Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                 

Şəmkirin "Polad Alemdar"ı rayonda necə ovqat formalaşdırır... - Deputat-başçı qovğası
Tarix: 27-04-2015, 10:46 | Çap et
Şəmkirin "Polad Alemdar"ı rayonda necə ovqat formalaşdırır...
Prezident İlham Əliyevin vaxtaşırı məmurlara vətəndaşlarla münasibətdə nəzakətli olmaq, sahibkarlara əlavə problem yaratmamaq və ən nəhayət özlərini məmura yaraşan tərzdə aparmaqla bağlı xəbərdarlıq etsə də, hələ də bu tələbləri eşitməyənlər var.

Yaxud da bəzi məmurlar bu xəbərdarlıqdan nəticə çaxarmayaraq, sadalananların hamısını həyata keçirir, hələ utanmadan da cəmiyyətə nümayiş etdirir. Son günlər isə həm ictimai rəydə, həm də mətbuatda ən çox müzakirə olunan məmurlardan biri də Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur.

İşdən qovma,
ya da konvert
Qısaca onu qeyd edək ki, ötən ilin oktyabrın 8-də Alimpaşa Adil oğlu Məmmədov Şəmkirin yeni icra başçısı təyin olunub. Bu təyinatadək Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləyib. Zamanında barəsində cinayət işi başlanmış bu məmur sahibkarların qorxulu yuxusuna çevrilmişdi. Sumqayıtda çalışarkən “sahibkarların qənimi” imicini qazanmış Alimpaşa Məmmədov sonradan Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Alimpaşa Məmmədov vergi sistemində elə bir xarakterdə formalaşıb ki, idarəçilikdən daha çox sahibkarlara divan tutmaq üzrə mütəxəsisləşib.
Şəmkirə icra başçısı təyin olunandan bəri A.Məmmədovdan narazılıqların sayı artmağa başlayıb. İş o yerə çatıb ki, sakinlər illərlə narazı qaldıqları keçmiş başçının ölənlərinə rəhmət oxumağa başlayıblar. Vergi sistemində «divantutma” mütəxəsisinə çevrilən A.Məmmədov Şəmkirə düşər-düşməz sahibkarlara qarşı səlib yürüşünə başladı. «Unikal”ın bu dövr ərzində yazdıqları bir-bir təsdiqlənməyə başladı. İlk vaxtlar böyük səs-küy çıxmasa da, qısa müddətdə sahibkarların sıxışdırılması prosesinə start verildi. Ən acınacaqlısı isə odur ki, A.Məmmədov dövlət idarələrinə də sahibkarlıq qurumları kimi yanaşmağa başladı.
Bu barədə «Unikal”ı məlumatlandıran şəxs deyir ki, yeni başçı təyinatdan bir neçə gün keçəndən sonra rayondakı idarə və təşkilat rəhbərlərini toplayıb və onlara artıq yeni sistemlə işləyəcəklərini deyib. Deyilənlərə görə, başçı əsas strukturların rəhbərlərini tək-tək qəbul edib və onlara vəzifələrində qalmaq üçün konvert üsuluna keçmələrini deyib. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, A.Məmmədov bu üsulu vergidə işləyəndə də tətbiq edirdi, amma dövlət qurumlarının rəhbərlərinin də sahibkarlar kimi tasa otuzdurulması görünməmiş hadisə idi. Sözsüz ki, bu da rayonda ciddi narazılıq yaradıb, hər an proseslər nəzarətdən çıxa bilər. Qeyd olunanlarla bağlı müxtəlif mətbuat orqanlarında silsilə yazılar dərc olunub. İstər elektron, istərsə də yazılı mediada M.Məmmədovla bağlı kifayət qədər məlumatlar var.

Vergidəki vəzifə
mərtəbələri
Diqqət çəkən məqamlardan biri də odur ki, A.Məmmədovun karyerə xronologiyası olduqca qarışıqdır. Onun ən çox çalışdığı vergi sistemindəki yerdəyişmələri buna əyani sübutdur. Yəni, Şəmkirə icra başçısı göndərilənə qədər Alimpaşa Məmmədovun bioqrafiyası maraqlıdır. Belə ki, A.Məmmədov Salyan və Şəmkir rayon vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlarla qanunsuz rəftarına görə barəsində prokurorluqda cinayət işi başlanıb. Buna görə də nazir onu Şəmkirə göndərib. Oradan isə Şəmkirin o vaxtkı icra başçısı, hazırda fəxri təqaüdçü olan Aslan Aslanovun təpkisi ilə uzaqlaşdırılıb. Ancaq sonradan nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edilib. Bir müddət burada işlədikdən sonra Səbail rayon Vergi İdarəsinə rəis təyin edilib. Burada bəzi nüfuzlu məmurların müəssisələrini qeyri-qanuni yoxladığına görə «vurulub”. Bir müddət sonra 2 saylı Ərazi Vergilər İdarəsinə (Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edir) rəis göndərilib.
Ondan sonra isə Bakı Şəhər Vergilər Departamentinə rəis təyin edilib. A.Məmmədov 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi işləyərkən Sumqayıtda sahibkarlara sözün həqiqi mənasında divan tutub. İş adamları üçün müəyyən edilən “haqq” hesablanmış vergilərdən bir neçə dəfə çox olub. Buna görə də o, “sahibkarların qənimi” adını qazanıb. Onun paytaxtın vergi idarəsinin başına gətirilməsi nazirin düşünülmüş planı hesab edilirdi.

Deputat-başçı qovğası
Əgər A.Məmmədovla bağlı yazılar yalnız müxalifətöynümlü mediada getsəydi, bunu başa düşmək olardı. Amma məsələ ondadır ki, hakimiyyətə yaxın şəxslər də onunla yola getmirlər. Belə ki, deputat Etibar Hüseynov doğulduğu Şəmkir rayonunda baş verənlər barədə ciddi narazılığını ifadə edib. Hətta o icra başçısını açıq şəkildə tənqid etməkdən də çəkinməyib. O, bir müddət öncə Alimpaşa Məmmədovun fəaliyyətindən narazılığını özünün facebook səhifəsində yazmışdı. Sitat: “Bir sıra hüzr məclisləri ilə bağlı 3 gündür ki, Şəmkirdəyəm. Harada oturursan camaat bazar günü rayon mərkəzində keçirilən ”Bu şəhərdə”nin konsertindən danışır. Məlum olur ki, sən demə, yeni icra başçısı KVN və “Bu şəhərdə”nin qatı pərəstişkarıymış və konserti də şəxsən özü təşkil eləyib. Çox maraqlıdır ki, gecə-gündüz reklam olunmasına baxmayaraq, kassalarda bircə bilet belə satışa çıxarılmayıb. Bütün biletlər Alimpaşa müəllimin tərtib elədiyi siyahı əsasında büdcə təşkilatlarına paylanıb. Bəlkə də bütün bunlara əhəmiyyət verməmək də olardı. Ancaq biləndə ki, yeni başçı “Bu şəhərdə”nin konserti ilə əlaqədar (başı möhkəm qatışıq olduğuna görə) 10 gündür ki, heç kəsi qəbul eləmir… Bax bu hal təəssüf doğurur”.
Göründüyü kimi, icra başçısının səmərəsiz fəaliyyəti artıq hakimiyyətə yaxınlığı ilə seçilən deputatı da narahat edib.

Polad Alemdara
özənən başçı

Mili Məclisin deputatı Etibar Hüseynovun Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədovla bağlı sonuncu polemikası daha diqqət çəkdi. Demək olar ki, onun bu bənzətməsi bütün mediada yayımlandı və xeyli müzakirə olundu. Belə ki, E.Hüseynov icra başçısını Türkiyənin məşhur serial qəhrəmanı Polad Ələmdarla müqayisə edib: Deputat Şəmkirdə keçirilən, mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir barədə fikirlərini bölüşərkən belə deyib: “Artıq bir neçə gündür ki, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilir. Matçın ortasında Polad Ələmdar ədasıyla təşrif buyurub səhnəyə qalxmaq, oyunçuların diqqətini yayındırıb özünlə gətirdiyin fotoqrafa poza vermək üçün Şəmkirin icra başçısı Alimpaşa Məmmədov olmaq lazımdı..”.
«Unikal”ın əməkdaşı ilə söhbətləşən şəxs də deyib ki, A.Məmmədov həqiqətən də bəzi hərəkətləri ilə ədalı obraz yaratmağa çalışır. O, bununla həm diqqət mərkəzində olmaq, həm də ətrafdakıların ondan çəkinməsi üçün zəhmli aura yaratmaq istəyir.
Son olaraq onu da qeyd etmək lazımdır ki, A.Məmmədov icra başçısı təyin olunduğu gündən ən çox tənqid olunan və narazılıq yaradan başçılardan biridir. Qısa müddətdə idarəçilik sisteminə yad ünsürləri gətirməsi və bu qədər narazılığa səbəb olması Alipaşa Məmmədovu yuxarıların da gözündən salır. Hələlik onu qoruyan görünməz əllər A.Məmmədovun başı üzərindəki qara buludları qovmağa müvəffəq olur. Amma bu müdafiənin uzun çəkməyəcəyi qaçılmazdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru