Benzinin qiymətinin qalxmasını bəhanə edən sui-istifadəçilər çörəyi də bahalaşdırdı - 10 qəpiklik artım var…
Tarix: 14-01-2015, 10:18 |
Çap et
DİA.AZ: - Benzinin qiymətinin qalxması artıq bəzi sui-istifadəçilər üçün də fürsətə çevrilib. Bildirək ki, rəsmi qaydada məhsullarının, xidmətlərinin qiymətini bahalaşdıran şirkətlərlə yanaşı, bunu gizlicə edənlər də var.
DİA.AZ bildirir ki, xəbərdarlıq etmədən, bu gün səhər saatlarından bir çox çörək bişirən müəssisələr də qiymətləri qaldırıblar.
Belə ki, çəkisinə görə fərqlənən hər bir çörəyin qiyməti 10 qəpik bahalaşıb.
dia-az.life-ın xəbərinə görə, bu addımı heç də bütün çörək zavodları atmayıblar. Amma qiymətlərin qalxması açıq şəkildə vətəndaşlarda narahatçılıq yaradır.