Bu şirkətdə də fəhlələrin haqqı yeyilirmiş... - ŞİKAYƏT VAR
Tarix: 21-08-2015, 10:45 | Çap et
Son illər Azərbaycanda fəaliyyət göstərən bir çox inşaat şirkətlərinin fəaliyyətində müşahidə olunan neqativ hallar, həmin şirkətlərin potensial alıcılar arasında nüfuzunun düşməsinə səbəb olmuşdur. Bu proses şirkət rəhbərləri tərəfindən törədilən çoxsaylı maxinasiyaların və fırıldaqçılıq əməllərinin məntiqi nəticəsi kimi baş verir. Lakin inşaat şirkətlərini nüfuzdan salan başqa bir amil də vardır ki, bu da tikintidə çalışan usta və fəhlələrin qazandıqları pulların verilməməsi və ya tam verilməməsilə bağlıdır. Təəssüflər olsun ki, son vaxtlar redaksiyamıza daxil olan məlumatlarda məhz bu arzuolunmaz halın da getdikcə xoşagəlməz tendensiya halını alması vurğulanır. Digər tərəfdən isə, bu kimi ləyaqətsiz əməllərə əl atan bəzi şirkət rəhbərləri, bir çox hallarda özlərindən qat-qat daha artıq hörmət və nüfuza malik olan başqa şirkətlərin də nüfuzuna xələl gətirməyə çalışmış olurlar. Elə bu günlərdə redaksiyamıza ərizə ilə müraciət etmiş paytaxt sakini, vətəndaş Məmmədov Elçin Elxan oğlu tərəfindən təqdim olunan faktlar da növbəti belə bir hadisədən xəbər verir. Şikayətçi öz ərizəsində bildirir ki, o, 02 mart 2015-ci il tarixində, 19 nəfər işçi yoldaşı ilə birlikdə Nərimanov rayonu ərazisində, Təbriz küçəsində, “Çanaqqala” restoranının arxasında yeni inşa olunmuş 18 mərtəbəli binada təmir işlərinə başlayıblar. Briqada tərəfindən 3 ay və 20 gün ərzində binanın 9-cu mərtəbəsində 4 mənzildə və 14-cü mərtəbəsində daha 2 mənzildə təmir işləri aparmışdır. İşlərin sifarişçisi kimi “Bosson” inşaat şirkətinin rəhbəri olan Zaur adlı şəxs çıxış etmişdir. Həmçinin E.Məmmədov bildirir ki, “Bosson” şirkəti də öz növbəsində bu işləri “Paşa Holdinq”in tikinti şöbəsinin sifarişi ilə həyata keçirirmiş. Bu məqam isə, işçi briqadasının son qərarı verməsində əsas stimul olub. Elçin bildirir ki, tikinti işlərində çalışan bir çox ustalardan indiyədək “Paşa Holdinq”in bu sahədə fəaliyyətinə dair ancaq yaxşı sözlər və səmimi razılıq eşidib. İşçilərə pullarının vaxtlı-vaxtında verilməsi, sərfəli qiymətlər, əlverişli iş şəraiti və rejiminin yaradılması baxımından “Paşa Holdinq” inşaat sahəsində çalışan usta və fəhlələr üçün ən arzuolunan sifarişçilərdən biri hesab olunur. Beləliklə, göstərilən müddət ərzində 20 nəfərdən ibarət briqada inşaat materiallarının (kərpic, qum, sement) daşınması, arakəsmələrin sökülməsi və yeni planirovkaya uyğun tikilməsi, armaturların laqunda ilə kəsilməsi (2500 ədəd), divarlarda betona kontakt izolyasiyanın çəkilməsi, makina suvağı, şpatlyovka (astar və üzlük) vurulması, pərdə divarlardan kəsilmiş divarların yerinin rənglənməsi, 6 mənzilin tavanının metal profillərlə yığılaraq, alçibanla üzlənməsi, zibilin daşınması və digər işləri həyata keçirmişdir. Lakin, faktiki olaraq sifarişçi və icraçılar arasında vasitəçi rolunu oynamış “Bosson” şirkəti sən demə işçilərlə münasibətləri “Paşa Holdinq”dən tam fərqli şəkildə qururmuş. Bu xüsusda şikayətçinin ərizəsində deyilir: “İşlədiyimiz 3 ay və 20 gün ərzində Zaur bizə (20 nəfər işçiyə) 12 000 (on iki min) manat pul ödəmişdir. Halbuki, əldə olunmuş razılığa görə, 6 mənzildən hər birinin təmir işlərinə görə 8 000 (səkkiz min) manat, ümumilikdə isə 48 000 (qırx səkkiz min) manat ödəniləcəyi nəzərdə tutulmuşdu. Lakin Zaur bizə arxasında “Paşa Holdinq”in durduğunu bəyan edərək, pulumuzun qalan hissəsini verməyəcəyini bildirmişdir...” Bax elə məhz bu məqam, az öncə qeyd etdiyimiz etibardan sui-istifadə halının bariz nümunəsidir. Şikayətçinin deməyinə görə, “Paşa Holdinq”in tikinti şöbəsinə Araz Ağayev adlı şəxs rəhbərlik edir və o, Zaurla qohumluq əlaqələrindədir. Aydındır ki, belə olan vəziyyətdə Araz Ağayev öz yaxınına etibar edərək, onun şirkətini sərfəli müqavilə ilə təmin edib. Nəticədə isə...Nəticədə isə, Zaur binanın təmir işlərinə holdinq tərəfindən ayrılan vəsaitləri mümkün olan qədər mənimsəməyə böyük səylər göstərib və şikayətçilərin iddialarına görə bu sahədə kifayət qədər “bacarıqlı” ola bilib. Bu barədə ərizədə deyilir: “Əlavə olaraq bildirmək istəyirəm ki, bizim həmin binada işlədiyimiz müddət ərzində Zaur özünə Pirşağı qəsəbəsində üç bağ evi almışdır ki, bunlardan da birini Araz Ağayevə hədiyyə etmişdir. Bundan başqa Zaur yenə də həmin müddətdə, Həsən Əliyev küçəsində özünə üç kommersiya obyekti (dükan) və “Tonqal” restoranının yanında iki ədəd mənzil almışdır. Bundan başqa isə, Zaur atasına “Range Rover - Sport” markalı avtomobil də hədiyyə etmişdir. Qeyd edim ki, bütün bu haqsızlıqlarda Zaurun atasının da xüsusi iştirakı olmuşdur...” Qeyd edək ki, biz E.Məmmədovdan Zaurun aldığı mülk və obyektlər barədə haradan məlumatlı olduğu barədə də soruşduq. Cavabında isə şikayətçi bildirdi ki, Həmin obyektlərin də təmir işlərinə Zaur məhz onların briqadasından usta və fəhlələri cəlb edirdi.Sonda bunu da qeyd etmək istəyirik ki, biz artıq “Paşa Holdinq” MMC-nin direktoru cənab Mir Camal Paşayevə bütün bu baş verənlər barədə ətraflı məlumat vermişik. Öz növbəsində Mir Camal müəllim də daxil olan məlumatlar ətrafında ciddi araşdırma aparılacağını və istənilən halda haqq-ədalətin bərpa olunacağını vəd etmişdir.\\bizimdovr.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|