Beyləqanda vəziyyət düzəlmir ki düzəlmir... - İcra başçısından qaynaqlanan problemlər...
Tarix: 20-10-2015, 09:13 | Çap et
Beyləqanın sosial-iqtisadi həyatında yaşanan problemlərin varlığından, bu gün rayona rəhbərlik edən Vaqif Abdullayevin tətbiq etdiyi zorakı idarəçiliyin mahiyyətindən və yerlərdə baş alıb gedən çoxsaylı sosial problemlərin varlığından bəhs etmişik. Yazıb onu da qeyd etmişdik ki, bu gün Beyləqanda sosial problemlərin varlığı elə bir həddə çatıb ki, ümumi vəziyyətdən çıxış yolu, yalnız və yalnız rayona rəhbərlik edən şəxsin daşıdığı vəzifəsi ilə vidalaşmasından keçir. Çünki, Vaqif Abdullayevin icra başçısı təyin olunması, rayonun çoxsaylı problemlərini həll etmədi, əslində yeni-yeni problemlərin əmələ gəlməsini şərtləndirən əsas səbəblərdən biri oldu.
Adicə bir məqama diqqət yetirək ki, Beyləqan rayonu əksər rayonlardan üz-üzə qaldığı sosial problemlərinin varlığına görə də fərqlənir. Məsələn, Beyləqanın və ona bitişik rayonların ümumi mənzərəsinə diqqət yetirsək, o halda onu da görərik ki, bu rayon sanki xarabazarlığa oxşayır. Bir daha o məqama toxunaq ki, rayonun mərkəzi yolları, sanki ucqar dağ kəndlərinin dağıdılmış, uçurulmuş yollarına bənzəyir. O halda sual yarana bilər ki, axı mərkəzi hakimiyyət hər bir şəhər və rayona oxşar münasibətini bəslədiyi halda, Beyləqanın belə bir durumda olmasına səbəb nədir? Apardığımız araşdırmalar, yerlərdən əldə etdiyimiz məlumatlar onu söyləməyə əsas verir ki, Vaqif Abdullayevin idarəçiliyi rayonu sanki zülmətə qərq etdiyindən, yaşanan ab-hava, bu gün də hər kəsi düşündürməkdədir.
Belə bir səbəblər üzündəndir ki, yerlərdən çoxsaylı şikayətçilərin ayrı-ayrı mətbu orqanlara, o cümlədən “Gündəm Xəbər” qəzetinin redaksiyasına ünvanladıqları şikayətlərin ardı-arası kəsilmir. Onlar yazdıqları şikayətlərində bildirirlər ki, “xalqımızın ulu öndəri, mərhum prezidentimiz Heydər Əliyevin minbir əzab-əziyyətlə qurub yaratdığı dövlətimizin Beyləqan rayonunda, bu gün qanunlar işləmir, demək olar ki, əməlli-başlıca anarxiya hökm sürür. Məsələn, rayonun “Dosluq” sovxozu ərazisində islahatlar aparılmadığı halda, sovxozun torpaqları tamamilə talan edilib. Rayon rəhbərliyinin qanunsuzluğa söykənən əməllərindən isə, ayrı-ayrı qurumlara silsilə şikayət məktubları ünvanlasaq da, ona hələ ki, bir kimsə “qaşın üstə qara var” demir. Belə bir halların varlığı da, yeni-yeni qanunsuzluqların əmələ gəlməsinə səbəb olur.
Ümumiyyətlə, Vaqif Abdullayev nə qanuni haqqını tələb edən sovxozun yerli sakinlərini, nə də ki, dövlət başçımızın vermiş olduğu tapşırıqları saya salmır. Ölkə rəhbərinin tapşırığı əsasında bölgələrdə görüşlər keçirən nazirlərə, komitə sədrlərinə vermiş olduğumuz ərizə və şikayətlər də, çox zaman itbata salınır. Əksər hallarda isə, onların qəbuluna düşməyə imkan verilmir, rayon rəhbərliyi və yerli hüquq-mühafizə orqanı əməkdaşları da, bu cür görüşlərə hər cür maneçiliklər törədirlər.
Onu da bildirmək istəyirik ki, bu günədək “Dostluq” sovxozuna məxsus torpaq sahələrini viran qoyan sabiq icra başçıları Xasay Məmmədov, İrşad Əliyev və
bugünkü icra başçısı Vaqif Abdullayev haqda, müxtəlif instansiyalara nə qədər şikayətlər ünvanlasaq da, onlara qarşı bir tədbir görən tapılmadı. Digər vəzifə sahiblərinin də, qol qoyulan qanunsuzluq əməllərində iştirakları, çoxsaylı kənd sakinlərinin minbir iztirabla üz-üzə qalmalarına səbəb oldu. Həmin vəzifə sahiblərindən Beyləqan rayon Məhkəməsinin sədri Maşallah Şirvanovun, prokuror Azər Osmanovun, polis şöbəsinin rəisi Füzuli Şıxəliyevin, polis şöbəsində rəis müavini vəzifəsini daşıyanlar Taleh Hüseynovun və İslam Məmmədovun, YAP Beyləqan rayon təşkilatının sədri Rəfayel Pəsiyevin, bugünkü şəhər icra nümayəndəsi vəzifəsini daşıyan Bakir Balakişiyevin, icra hakimiyyəti başçısının müavini Telman Məstanovun, vaxtilə sovxoz təsərrüfatının iqtisadçı olmuş Oruc Ağayevin, sovxozun aqronomu Yusif Hüseynovun və sovxoz direktoru vəzifəsini daşıyan Natiq Mirzəyevin, “Dostluq” sovxozuna məxsus torpaq sahələrinin “pay-püş” edilməsində xüsusi rolları olub.
Rayondakı ən böyük problemlərdən biri də, su kanallarının təmizlənməməsidir. Baxmayaraq ki, sənədlərdə kanalların təmizlənməsi göstərilsə də, reallıqda hər şey bunun əksini deyir. Əhalinin istifadə etdikləri su arxlarının üst hissələri, qanunsuz yollarla kimlərəsə də satılır. Şəhərin daxili ərazilərində plansız çəkilən kanalizasiya xətləri, bütün küçə və döngələri bərbad hala salıb. Və belə bir səbəblər üzündən də, küçələrdən ötüb keçmək olmur. Təəssüf doğuran hal odur ki, qazıntı işləri aparılmış küçələrə asfalt vurulmur, belə getsə deyəsən heç vaxt da vurulmayacaq.
Diqqəti cəlb edən problemlərdən biri də, 2007-ci ildə ölkər rəhbəri İlham Əliyev cənablarının torpaq sahələri üzərində dövlət nəzarətinin gücləndirilməsinə dair vermiş olduğu tapşırıqların icra olunmamasıdır. Belə ki, həmin illərdə bələdiyyə sədri vəzifəsini daşımış Bakir Balakişiyev, verilmiş tapşırıqlara məhəl belə qoymadan “Dostluq” sovxozu ərazisindəki torpaq sahələrini, imkanlı şəxslərə bildiyi qaydada “pay-püş”etmiş və əldə etdiyi külli miqdarda gəlirlər hesabına yeni vəzifə kürsüsünə də sahib ola bilmişdi. Bu gün şəhər icra nümayəndəsi vəzifəsini daşıyan Bakir Balakişiyevin, Vaqif Abdullayevin “sağ əli” olması haqda da, müəyyən çevrələrdə söz-söhbətlər dolaşmaqdadır. Onun sovxoz ərazisində yaşamayan, sovxoz təsərrüfatında heç bir əməyi olmayan 47 ailəyə, islahat aparılmayan torpaq sahələrindən sotu 1500 manatdan olmaqla həyatyanı sahələr verməsi, hal-hazırda Beyləqanda əksəriyyətin müzakirə etdiyi mövzulardan birinə çevrilib”.
Redaksiyamıza şikayət ərizəsi ünvanlayan Beyləqan rayonu Dosluq kəndi B.Sərdarov küçəsi ev-37 ünvanında yaşayan Zalov Musa Fərman oğlu onu da bildirir ki, “bu gün mənim 80-dən bir qədər çox yaşım var. Ömrümün daha çox hissəsini yaşamışam və arxada qoyduğum illər ərzində, heç vaxt bu qədər haqsızlığa, qanunsuzluğa, saxtakarlığa rast gəlməmişəm. Yaşımın ahıl çağlarında baş verənləri gördükcə, mən bunlara dözə bilmirəm. Sanki, od tutub yanıram. Odur ki, hər bir KİV nümayəndəsindən, o cümlədən “Gündəm Xəbər” qəzetinin əməkdaşlarından da təvəqqe edirəm ki, Beyləqanda baş verənləri dövrü mətbuata çıxarın, bəlkə vəzifə sahibi olan hər kəs, daha çox isə icra başçısı Vaqif Abdullayev bu cür əməllərindən əl çəkə bidilər”.
Ümumiyyətlə, o, onu da vurğulayır ki, Beyləqanda ən yaxşı ərazilər imkanlı şəxslər tərəfindən zəb olunub, onlara belə bir şəraiti də rayon rəhbərliyi yaradıb.
Məsələn, bu görünən ev daşınmaz əmlakın Beyləqan şöbəsində işləyən Zaman İmanova məxsusdur. Həmin ev Vaqif Abdullayev tərəfindən ona qeyri-qanuni şəkildə verilib.
Şəkildə görünən və Beyləqan rayon Mərkəzi Bazarının qarşısında tikilməkdə olan digər ev də, rayon rəhbərliyinin qeyri-qanuni verdiyi evlərdən biridir. Faciəli hal odur ki, tikintisi davam etdirilən bu ev, təqribən 500 ailəni su ilə təmin edən kanalın üstündə tikilməkdədir.
Musa Zalov bir məqamı da qeyd edir ki, “ölkə rəhbərinin tapşırığı əsasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri, 18 sentyabr 2015-ci il tarixdə Beyləqan rayonunda sakinlərlə görüşərkən, rayon sakini olan Kamal Səfərovla birlikdə onun qəbulunda oldum. Ümumi söhbətin gedişi zamanı biz ona Quliyev Tofiq Şahlar oğlunun əməlləri barəsində ətraflı məlumat verdik və bildirdik ki, bu şəxs Beyləqanda “saxta sənədlər kralı” adi ilə də tanınır. Çünki, o, hələ torpaq şöbəsində işləyərkən, sakinləri məhkəmələr qarşısında getgələ salmışdı. Bu gün isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yerli şöbəsində çalışan Tofiq Quliyev, yenə də əməllərindən əl çəkmir dedikdə, Kərəm müəllimin reaksiyası olduqca sərt oldu. Dərhal o, komitənin kadrlar şöbəsi ilə əlaqə saxlayıb bildirdi ki, “bu nə kadrdır ki, seçim etmisiniz. Axı, bu şəxsdən daxil olan şikayətlərin ardı-arsı kəsilmir” dedi. Bu zaman onu da vurğuladım ki, Kərəm müəllim, bu şəxs əvvəllər torpaq şöbəsində vəzifə daşıyıb, çoxsaylı qanunsuzluqlara qol qoyub. Belə bir kadrların günahı ucbatından o boyda komitə ləğv edildi. İndi də, deyəsən Sizin qurumun ləğvi istiqamətində əməli addımlar atmağa qərar verib ki, bu cür əməllərlə məşğul olur. Onun qol qoyduğu çoxsaylı qanunsuzluqların nəticəsidir ki, vaxtilə hansısa sakinə sənəd-sübutla verilmiş torpaq sahələri, daşınmaz əmlak və.s, başqa şəxslərin adlarına keçirilir”.
Bəli, bütün bunlar bu gün Beyləqanda yaşanan olaylar, problemlərin görünən tərəfləridir. Çünki, redaksiyamıza bu səpkili şikayətlər daxil olduqca, rayonda həyata keçirilən idarəçiliyin mahiyyəti, vəzifə sahiblərinin xalqa necə “xidmət” göstərmələri, hər kəsə gün təki aydın olur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|