Keçmiş cəhbəçi, özünü dövlət məmuru kimi təqdim edib Qarabağ qazisini və məmur nəvəsini necə müflis etdi... - Oliqarxların dərisinə birə düşdüyü zamanda "Əcəb etmişəm" kəliməsi
Tarix: 23-05-2015, 15:48 | Çap et
Prezident İlham Əliyevin məmur - oliqarxiya sistemini törədilən qanunsuzluğa görə, sərt çəzalandırması prosesinin baş verdiyi bir vaxtda, iri oliqarxların dərisinə obrazlı desək birə düşdüyü bir dönəmdə, etdiyi dələduzluq əməlinə bircə sözlə "əcəb etmişəm" deyənlər də var.
Yox o məmur deyil, o oliqarx da deyil, bu özünü bəzilərinə oliqarx, bəzilərinə məmur kimi təqdim edən adi bir dələduzdur. Gözəl adlar altında gizlənən, Bütöv Azərbaycan idealogiyası adı ilə Qarabağ əlilini aldadaraq dövlət tərəfindən ona verilmiş obyekti ələ keçirən dələduz...
İnternetdə axtarış versəniz onun haqqında xeyli sayda yazılar tapa bilərsiniz. Lakin bu yazılar onun əsl mahiyyətini əks etdirmir. Bir neçə xırda saytlarda onun haqqında gedən yazılarda o millətçi, Bütöv Azərbaycan idealogiyasının daşıyıcısı kimi təqdim olunur. O gah Bütöv Azərbaycan uğrunda "mübarizə" apardığını və bu "yoldan" dönməyəcəyini təkrarlayır, gah da Elçibəyin məzarı üstündə şəkillər çəkdirərək, poz verir. Lakin, həqiqət çox sadədir, o Qarabağ veteranının əmlakını talayıb, neçə-neçə şəxsləri aldadıb. Və sonunda da, "əcəb etmişəm" deyir.
Oxucu sual edə bilər ki, axı məsələyə niyə bir tərəfli yanaşırsız? Faktlar sübuta yetirilmədən necə adamı dələduzluqda ittiham edə bilərsiz. Amma axı, adam bunu özü etiraf edir. Bələ bəli, özü. Seyidbəyli ondan açıqlama almaq istəyən jurnalistə bir başa belə cavab verir: "ƏCƏB ETMİŞƏM".
Söhbət keçmiş cəbhəçi , "Bütöv Azərbaycan Konseyi" adlı təşkilatın rəhbəri Mərdan Seyidbəylidən gedir. O Maarif Əliyev adlı Qarabağ müharibəsi veteranının əmlakını ələ keçirib, özünü isə külli miqdarda borc altında qoyub. Sövet dönəminin ən məşhur ismlərindən olan Göyçay və Bərdə rayonlarının 1-ci katibi işləmiş, mərhum prezident Heydər Əliyevin ən hörmət etdiyi şəxslərdən olan Rüstəm Səfərəliyevin nəvəsi Bakıda restoran idarəetməsi sahəsində tanınan Bayram Hacıyevə isə necə deyərlər külli miqdarda pul "atıb". Avropa info-ya müraciət edən Bayram Hacıyevin dedikləri:
"23.09.2014-cü il tarixində mənə zəng gəldi. Dedilər ki, Binəqədi rayonu 6-cı milkrarayon, 1410-cu keçiddə "Miragel" adlı bir restoran var oranı işlətmək lazımdır. Mənim restoran biznesində təcrübəm olduğu üçün mənə müraciət etdilər.
Dedilər ki, Muxtar Səfərov adında bir nəfər sənə zəng edəcək. Muxtar mənim Ramin adlı dostumun əmisidir. Səhəri gün Muxtar adlı şəxs mənə zəng elədi və onunla görüşüb həmin obyektə getdik. Mən restorana girib baxdım və xoşum gəlmədiyi üçün çıxıb getdim.
Bir gün sonra mənə bir də zəng etdilər və Muxtarla görüşdük. Bu dəfə Muxtarın yanında Namiq adlı bir nəfər də var idi. Bu zaman mən həmin şəxslərə öz fikrimi bildirdim. Dedim ki, buranın güclü təmirə, dekorasiyaya və dizayna ehtiyacı var.
Üçüncü gün yenidən bu şəxslər mənə zəng edərək obyekt sahibinin mənimlə görüşmək istədiyini dedilər. Mən obyektə gəldim. Mən oraya gələndə Mərdan Seyidbəyli hələ gəlməmişdi. Az sonra o da gəldi və mənə dedilər ki, bu çox imkanlı adamdı, özü də dövlət məmurudur. Bundan başqa onun başqa biznesləri də olduğunu dedilər.
Mən ondan nə işlə məşğul olduğunu soruşanda mənə Dövlət Əmlak Komitəsinin sədr müavini olduğunu dedi. O mənə fikrimin xoşuna gəldiyini, işi mənimlə Namiqə həvalə etdiyini hər cür maddi dəstəyi verəcəyini söylədi. Həmin günü axşam mənə yenidən zəng edib ustaları gətirməyimi və təmir işinə başlamağımı söylədi. Mən isə bu işlərdən hələ də şübhələnirdim.
Amma məni dilə tutaraq işə başlamağa razı saldılar. Səhəri günü tanıdığım ustaları obyektə gətirərək işə başlamaq istədik. Namiq mənə hələ ki pulun olmadığını söylədi. Buna görə də gedib evdən 650 manat pul götürərək gəldim ki, təki iş getsin.
Biz təzəcə işə başlamışdıq ki, Marif adlı bir nəfər gələrək işi dayandırdı və “Mən obyektimi satışa qoymuşam. Sizi bura kim buraxıb. Mənim obyektimi niyə sökürsüz? dedi. Daha sonra M. Seyidbəyli gələrək Marifi kənara çəkdi. Nə danışdıqlarını tam olaraq bilmirəm. Amma Marif işin davam etdirilməsinə razılıq verdi.
Mən Mərdanın pulunun olmadığını hiss etdim. Daha sonra iki ay davam edən təmir işləri M. Səfərovun öz cibindən verdiyi 6000 manatla və mənim verdiyim pullarla davam etdi. İki ay iş davam etdikdən sonra Muxtar ilə Namiq Fizuli rayonunda soğan əkmək adı ilə işdən kənarlaşdırıldılar.
Daha sonra həmin bu restorana şərik çıxanlardan da biri Vahid adlı şəxs oldu. Onu da qeyd edim ki, restoranın heç bir sənədi yoxdur.
Mən hər dəfə Mərdanla pul söhbəti edəndə mənə deyirdi ki, sən mənə inanmırsan? Gəl buranı təmir edək işə salaq sonra sənin də pulunu verəcəyəm.
Mən restoranı tam təmir edərək bu ilin mart ayında işə başladım və 6 gün bundan öncəyə qədər oranı işlətdim. Restoranı sıfırdan yaxşı işlək vəziyyətə gətirdim. 6 gün bundan qabaq isə bu məsələləri araşdırmaq üçün oradan uzaqlaşdım.
Mən sonradan bildim ki, Mərdan restoranın fəaliyyətinin yaxşı olduğunu görüb restoranı Marifin əlindən almaq istəyirmiş. 4 ay bundan əvvəl Mərdan Marif notariusa apararaq onun obyektinə 36 min manat xərclədiyini təsdiq etdirib.
Yerin sahibi olan Marif bu günlərdə Mərdana bütün bu oyunlardan təngə gəldiyini dedikdə isə Mərdan Marifin qarşısına baş tərəfində “Access Bankın Miragel restoranının ümumi hesabatı” yazılmış 68 min manatlıq üzərində möhür olmayan bir siyahı qoyub və deyib ki, mən bu qədər pul töküb sənin yerini təmir etmişəm. Onları ver çıxım.” Bunla da Qarabağ müharibəsi veteranı olan Maarifin obyektini faktiki olaraq ələ keçirib.
Daha sonra B. Hacıyev 9 ay ərzində gördüyü işlər müqabilində M. Seyidbəylinin onun haqqı olan 18800 manat pulunu mənimsədiyini söyləyib.
B. Hacıyev bu məsələnin həlli üçün prezident İlham Əliyev, daxili işlər naziri Ramil Usubov və respublikanın baş prokuroru Zakir Qaralova müraciət ünvanlayıb. O məsələnin həll olunacağı təqdirdə onun haqqı olan 18800 manatdan 2000 manatını Heydər Əliyev fonduna, 2000 manatını körpələr evinə, 1000 manatını qocalar evinə, 1000 manatını əlil və şəhid ailələrinə sosial dəstək ictimai birliyinə, 1000 mamatını gözdən əlillər cəmiyyətinə, 1000 manatını da 19.05.2015-ci il tarixdə yanan binada yaşayan ailələr kömək məqsədilə verəcəyini bildirib.
Məsələ ilə əlaqədar Avropa.info Mərdan Seyidbəyliyə də maraciət edib. Seyidbəyli müxbirimizin sualını dinlədikdən sonra, özünə arxayın bir şəkildə "əcəb etmişəm" deyərək telefonu bağlayıb.
Onu yaxından tanıyan bir partiya sədrindən soruşduqda isə... Adam rəsmən özündən çıxdı. "Allah ona lənət etsin. Atmadığı adam qalmayıb."
Açığı bu ölkədə son dövrlər məmur -oliqarxların belə, "əcəb etmişəm" sözünü yadırğadığı bir dövrdə keçmiş cəbhəçinin törətdiyi dələduzluq əməlini təkzib etməyə belə cəhd etmədiyi , hətta bunu təsdiqləməyi həm təccüblü, həm də acı gülüş doğuran bir məsələdir. Hacı İbrahim Nehrəmlilərə, "Hafka"lara , "Quska"lara qalmayan dünya, sənə də qalmaz, cənab Seyidbəyli...
Mövzunu davam etdirəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|