Şəkidə kimlər qarışıqlıq yaratmaq istəyir - Müəmmalı bazar yanğını - İlginc ittihamlar
Tarix: 13-12-2014, 13:47 | Çap et
Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, ev 403 ünvanda yaşayan Yusifli Valeh Nəsib oğlu baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, fövqəladə hallar naziri Kəmaləddin Heydərova, milli təhlükəsizlik naziri Eldar Mahmudova və Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova "Şəki-Bazar" ASC-nin ərazisində 02 fevral 2014-cü ildə baş vermiş yanğın hadisəsinin peşəkar mütəxəssislər tərəfindən araşdırılması barədə müraciət ünvanlayıb.
Vətəndaş həmin müraciətin bir nüsxəsini də "Gündəlik Bakı" qəzetinin elektron poçtuna göndərib. Valeh Yusifli yazır ki, milli dövlətimizin yenidən qurulması üçün regionda apardığı azadlıq mübarizəsindəki fəallığına görə Ulu öndər Heydər Əliyev 1993-cü ilin yazında bir sıra mühüm tapşırıqlar verib, Prezident Aparatında şəxsən qəbulunda olarkən isə ona zonada yerləşən rayonlarda YAP-ın özəklərinin yaradılmasını tapşırıb: "Mən Şəki rayon YAP təşkilatının sədri kimi fəaliyyət göstərdiyim 7 il ərzində Şəki şəhər İH-nin ərazi və idarəetmə şöbəsinin müdiri olaraq dövlətə və millətə xidmət etmişəm. Elə ona görə də region əhalisi bu gün vicdanım qarşısında təmizliyimə görə onların hüquqlarını müdafiə etməyimi xahiş edirlər. Mən təmənnasız olaraq xalqıma xidmət etməkdən qürur duyur və zövq alıram. Budur, növbəti kollektiv müraciət "Şəki-Bazar" ASC-nin 50-yə yaxın işçilərindəndir. Onlar 2009-cu il tarixində "Şəki-Bazar" ASC-nin müdiri olmuş Rüfət İbrahimovun Salman Mümtaz küçəsində, Kiş çayının sahilindəki icarə yerində yeni tipli bazar tikmək adı ilə vətəndaşları aldadaraq aldığı külli miqdarda pulların qaytarılmasında onları məhkəmədə müdafiə etmələrimi xahiş edirlər. Aldadılmış vətəndaşların işlərini şəxsən araşdırarkən bir sıra şübhəli məqamlara da rast gəlinir. Bunlardan ən başlıcası odur ki, sabiq "bazarkom" Rüfət İbrahimov yüzlərlə vətəndaşdan aldığı pulların hesabına inşa etdirdiyi yeni bazarın fəaliyyəti üçün dövlət qeydiyyatı ala bilmədiyindən yerli hakimiyyəti haqlı olaraq bazarın açılmasına icazə verməmişdir. Nəticədə aradan 5 il müddət keçməsinə baxmayaraq, Rüfət İbrahimov nə yeni bazarı pullarını aldığı vətəndaşların ixtiyarına verə bilmiş, nə də vətəndaşların pulunu geri qaytara bilmişdir. İlkin olaraq 43 nəfər aldadılmış bazar sakininin şikayəti əsasında Rüfət İbrahimov barəsində axtarış verilib, 25 noyabr 2012-ci ildə həbs edilib və istintaqın aparılması Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə həvalə edilib. Ona Cinayət Məcəlləsinin 4 maddəsi üzrə ittiham elan olunub və sonda 7 il azadlıqdan məhrum edilməsi üçün istintaq materiallarına hüquqi qiymət verilməsi üçün Şəki Ağır Cinayətlərə Dair Məhkəməsinə göndərilib. Məhkəmə yenidən qərəzli araşdırmalar apararaq ekspert rəylərini dəyişdirməklə Rüfət İbrahimova il yarım sınaq müddəti verməklə azadlığa buraxdı. Burada məsələ məntiqi olaraq başqa istiqamətdə davam etmişdir. Belə ki, Rüfət İbrahimovun bazara sahiblik etmək istəyən dəstəsi başda onun qardaşı, sabiq icra başçısı olmuş Nazim İbrahimov əvvəl Ürfət İbrahimovdan şikayət verib 43 nəfərin sayının çoxalacağından ehtiyat edərək (aldadılmış vətəndaşların cəmi sayı təxminən 300 nəfərdir) yerdə qalan aldadılmışların şikayət verməmələri üçün və eyni zamanda həmin dövrdə Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırması gedən Rüfət İbrahimovun tam bəraət alaraq məhkəmə salonundan azadlığa çıxması üçün məkrli plan hazırlanır. Elə bu arada 02 fevral 2014-cü ildə Şəkinin mərkəzi bazarında qəfildən güclü yanğın baş verir. Əsasən yeni bazarın tikintisi üçün 2009-cu il tarixində sabiq "bazarkom"a pul vermiş sahibkarların əksəriyyətinin mərkəzi bazarın "şmotka" adlanan ərazisində yerləşməsi və bu insanların fəaliyyət göstərdikləri yerlərdən bazarın yanıb külə dönməsi nəticəsində əmlaklarından faktiki məhrum edilən sahibkarları kütləvi surətdə yeni bazarda (vaxtilə pullarını verib tikdirdikləri) fəaliyyətlərinə icazə verilməsi üçün köklənmələri bir sıra məqamlardan xəbər verir. Xatırladım ki, 02 fevral 2014-cü il tarixində gecə saat 2-40 radələrində Şəkinin mərkəzi bazarının "şmotka" adlanan 2000 kv.m ərazisində güclü yanğın baş vermiş və burada ticarətlə məşğul olan 100-ə yaxın sahibkarın əmlakları tamamilə yanmışdır. Maraqlı burasıdır ki, saat 2-51-də FHN-nin Şəki bölməsinə məlumat daxil olan kimi hadisə yerinin 200 metrliyində yerləşən texnika və canlı qüvvə dərhal yanğınla mübarizəyə başlamış, eyni zamanda qonşu rayonlardan da 15 yanğınsöndürən avtomobil yanğının ram edilməsinə cəlb edilmişdir. Hadisəni hazırda Şəki Rayon Polis İdarəsi deyil, FHN-nin Qəbələ regional İdarəsi araşdırır. Komissiya bazarın yaxınlığındakı elektrik transformatorunun nasazlığı ucbatından hadisənin baş vermə səbəbi qənaətinə gəlmək niyyətindədir. Və yalnız bu istiqamətdə araşdırma aparılır. Yalnız Şəki Paylayıcı Elektrik Şəbəkəsinin işçiləri araşdırmaya cəlb edilirlər. Amma bizim apardığımız müstəqil məntiqi araşdırmalar tamam başqa nəticəyə gəlməyə əsas verir. Belə ki, yanğının elektrik naqillərinin birində və ya bazarın şimal tərəfində bazar divarından 8m aralıda yerləşən transformatordakı nasazlıq ucbatından baş verməsini düşünürlər. Elə isə qısaqapanma və ya transformator nasazlığı baş veribsə, nəyə görə yanmış yerin 3 metr qərb tərəfində yerləşən ərzaq dükanlarındakı soyuducular işləyib, lampalar yanıb. Yəni bu dükanlar da eyni transformatordan elektrik enerjisilə təchiz edilirdilər. Deməli, transformator normal işləyib. (Çünki gecə olduğundan yüklənmə olmayıb). Reallığa görə qısaqapanma zamanı yanğın bir dükan və ya mağazadan başlamalı və sonra yayılmalı idi. Mühafizəçinin yanğın barədə dərhal FHN-nə zəng etməsi göstərir ki, hadisə başladıqdan dərhal sonra FHN-nə məlumat verilib. Lakin hadisə şahidlərinin söylədikləri kimi, yanğın qısa müddətdə bazarın hər tərəfini bürümüşdü deməsi çox mətləbdən xəbər verir. Hətta yanğının bazarın 4 tərəfindən eyni anda başlaması barədə şahidlərin söylədikləri də diqqətdən kənarda qalmamalıdır. Yanğının genişmiqyaslı təsvirini 16-17 dəqiqə ərzində hadisə yerinə çatmış yanğınsöndürənlər də təsdiq edə bilərlər. Qayıdaq əsas məsələyə: Bazarda baş vermiş hadisədən dərhal sonra (9 gün) "Region Şəki" qəzeti növbədən, kənar işıq üzü görür və baş redaktor Baba Mirzəxanlı Şəki şəhər İH-nin başçısı Elxan Usubova dərhal rəsmi müraciət ünvanlayır: Sitat "Qəzetimizin ötənilki saylarında şəhərimizdəki mövcud bazarın yaxınlığında yerləşən "Şmotka" deyilən satış məntəqəsinin acınacaqlı durumundan bəhs edən bir neçə məqalə getmişdi. Və elə həmin məqalədə mövcud bazarın günbatan hissəsində salınan və müasir tələblərə cavab verən (Rüfət İbrahimova məxsus) ticarət mərkəzinin açılmasına mane olan amillərdən də söhbət açmışdıq. Xatırladım ki, həmin ticarət mərkəzində fəaliyyət göstərəcək (müqavilə əsasında) 1000-ə yaxın sahibkarın adından redaksiyamıza şikayət məktubu ünvanlanmışdı". Qısa arayış: Müraciətin əvvəlində göründüyü kimi, baş redaktor əvvəllər də qəzetində məhz "şmotka" adlanan ərazinin pis vəziyyətdə olmasını dəfələrlə vurğulayıb. Və dəfələrlə təklif edib ki, guya pis vəziyyətdə olan yerdən insanlar müasir tələblərə cavab verən yerə köçürülsün. Sual olunur: O necə müasir tələblərə cavab verən yerdir (bazardır) ki, obyektin dövlət qeydiyyatına alınmasından rəsmən imtina edilib. (Kiş çayının sel təhlükəsinə görə). Baş redaktor özü də bilmədən bir sirri açır. Ticarət mərkəzində (müqavilə əsasında) 1000-ə yaxın sahibkarın adından guya redaksiyaya müraciət olunub. Reallıqda isə yalnız belə qondarma yazılmış müraciətə 1000 yox, cəmi 13-15 nəfər Rüfət İbrahimova yaxın adamlar imza atıb". Şikayətçi bildirir ki, bu hadisədən bir neçə gün sonra yanmış ərazidə yerləşən sahibkarlara icra başçısı tapşırıq verib ki, hər bir zəzərçəkən dükanını yenidən özü bərpa edə bilər. İnsanlar da dəymiş zərəri aradan qaldırmaq üçün vaxtlarını öz vəsaitləri hesabına tikinti işlərinə sərf ediblər, daha redaksiya qapısını axtarmaqla yox: "Qeyd edilən 1000 rəqəmi isə onu göstərir ki, yeni bazarda müqavilə əsasında bazarın tikintisi üçün pul verib müqavilə bağlayanların və əslində aldadılanların sayı elə 1000 nəfərə yaxındır. Baş redaktor sonrakı abzasda qeyd edir: Siz Şəkiyə icra başçısı təyin olunduqdan sonra bu ticarət mərkəzi ilə tanış olmusunuz və tezliklə ticarət mərkəzinin açılmasının zəruri hesab etmisiniz. Ancaq sonradan bu ticarət mərkəzi uğrunda aparılan şəxsi intriqalar ucbatından görünür, bu məsələ baş tutmayıb. Bəli, cənab baş redaktor müraciətinizdə əvvəlcə icra başçısının üzərinə vəzifə qoyursunuz ki, verdiyin sözə əməl et. Dərhal da qeyd edirsiniz ki, şəxsi intriqalar ucbatından başçı məsələni guya həll edə bilməyib. Baş redaktor bəzi mətləbləri açır. İndiki bazarla yeni bazar sahiblərinin şəxsi intriqaları ucbatından Rüfət İbrahimovun bazarının açılmasına icazə verilmir. Əvəzində çıxış yolu kimi, indiki bazarın məhz "şmotka" adlanan yeri hədəf seçilərək yandırılır ki, sahibkarlar 2009-cu ildə yeni bazarın tikintisi üçün verdikləri pulun əvəzində məcbur qalıb alacaqları dükan və piştaxtalara sahib dursunlar, köhnə bazar yandığından əlacsız qalıb gəlib bazarlarını işlətsinlər. Bax, hadisənin əsl motivini baş redaktorun da qeyd etdiyi kimi, bazar intriqalarının nəticəsində axtarmaq lazımdır. Sonrakı abzasda qeyd edilir: "Hörmətli cənab başçı! Hər kəsə məlumdur ki, bu yaxınlarda bazar yaxınlığında yerləşən "şmotka" deyilən satış məntəqəsi bir gecənin içində yanıb külə dönüb. Açması, yəni bazar məqsədli şəkildə elə yandırılıb ki, heç külü də qalmayıb. Yəni gələcəkdə də istifadəsi yarasız vəziyyətə gəlib ki, sahibkarların ayrı seçimi qalmasın, yerli icra hakimiyyətinə təzyiq göstərib Rüfət İbrahimovun bazarının fəaliyyətinə icazə verilməsinə nail olunsun. Nəhayət sözümü nəyə gətirirəm: Artıq satış məntəqəsinin yenidən bərpası ağlabatan deyil. Lazımdır ki, burda fəaliyyət göstərən insanları daha rahat və etibarlı ticarət mərkəzi ilə təmin etmək. Belə bir yer isə şəhərin qərb hissəsində yerləşən hər cür şəraitə məxsus ticarət mərkəzidir. Təəssüf ki, qeyd etdiyim kimi bu ticarət obyekti də şəxsi intriqalar zəminində lüzumsuz məhkəmə predmetinə çevrilib. Odur ki, cənab başçı sizdən artıq dərəcədə rica edirəm redaksiyamıza daxil olan çoxsaylı müraciətləri nəzərə alıb öz şəxsi nüfuzunuzdan istifadə edərək haqqında söhbət gedən ticarət mərkəzinin tezliklə açılaraq Şəki sahibkarlarının istifadəsinə verilməsinə səy göstərəsiniz. Biz də bu işdə sizə hərtərəfli yardımçı olmağa söz veririk". Bazarda yanğını törədən dəstənin hadisənin arxasınca baş redaktora bazarda 18 kv.m dükan verəcəyini söz verib (baş redaktor yaxın çevrəsinə də etiraf edib ki, Rüfətin bazarı açılsaydı, dükanımı işlədərdim. Elə bu məntiqlə canfəşanlıqla və bazar sahiblərinin diqtəsinə uyğun və guya 1000 nəfərin müraciəti əsasında icra başçısına yazdığı və dərhal müraciət sifarişçilərinin vəsaiti hesabına qəzetində çap etdirdiyi müraciətin səbəbi budur) onu məsələnin tezbazar həll edilməsi üçün bir vasitə kimi istifadə edib. Hadisəni törədənlərin əsas məqsədlərindən biri də 43 şikayətçinin ərizəsi əsasında Şəki məhkəməsində istintaqı gedən narazı adamlara yeni bazarın təcili açılması zamanı dərhal 2009-cu ildə pullarını alıb söz verdikləri dükanları paylamaq və bunun əvəzində Notariat Kontorunda onların hamısının razılıq ərizələrini alıb məhkəməyə təqdim etməklə sabiq "bazarkom"u hakimlərə xərc çəkmədən azadlığa buraxmaq idi. Bir sözlə, Şəkinin mərkəzi bazarını yandıran dəstə üzvləri bir güllə ilə üç dovşan vurmağı planlaşdırıbmış. Artıq bazarda əmlakı yanmış sahibkarlar da aradan ötmüş vaxt ərzində çox düşünüb daşındıqdan sonra bu qənaətə gəliblər ki, şəxsi mübahisələr nəticəsində tərəflər öz çirkin məqsədlərinə çatmaları üçün sadə vətəndaşları əmlakdan məhrum etməklə onları sonrakı mərhələdə əvvəlcə "Region Şəki" qəzeti vasitəsilə yox, bu variant həyata keçmədiyi halda isə narazı bazar sakinlərini təxribata cəlb etməklə "Şəki-Bazar" ASC-nin ərazisində indiki müdiriyyətə qarşı etiraz yaratmağı planlaşdırıblar. Lakin bəzi səbəblərdən bu variant da alınmadığından başda Rüfət İbrahimov olmaqla bir qrup şəxs bazardan anonim materiallar yazmaqla və eyni zamanda bazar sahibkarları arasında süni narazılıq təbliğatı aparmaqla camaatı gərginliyə sürükləyirlər. Şəxsən apardığım araşdırmaların nəticəsində belə qənaətə gəlmişəm ki, 02 fevral 2014-cü il Şəkinin mərkəzi bazarında baş vermiş yanğın hadisəsinin əsl səbəbləri respublikanın aidiyyəti dövlət orqanlarının peşəkar mütəxəssisləri tərəfindən araşdırılarsa, inanırıq ki, rayonda qarışıqlıq yaratmağa çalışan destruktiv qüvvələr tezliklə ifşa olunarlar. Mən baş prokurordan, fövqəladə hallar nazirindən, daxili işlər nazirindən, milli təhlükəsizlik naziri və Şəki şəhər İcra Hakimiyyətinin başçısından xahiş edirəm ki, Şəki bazarında baş vermiş sonuncu yanğın hadisəsi ciddi araşdırılaraq hüquqi qiymətini alsın. Hörmətlə "Şəki-Bazar" ASC-nin bir qrup zərərçəkmişlərin nümayəndəsi Valeh Yusifli". İnanmaq istərdik ki, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri məqalədə qeyd olunan faktları, eyni zamanda bazarda baş vermiş sonuncu yanğın hadisəsini obyektiv şəkildə araşdırıb rayonda qarışıqlıq yaratmağa çalışan sabiq icra başçısı Nazim İbrahimovun qardaşı Rüfət İbrahimovun barəsində lazımi tədbirlər həyata keçirəcəklər.
Yazı ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq.
(Davamı mütləq olacaq) \\ gundelik-baku.com \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
|