“Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                 

"Möcüzəli Naftalan"da "möcüzə" qiymətlər... - "Yüksək xidmət" "yüksək qiymət" kimi başa düşüləndə...
Tarix: 23-06-2015, 11:00 | Çap et
"Möcüzəli Naftalan"da "möcüzə" qiymətlər...
Bildiyiniz kimi, son illərdə ölkə rəhbərliyi tərəfindən turizm sektorunun inkişafına böyük diqqət və qayğı göstərilməkdədir. Məhz bu diqqətin nəticəsidir ki, hazırda ölkəmizin turizm üçün əlverişli sayılan bölgələrində yeni istirahət mərkəzləri və otellər əhalinin xidmətindədir. Lakin turizm sahəsində də problemlər az deyil. Belə ki, ölkəmizdəki istirahət mərkəzlərinin yetərli hissəsində tariflər çox bahadır.
Məsələn, 500 manatla qardaş Türkiyədə bir həftəlik istirahət etmək mümkündürsə, Azərbaycanda bu məbləğlə yalnız üç gün istirahət etmək olar. Mütəxəssislərin fikrincə, daxili turizmin, istirahətin baha olmasının səbəbləri rəqabət mühitinin zəifliyi və turizm obyektlərinin sayının azlığı ilə bağlıdır: Turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya lazımdır. Ancaq bu gün həmin lisenziyanı rəsmi qiymətinə əldə etmək mümkün olmur. Bunun üçün turizm obyekti açan sahibkar əlavə rüsum ödəməlidir. Son dövrlər fəaliyyətə başlayan turizm mərkəzləri, otellərdə qiymətlər başqa ölkələrlə müqayisədə çox bahadır". Məlum olduğu kimi, yerli və xarici turistlərin Naftalanda fəaliyyət göstərən sanatoriya, istirahət mərkəzlərinə marağı xeyli artıb. Bu, sözügedən şəhərin tarixən sanatoriya-kurort şəhəri kimi məşhurlaşması ilə əlaqələndirilir. Əfsus ki, Naftalanda yerləşən bəzi özəl sağlamlıq mərkəzləri qiymətlərinin bahalığı ilə fərqlənir. Belə müəssisələrdən biri də "Möcüzəli Naftalan" özəl sağlamlıq mərkəzidir. Burda cərəyan edən qanun pozuntuları, mərkəzin direktoru Elşən Əmiraslanovun törətdiyi özbaşınalıqlar və baş həkim Gültəkin Süleymanovanın işinin öhdəsindən gələ bilməməsi haqda redaksiyamıza maraqlı məlumatlar daxil olub. Əvvəlcə isə qısaca vurğulamaq istəyirik ki, adıçəkilən sağlamlıq mərkəzi 2007-ci ildə tikilib istifadəyə verilib. Məlumatlı mənbənin bildirdiyinə görə, "Möcüzəli Naftalan" 94 çarpayılıq korpus, yeməkxana, müalicə və idman zalı, neft vannaları otaqlarından ibarətdir: "Vətəndaşlar bura həm həmkarlar təşkilatları ilə bağlanan müqavilələr əsasında qəbul olunur, həm də başqa yollarla. Həmin "başqa yolları" direktor özü müəyyənləşdirir. Naftalanda qiymətlərinə görə ən bahalı istirahət mərkəzlərindən biri məhz Elşən Əmiraslanovun rəhbərlik etdiyi "Möcüzəli Naftalan"dır. Mərkəzdə qiymətlər otaqların kateqoriyalarından asılı olaraq dəyişir. 15 günlük kursun qiyməti 500-750 manat arasındadır. Məbləğə vətəndaşların burda qalması, 3 dəfə qidalanması, müayinə və müalicə daxildir. Amma özəl sağlamlıq mərkəzində insanlara göstərilən xidmət, onlara verilən yemək o qədər də yüksək keyfiyyətdə deyil. Yəni mərkəzə 15 gün üçün ödənilən məbləğlə göstərilən xidmət arasında böyük fərq var. Halbuki, həmin pulla Gürcüstan, Türkiyə və Ukraynada ürəyin istəyən kimi istirahət edə bilərsən. Dünəndən qalan yeməkləri bu gün yeni adı altında müştərilərə verirlər. Bu qanunsuzluğu elə ustalıqla həyata keçirirlər kİ, heç vətəndaşların ruhu belə incimir. Mərkəzdə xəstələrin normal istirahəti üçün lazımi şərait demək olar ki, yoxdur. Tibbi avadanlıqların bir çoxu köhnədir və istifadəyə yararsız haldadır. Həkimlər bu cür aparatlarla xəstələri müayinə edərək onlara səhv diaqnoz qoyurlar. "Möcüzəli Naftalan" bura müalicəyə və istirahətə gələnlərin yaddaşında xoş izlər buraxmır. İnsanların yetərli hissəsi özəl sağlamlıq mərkəzindən narazı halda gedirlər. Azad sahibkarlıq, səmərəli biznes mühiti üçün yaradılmış əlverişli şəraitdən istifadə edən obyektin sahibi Elşən müəllim müvafiq qanunvericiliyin tələblərini pozmaqla məşğuldur. İl ərzində istirahət mərkəzinə 2000-dən çox insan müraciət edir. Bu o deməkdir ki, ildə burdan külli miqdarda gəlir əldə olunur. Buna baxmayaraq, qazanılan vəsaitin az hissəsi dövlətin büdcəsinə keçirilir. Elşən Əmiraslanov kimlərəsə arxayın olaraq vergidən yayınır". Mənbənin sözlərinə görə, respublika vətəndaşlarından başqa, bura Əfqanıstandan, Özbəkistandan, Tacikistandan və başqa xarici ölkələrdən də müalicəyə və istirahətə gələnlər var: "Əcnəbi vətəndaşlar üçün tətbiq olunan qiymətlər dodaq uçuqladır. Onlar mərkəzdə 10 günlük kurs üçün yerli vətəndaşlarla müqayisədə iki-üç qat xərcə düşürlər. "Möcüzəli Naftalan" özəl sağlamlıq mərkəzinin əsas söz sahiblərindən biri də baş həkim Gültəkin Süleymanovadır. O mərkəz fəaliyyətə başlayandan baş həkim vəzifəsində işləyir. Mərkəzə bir gələn sevinir, bir də gedən. Çünki baş həkim öz mənafeyini hər şeydən üstün tutur. Onun yaxın qohumları özəl sağlamlıq mərkəzində pulsuz istirahət edir, müalicə alırlar. Lakin sadə vətəndaşlardan artıqlaması ilə pul alınır. Mərkəzə birinci dəfə gələn xəstələrə ödədikləri məbləğə bütün xidmətlərin daxil olduğu deyilsə də, sonradan vəziyyət dəyişir. Belə ki, vətəndaşlar tibbi müayinədən keçmək, habelə yemək üçün əlavə ödəniş etmək məcburiyyətindədir. Bir sözlə, "Möcüzəli Naftalan"da keyfiyyətli xidmətdən söhbət belə gedə bilməz. Mərkəzin sahibi və baş həkim ancaq öz maliyyə durumlarının yaxşılaşmasından ötrü çalışırlar, vəssalam". Deyilənə görə, sağlamlıq məkəzinin rəhbəri ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun çox yaxşı münasibəti var. Hətta "Möcüzəli Naftalan"ın əsl sahibinin icra başçısı olması haqda da məlumatlar dolaşmaqdadır. Bu barədə növbəti sayımızda ətraflı məlumat verəcək və baş həkimin fiziki qüsurlu insanlara kobud münasibəti haqda danışacağıq. Bizi izləyin.
\\ gundelik-baku.com \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru