Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                 

Məmur və deputat korpusunda misli görünməmiş təşviş - Kimlər yola salınır?
Tarix: 6-06-2015, 10:51 | Çap et
Məmur və deputat korpusunda misli görünməmiş təşviş
Manatın devalvasiyasının ardından Binəqədi rayonunda binanın yanması və iş adamlarının dövlət büdcəsi hesabına götürdükləri kreditlərlə bağlı baş verənlər mühüm və qaçılmaz bir reallığı ortaya qoydu: yeni iqtisadi, sosial, siyasi gerçəklikdən doğan çağırışlara adekvat cavab verilməsi hakimiyyət üçün çox yaxın gələcəkdə qarşıda duran ən əsas vəzifədir!

Bəs, nədir bu yeni gerçəkliklər və çağrışlar? İlk növbədə, bu, aydın nəzərə çarpır ki, ötən ilin sentyabrından başlayaraq neftin qiymətinin aşağı düşməsi və 21 fevralda baş verən manatın devalvasiyası ilə ölkə iqtisadiyyatı yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə artıq əvvəlki iş, tənzimləmə, idarəetmə metodları, resursların bölüşdürülməsi ilə bağlı yanaşma özünü doğrultmur. Yeni vəziyyət, təbii olaraq, yeni yanaşmalar, dəyişikliklər, adaptasiya addımları tələb edir. Əgər böyük neft gəlirlərinin ölkəyə daxil olduğu vaxt hökumət üçün yaradıcı yanaşma yox, mövcud resursların bölüşdürülməsi, yönəldilməsi prioritet idisə, yeni mərhələdə əksinə - rasional yanaşma, dövlət xərclərinin optimallaşdırılması, qeyri-neft sektorunun inkişafı üçün əlavə səylər göstərilməsi aktual olacaq. Artıq qrup, korporativ maraqlardan çıxış edərək resursların idarəolunması, bölüşdürülməsi, monopolist qrupların dominantlığı praktikasının tətbiqi qeyri-mümkün işə çevriləcək. Yeni iqtisadi və sosial reallıq daxili siyasətlə bağlı da adekvat addımların atılmasını şərtləndirməkdədir. Cəmiyyətin qənaət tədbirlərinə hazırlanması, iqtisadi islahatlar üçün münbit ictimai-siyasi mühitin formalaşdırılması, islahatlara ictimai etimadın təmin edilməsi üçün çevik, cəmiyyətlə işləməyi bacaran siyasi komanda formalaşdırılması çox vacibdir. Bu komanda daha çox “ideoloji qvardiya” rolunu oynamalıdir ki, qeyd olunan vəzifələrin öhdəsindən gələ, mümkün islahatlara ictimai dəstəyi təmin edə bilsin. Artıq hakimiyyətin Avropa oyunlarından sonra islahatlara start verəcəyi ilə bağlı aydın siqnallar verilməkdədir. İlk növbədə, o amil qabarıq nəzərə çarpır ki, Prezident İlham Əliyev öz çıxış və mesajları ilə cəmiyyəti dəyişikliklərə və islahatlara hazırlayır. Dövlət başçısının son aylardakı mesajlarının təhlili göstərir ki, hakimiyyət artıq ən üst səviyyədə dəyişikliklər üçün münbit şəraitin yarandığının fərqindədir. Həmçinin hakimiyyət bu prosesdə cəmiyyətin dəstəyinin də vacib olduğunu diqqətə çatdırır. Dövlət başçısı qəti addımalara hazır olduğunu və zərurət yarandıqda sərt addımlar atılacağının anonsunu verib artıq. “İndi Azərbaycan ictimaiyyəti görür ki, ölkədə toxunulmaz insan yoxdur. Cinayət törədibsə, vəzifəsindən asılı olmayaraq, məsuliyyətə cəlb edilməlidir”, - deməklə, Prezident İlham Əliyev cəmiyyət və komandası üçün ən mühüm mesajını çatdırdı. Şərti olaraq, dövlət başçısı son çıxışlarıyla “Prezident islahatları”nın anonsunu vermiş oldu. Bu çıxışların ardınca hakim Yeni Azərbaycan Partiyasının 2015-ci il parlament seçkiləri ilə bağlı hazırlıqları barədə sızan xəbərlər və verilən mesajlar deməyə əsas verir ki, mümkün dəyişikliklər, ilk növbədə, parlamentin yeni tərkibində özünü büruzə verəcək.
Əslində, ən ağıllı yol da budur: parlamentin yeni tərkibi məhz yeni mərhələnin spesifikasına uyğun qurulmalıdır ki, mümkün islahatlar prosesinin əsas dayaqlarından birinə çevrilsin. Çünki yalnız bu yanaşma ilə yeni gerçəkliklər və çağrışlara adekvat cavab verilə, islahatlar üçün ictima dəstək daha effektiv təmin edilə bilər. Görünür, artıq bu yanaşmanın zəruriliyi hakim dairələrdə də ön plana çıxmaqdadır. Tarixi təcrübə göstərir ki, istənilən hakimiyyət mühafizəkardır və yaxud sonunda mühafizəkar yanaşmanı tətbiq edir. Bu, hakimiyyətlərin təbiətindən və məsuliyyətindən irəli gəlir. İstənilən hakimiyyət, xüsusən islahatlara başlamaq istəyən iqtidarlar üçün ilk vəzifə sabitliyin qorunması, proseslərin nəzarətdən çıxmamasıdır. Bu baxımdan, Azərbaycan hakimiyyətinin islahatlara yanaşması və cəmiyyətin gözləntiləri hansısa məqamlarda üst-üstə düşməyə də bilər. Lakin cəmiyyətin tezliklə repressiv tədbirlər görülməsi istəyi ilə, mümkün riskləri sığortalamaqla tədricən dəyişikliklər yolu seçilməsi yanaşması fərqlənsə də, sabitliyin qorunmasının vacibliyi məsələsində mövqelər üst-üstə düşür. Əvvəlki təhlillərimizdə qeyd etdiyimiz kimi, insanlar üçün hakimiyyəti islahatlara təşviq etmək yanaşması sabitlik prioritetindən doğan əsas davranış formasına çevrilib. Cəmiyyət proletar tələblər irəli sürmür - o, hakimiyyətin getməsini deyil, daha səmərli işləməsini tələb edir.
Obrazlı ifadə etsək, insanların əksəriyyəti sosial tolerantlıq nümayiş etdirir. Proletar düşüncənin alternativi olaraq sosial tolerantlıq yanaşması sistem daxilində sonradan sistemin keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq islahatlar aparılmasını dəstəkləməyə hazırdır. Bəs hakimiyyət, ilk növbədə, hansı istiqamətlərdə islahatlara başlaya bilər? Əslində, ilk islahatlar üçün zəminlər hazırlanıb: “Rəqabət Məcəlləsi” layihəsi və “Maraqlar toqquşması haqqında” qanun layihəsi parlamentin müzakirəsinə təqdim edilib. Bu qanunların qəbul edilməsi və praktikada gərəkən formada tətbiqi, islahatlar üçün uğurlu start ola bilər.
Digər tərəfdən, 2005-ci ildən “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında qanun da qüvvəyə minib. Sadəcə, bu qanuna uyğun olaraq vəzifəli şəxslərin öz gəlirləri haqqında təqdim edəcəyi bəyannamənin formasını və təqdim edilmə qaydalarını Nazirlər Kabineti müəyyən etməlidir. Gömrük sistemində liberallaşma və monopoliyanın götürülməsi isə cəmiyyətin əsas gözləntilərindəndir. Gömrük sistemi ilə bağlı mümkün dəyişikliklərlə bağlı anons və xəbərlərə cəmiyyətin hədsiz marağı və həssaslığı bunu sübut edən ən yaxşı dəlillərdəndir... Qeyd etdiyimiz qanunların qəbulu və onların tətbiqi üçünsə işlək mexanizmlərin yaradılması, gömrükdə liberallaşma yönündə addımlar atılması, sonrakı islahat və dəyişikliklər üçün çox əhəmiyyətli impuls verə və uğurlu başlanğıc ola bilər...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru