qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. *** Bütün bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, istər Şəki “Aqroservis” Filialı, istərsə də “Aqrolizinq” ASC-nin Təsərrüfat Hesablı İmişli rayon “Aqroservis” filialı ASC-nin Əsasnaməsinə görə “Aqrolizinq” ASC-nin struktur vahidi olmaqla onun funksiyalarının bir hissəsini yerlərdə həyata keçirən, hüquqi şəxs olmayan ayrıca struktur bölmələridir. ASC-nin Əsasnaməsində isə direktorun vəzifə və səlahiyyətləri birbaşa qeyd olunur. Belə ki, “Aqrolizinq” ASC-nin sədri Əli Bayramov həmin filialların və digər struktur bölmələrin fəaliyyətinə birbaşa cavabdehdir, onun əmri ilə filiallar hər il yoxlamaya, yəni auditə cəlb olunur, yekun akt yazılır. Həmin aktlar Əli Bayramova təqdim olunur, o isə müvafiq qərar verir. Bildiyiniz kimi, Əli Bayramov 2007-ci ildən “Aqrolizinq” ASC-nin idarə heyətinin sədri vəzifəsində çalışmışdır ta 2014-cü ilin məlum dövrünə kimi. O dövrə ki, Hesablama Palatası ASC-də ciddi nöqsanlara yol verildiyini, dövlət büdcəsi vəsaitlərinin necə gəldi istifadəsini və digər qanun pozuntusunu aşkarladı, Əli Bayramov işdən çıxarıldı. Amma məsuliyyətə hələ də cəlb olunmayıb. Onun məsuliyyətə cəlb olunması üçün isə heç də uzağa getmək lazım deyil, Şəki fermerlərinin hazırkı acınacaqlı və fəlakətli durumunu göz önünə almaq lazımdır. O vəziyyəti ki, lazımi texnika çatışmazlığı üzündən bu rayonda taxıl səpini fəlakətli dövrünü yaşayır... İndi səpilən taxıldan isə, fermerlər yaxşı bilir, taxıl gözləməyə dəyməz. Mövzuya qayıdacağıq. “Təzadlar”ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
|