Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                 

Bakıda daha bir bankda özbaşınalıq... - NARAZILIQ VAR
Tarix: 3-06-2015, 10:42 | Çap et
Bakıda daha bir bankda özbaşınalıq...
Bu gün vətəndaşların əksəriyyətinin banklara borcu olduğunu və həmin borcları geri qaytarmaqda çətinlik çəkdiklərini hər birimiz bilirik. Günü-gündən banklara olan borcların portfelinin artması isə, həm əhalinin vəziyyətinin pisləşməsinə, həm də banklarda müəyyən qədər inkişafa mane olur. Əgər nəzərə alsaq ki ölkədə orta hesabla 2 milyon ailə var və banklara borclananlarınsa sayı 1 milyon 600 min nəfəri keçir onda əminliklə demək olar ki, ölkədəki ailələrin 75 faizi bankirlərin borc girovuna çevrilmiş vəziyyətdədirlər.

Banklara borclanmış hər hansı bir şəxs iş yerini itirəcəyi təqdirdə hansı fəlakətlə üzləşəcəyini yaxşı bilir və bu fəlakəti hər an yaxınlığında hiss edən insan heç vaxt siyasi cəhətdən azad və etirazçı ola bilməz. O, iş yerini saxlamaq müqabilində bütün təhqirləri həzm etməyə, ən ağır şərtlər çərçivəsində işləməyə məcbur və məhkumdur. Bəzən biz belə iradlar da eşidirik " günahkar vətəndaş özüdür, heç kəsə krediti zorla vermirlərki, ağlı var götürməsin". Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş vermişdi. Fərmana görə, Mərkəzi Banka (MB) kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb. Fərmana uyğun olaraq, MB 6 aydan bir Azərbaycan Prezidentini görülmüş işlər barədə məlumatlandırmalıdır. MB artıq xeyli vaxtdır ki, kredit faizlərinin aşağı düşəcəyini bəyan etsə də, reallıqda dəyişən heç nə yoxdur. Aydındır ki, məsələnin dövlət başçısı tərəfindən özü də rəsmi fərmanla gündəmə gətirilməsi problemin ciddiliyini və miqyasını təsəvvür etmək üçün kifayətdir. Xatırladaq ki, ölkə Prezidenti son fərmanadək kredit faizlərinin aşağı salınması və bankların real sektora daha çox kredit ayırmasının təmin edilməsi barədə bir neçə dəfə MB rəhbərliyinə öz tapşırıqlarını vermişdi. Bu gün yenidən banklarla, kreditlərlə bağlı danışmağımızın səbəbi var. Belə ki, redaksiyamıza daxil olan şikayət əsasında bu mövzu barədə yenidən söhbət açmalı olduq. Sözü uzatmadan qeyd edək ki, daxil olan şikayət İnşaatçılar pr., 4a ünvanda yerləşən "AccessBank"ın Elmlər Akademiyası filialındandır. Yasamal rayonu ərazisində fəaliyyətdə olan, İnşaatçılar pr., 4a ünvanda yerləşən "AccessBank"ın Elmlər Akademiyası filialı vətəndaşların demək olar ki, ən çox şikayət etdiyi filialdır. Sözügedən filiala müraciət edən şəxslərin dediklərinə görə, bəlkə də paytaxtda ən aşağı xidmət burada göstərilir. Yeri gəlmişkən onu da diqqətinizə çatdıraq ki, sözügedən filialdan ilk dəfə deyil redaksiyamıza şikayət daxil olur. Bu isə onu göstərmiş olur ki, daxil olan şikayətlə əsassız deyil. Şikayətçinin sözlərinə görə, televiziya ekranlarında reklam edildiyi kimi, bankdan pul götürmək heç də asan məsələ deyil. Filialın əməkdaşları bir növ vətəndaşları süründürməliklə məşğuldurlar. İnsanlar işlərinin alınıb-alınmayacağını bilmədikləri halda, burada saatlarca növbə gözləməli olurlar. Bu da təbii ki, ilk olaraq vaxt itkisinə, daha sonra isə insanların əsəbi bahasına başa gəlir. Həmçinin şikayətdə müştərilərə kredit verən zaman onlardan yüksək məbləğdə "şapka" istənməsi də yer alır. Həmçinin vətəndaşlar təyin edilən gündə kredit borcunu qaytara bilmirlərsə, o zaman həmin məbləğin üzərinə hədsiz çox faiz gəlir. Bu isə təbii ki, haqlı olaraq vətəndaşların narazılıqları ilə qarşılanır. Göstərilən xidmətin aşağı olması ilə, vətəndaşların aldadılması yanaşı, bankın yerləşdiyi ərazi də çox bərbad vəziyyətdədir. Burdan da, belə nəticəyə gəlmək olar ki, bank müştərilərini yox, yalnız öz şəxsi mənfəətini və yalnız pul qazanmağı düşünür. Sözün qısası "AccessBank"ın Elmlər Akademiyası filialına bir dəfə müraciət edən şəxs, bir daha ora ayaq basmaq belə, istəmir. Sadəcə olaraq, bəzi vətəndaşlar məcburiyyət qarşısında qalıb bankın qoyduğu şərtlərə, işçilərin müştərilərə olan davranışına susmalı olurlar. Ümumiyyətlə, bu gün respublikamızda istehlakçı hüquqlarının ən çox pozulduğu sahələrdən biri məhz bank sektorudur. Xüsusilə kreditlərin ödənilməsinin vaxtı ilə bağlı vətəndaşlarla banklar və kredit təşkilatları arasında daim narazılıqlar yaranır. Bir tərəfdən vətəndaşların bağlanılan kredit müqavilələri ilə yaxından tanış olmaması, digər tərəfdən isə məhkəmələrin bu işləri yetərincə araşdırmaması səbəbindən insanlar çox vaxt əmlaklarını itirirlər. Bu nöqteyi-nəzərdən də, bankların təklif etdikləri kreditlərin faiz dərəcələrinin yüksək olması müxtəlif səviyyələrdə narazılıq və ciddi suallar doğurur. Bizlər bir daha daxil olan şikayət əsnasında bu mövzuya toxunduq. Ümid edirik ki, bu qədər şikayətlərdən sonra məsələ ilə bağlı bir əncam çəkiləcək.
\\ gundelik-baku.com \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru