Şirvanda təbii qaz sayğacları kimin xeyrinə fırlanır... - ŞİKAYƏT VAR
Tarix: 28-07-2015, 11:15 | Çap et
Bildiyiniz kimi, ölkəmizdə son illər geniş infrastruktur layihələri həyata keçirilir ki, bu da əhalinin sosial-məişət şəraitinin getdikcə yaxşılaşdırılmasına imkan yaradır. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə əhalisinin elektrik enerjisi, qaz, içməli su ilə təminatı əsaslı şəkildə yaxşılaşmış və bu istiqamətdə işlər hazırda da sürətlə davam etdirilir.
Diqqətinizə çatdırmaq istəyirik ki, əhalinin mavi yanacaqla təminatı istiqamətində də dövlət səviyyəsində müsbət işlər görülməkdədir. Ölkə başçısı əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri istiqamətində aidiyyəti qurumlara öz tapşırıqlarını verib. Bu sahədə təqdirəlayiq işlərlə yanaşı, mənfi hallar da mövcuddur. Redaksiyamıza daxil olan məlumatlara əsasən "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İdarəsinin Şirvan Qaz İstismar Sahəsinin rəisi Anar müəllim üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmir və bu səbəbdən şirvanlılar mütəmadi olaraq qazla bağlı problem yaşamalı olurlar: "Şirvan şəhərində əhalinin mavi yanacaqla təminatı ürəkaçan səviyyədə deyil. Sənaye şəhərinin sakinləri ilin bütün aylarında qaz sarıdan əziyyət çəkirlər. Elə olur ki, günlərlə binalara, fərdi yaşayış sahələrinə mavi yanacaq verilmir. İstismar sahəsinin işçiləri bunu qaz xətlərindəki nasazlıqla əlaqələndirirlər. Halbuki, Şirvan şəhərində istismar müddətini başa vurmuş qaz xətlərinin yenisi ilə əvəz olunması məqsədilə büdcədən il ərzində külli miqdarda vəsait ayrılır. Təəssüf ki, istismar müddəti başa çatmış müxtəlif diametrli qaz kəmərləri təmir edilmir, həyətlərdə olan qaz xətləri küçələrə çıxarılmır. Şirvan Qaz İstismar Sahəsinin rəhbərliyi qaz itkilərinin çoxalmasına şərait yaradır. İtkilərin azaldılması məqsədilə istehlakçıların mənzillərində yeni "smart-kart" tipli sayğacların quraşdırılması istənilən səviyyədə aparılmır. Bəzi abonentlər hələ də qazdan sayğacsız istifadə edir". Şirvan Qaz İstismar Sahəsinin 590,0 km orta və aşağı təzyiqli qaz xəttinə, 55 ədəd qaz tənzimləyici şkafa, 420 ədəd fərdi tənzimləyiciyə və 15935 abonentə xidmət göstərdiyini deyən mənbə qeyd etdi ki, sahə rəisi şəhərin qaz təchizatının yaxşılaşdırılması üçün qaz kəmərlərinin yenidən qurulması və yeni yaşayış massivlərinin qazlaşdırılması istiqamətində mütərəqqi işlər görmək istəmir: "Hesabatlarda göstərilir ki, guya ötən dövrdə şəhərin 147,0 kilometrlik qaz kəməri yenisi ilə əvəz olunub. Amma bu hesabat həqiqəti əks etdirmir. Çünki Şirvan şəhərinin qaz təsərrüfatında yenidənqurma işləri yox dərəcəsindədir. Əhali qış aylarında əməlli-başlı zülm çəkir. İstilikxanalar və mənzillər qazla lazım olan şəkildə təmin edilmədiyindən insanlar əlavə problem yaşamalı olurlar.
Anar müəllim Salyan Regional Qaz İdarəsinin rəisinə yaxın adamdır. Məhz idarə rəisinin xeyir-duası ilə bu vəzifəyə təyin edilib. Şirvanda hər kəs onu qapalı biri kimi tanıyır. O şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin rəhbər işçiləri ilə sıx əlaqə saxlamır". Aldığımız məlumatda həmçinin istismar sahəsinin rəisinin biznes işlərindən də söhbət açılır. Mənbənin sözlərinə görə, sahə rəisinin Şirvan şəhərində bir neçə ticarət obyekti var: "Anar müəllimin maddi imkanı çox yaxşıdır. Şəhərdə barmaqla göstərilən evlərdən biri də ona məxsusdur. Mərkəzdə bir neçə dükanı var". Başqa bir informasiyada isə bildirilir ki, Şirvan Qaz İstismar Sahəsinin rəisinin arzusu "Azəriqaz"da şöbə müdiri işləməkdir: "O həm əvvəllər vəzifədə işləmiş atasının, həm də öz yaxın dostlarının köməkliyi ilə "Azəriqaz"a şöbə müdiri keçmək istəyir. Sahə rəisi bu məqsədlə bütün imkanlarını səfərbər edib. Hələ ki, istehsalat birliyindən ona müsbət cavab verilməyib". Növbəti saylarımızda Şirvandakı vəhhabilərin "krışa"sı haqda yazı dərc edəcəyik. Sonda "Azəriqaz"ın baş direktoru Əkbər Hacıyevdən sözügedən istismar sahəsində yaşanan neqativ işlərlə bağlı tədbir görməsini xahiş edirik.\\gundelik-baku.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|