Vətəndaşın yarım milyonunu yeyən icra başçıları toxunulmazdırmı? - Əbülfəz Əliyevi intihardan kimlər yayındırıb?
Tarix: 2-04-2015, 10:43 | Çap et
Qəzetimizin 28-31 yanvar, 05-10-12-17-20-24-26 fevral və 03-11-17-19 mart 2015-ci il tarixli saylarında Əliyev Əbülfəz Cəlal oğlunun bir sıra vəzifəli şəxslər tərəfindən aldadılaraq pulunun mənimsənilməsi ilə bağlı geniş məqalələr çap etmişdik.
Bildirmişdik ki, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin qayını və şəriki, vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa və dələduz əməllərinə görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu, xarci kəşfiyyat orqanlarının əməkdaşı ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərin nümayəndələri ilə birlikdə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girərək, vaxtilə hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan Əliyev Əbülfəz Cəlal oğlunun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib.
Zərərçəkən Əbülfəz Əliyev bizimlə söhbətində bildirdi ki, Aslanov Rövşənlə yaxın hətta dost münasibətləri olub: "O, mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qayını olan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2 milyon dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək mənim verdiyim pulu mənimsədi. O cümlədən Türkiyə Milli İstihbarat Təşkilatında işlədiyini iddia edən və Rövşən Aslanovun İstanbuldakı nümayəndəsi olan Kubar adında qadın Türkiyə vətəndaşı olan Kadir adlı iş adamını da mənim kimi aldadılaraq 500 min dollar pulu mənimsədilər. Özünü isə pulu verdikdən sonra Bakıya dəvət etdilər. Bakıda isə Kadir müəmmalı şəkildə yol qəzasında həlak oldu. Verdiyi 500 min dollar pul isə Rövşən Aslanov və özünü MİT əməkdaşı sayan Kubar tərəfindən mənimsənildi". Əbülfəz Əliyevin dediyinə görə Rövşən Aslanov, Rahib və Kubar imkanlı adamları aldadtmaq, etibarından sui-istifadə edərək pul mənimsəmək üçün hələ 2008-ci ildə İstanbulda "1001 rakip" adlı şirkət qurublar.
Zərərçəkən bizimlə söhbətində onu da bildirdi ki, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin və Azərbaycanda tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Rövşən Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verdikləri vədlər olub. O cümlədən Neftçala rayon icra başçısı İsmayıl Vəliyev və Xızı rayon icra başçısı Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək pulun silinməsini tələb ediblər. Bununla razılaşmayan Əbülfəz Əliyev özünü polis əməkdaşı kimi təqdim edən şəxlər və kriminal aləmin nümayəndələri tərəfindən təhdid edilib və onu susdurmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib. Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faiz hissəsini vermirlər, nə də 482 min dollar pulunu. Bu məsələ ilə əlaqədar zərərçəkən Əbülfəz Əliyev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, qardaş Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğana, Milli Məclisin sədri Oqtay Əsədova və millət vəkillərinə, respublikanın baş prokuroru Zakir Qaralova, Prezident Administrasiyasını şöbə müdiri Fuad Ələsgərova, daxili işlər naziri Ramil Usubova, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general- polkovnik Vaqif Axundova müraciət edərək kömək istəyib. O cümlədən bu məsələ mətbuat vasitəsilə ictimailəşərək geniş rezonansa səbəb olsa da, nə hüquq-mühafizə orqanları, nə də qarşı tərəf münasibət bildirməyib. Zərərçəkən Əbülfəz Əliyev başına gələn bu hadisədə hüquq-mühafizə orqanlarının hərəkətsizliyini o cümlədən Rövşən Aslanov və onun qohum icra başçıları tutduqları vəzifələrdən aldıqları gücdən istifadə edərək haqqını tapdalamalarını özünə, mətbuata və ictimaiyyətlə yanaşı, təməli əbədi-yaşar Ulu öndər Heydər Əliyev tərəfindən qurulan, hal-hazırda isə hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizə və dövlətçilik ənənələrinə qarşı da hörmətsizlik və sayğısızlıq kimi dəyərləndirir.
Zərərçəkən Əbülfəz Əliyev bizimlə söhbətində Rövşən Aslanov və onun dələduzluq əməlləri ilə məşğul olan dəstəsi barəsində şok məlumatlar söylədi. Onun dediyinə görə, Rövşən Aslanov, Türkiyədəki şəriki Kubar və Rusiyadakı adamı Rahibin Fətulla Gülən camaatı ilə sıx əlaqələri olub: " Onlar mənə İstanbulda yerləşən "1001 rakip" şirkətinə şəriklik təklif edəndə iki milyon dollarlıq əmlakın və fabrikin siyahısını təqdim etdilər. Və mən İstanbula gedəndə həmin fabriki və mülkləri göstərdilər. Amma şərik kimi sənədləşdirməni uzatdılar. Sonradan bildim ki, onlar mənə göstərdikləri mülklərin bir hissəsi, o cümlədən fabrik Fətullah Gülən camaatına yaxın olan Ramazan Kalyonçuya məxsusdur. Xatırladaq ki, Kalyonçular ailəsinə məxsus olan şirkətlər qrupu Türkiyədə ən güclü holdinqlərdən sayılır. Görünür, Rövşən Aslanov inandırmaq üçün mənə onların mülklərinin bir hissəsini göstərib".
Əbülfəz müəllim bildirdi ki, bu insanlar xarici kəşfiyyat orqanlarının əməkdaşı ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərlə qabaqcadan cinayət əlaqəsinə girərək, mən də daxil olmaqla vətəndaşlarımıza maddi-mənəvi işgəncələr vermələrini milli maraqlarımız baxımından da ciddi təhdid hesab edirəm. Əbülfəz Əliyev qeyd etdi ki, bu günə qədər başına gətirilən hadisə ilə bağlı aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət etməyinə baxmayaraq, ancaq vəzifəli şəxslərin yalan vədlərindən başqa heç bir nəticə əldə edə bilmədiyindən son ümid yeri kimi mətbuata üz tutub: " Mən hələ ilk müsahibəmdə son ümid yeri kimi bütün namuslu və əqidəli mətbuat nümayəndələrinə müraciət edərək, bir qrup vəzifəli şəxslər tərəfindən başıma gətirilən bu hadisəyə diqqət yönəltmələrini xahiş etmişdim. Sağ olun, sizin redaksiya başda olmaqla öz peşəsinə sadiq olan 30 yaxın mətbu orqan bu ağır günümdə mənə ciddi dəstək verdilər. Və cinayət əməli törətmiş vəzifəli şəxslərin ifşa edilməsində mənə yardımçı oldular. Amma adını ciddi mətbu orqan qoyan bəzi saytlar və qəzetlər belə bir ciddi hadisəni kənara qoyub məşhur birisinin soyunmasını, boşanmasını və yaxud milli-mənəvi dəyərlərimizə yad olan digər hadisələri manşetə çıxardırlar. Mən onsuz da bilirdim ki, bəzi sayt və qəzetlərin rəhbərləri Rövşən Aslanov və onun himayədarları tərəfindən nəyinsə müqabilində ələ alınır. Amma mən yenədə az da olsa ümid edirdim ki, həmin redaktorlar, jurnalistlər öz peşə kodekslərinə sadiq qalacaqlar. Təssüf ki, Azərbaycan mətbuatında bu cür şəxslər də fəailiyyət göstərir".
Onu da qeyd edək ki, Əbülfəz müəllimlə son görüşümüzdə, yəni martın 19-da etdiyimiz söhbət zamanı bildirmişdi ki, bayramdan sonra martın 30-da özünü yandırmaq yolu ilə intihar edəcək. Amma görünür sonradan nələrsə baş verdiyindən Əbülfəz Əliyev bu fikrindən daşınıb. Ona görə də özü ilə görüşüb bu məsələyə aydınlıq gətirmək istədik.
-Əbülfəz müəllim dediyim kimi martın 30-da özünüzü yandırcağınızı bildirmişdiniz. Amma bu fikirdən deyəsən imtina etdiniz. Bayram ərəfəsində nə baş verdi. Yeniliklər varmı?
Martın 29-da yəni intihar etməyimə bir gün qalmış mənə hüquq-mühafizə orqanlarından zəng vuraraq məsələ ilə bağlı maraqlanmağa başladılar. Bildirdilər ki, martın 30-da səni idarəyə dəvət edəcəyik. Elə də oldu. Martın 30-da məni dəvət edərək yüksək vəzifəli bir şəxslə görüşdürdülər. Mənə bildirdilər ki, bu məsələni ciddi nəzarətə götürəcəklər. Söhbətdən sonra məsələni araşdırmaq üçün məndən ərizə aldılar.
-Əbülfəz müəllim sizdə, görüşdən sonra problemin həll olunacağına dair bir ümid yarandımı?
Mən onsuz da əvvəllər də sizinlə söhbət zamanı bildirmişdim ki, hüquq-mühafizə orqanlarına olan ümidimi tam itirməmişəm. Onların dövləti və mütəşəkkil cinayətkarlığa qarşı apardıqları uğurlu mübarizəni görür və müsbət qiymətləndirirəm. İnanmıram ki, onlar mənim işimlə əlaqədar dələduz əməli törətmiş bir neçə vəzifəli şəxslərin cəzasız qalmasına göz yumaraq apardıqları uğurlu fəaliyyətlərinə kölgə salsınlar. Son görüşüm dediyim fikirlərimdə haqlı olduğumu göstərdi. Ümid edirəm ki, Rövşən Aslanov və onun himayədarları olan icra başçıları bu dəfə araşdırmanın ədalətli aparılmasının qarşısını ala bilməyəcəklər. O ki, qaldı intihar etməyimə, bu fikrə qeyri-ciddi yanaşanlar səhv fikirdədirlər. Əgər işə ədalətli baxmasalar, yenə də Rövşən Aslanov və himayədarlarının əli bura girsə, onda söz verdiyim kimi intihar aktını həyata keçirəcəyəm.
P.S. Biz də redaksiya olaraq bu məsələni daimi nəzarətdə saxlayacaq, əldə etdiyimiz son məlumatları diqqətinizə çatdıracağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|