Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... .....                     Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı .....                     Amilinin ZƏHƏRLİ AMALI... .....                     "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib .....                     ADAU-da təhsilin evini yıxanlar KİMDİR? .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb .....                     Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası .....                     Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb .....                     Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? .....                     ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… .....                     “Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                 

Yeni nazirin yeni aparat rəhbəri və rabitəyə yad komandası: - 3 ayı tamam olan Ramin Quluzadənın müdhiş planları
Tarix: 8-02-2016, 10:39 | Çap et
Yeni nazirin yeni aparat rəhbəri və rabitəyə yad komandası:
Əli Abbasovun vəzifədən alınmasından sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə gətirilən nazir Ramin Quluzadənin atdığı addımlar hələ də peşəkar rabitəçilər arasında ziddiyyətli qarşılanır.

Mia.az xəbər verir ki, bu barədə "Reytinq” qəzetinin son sayında da maraqlı araşdırma dərc olunub.

Bu və ya digər məqamlarla bağlı Mia.az-a da maraqlı məlumatlar daxil olub.

Həmin məlumatların ümumi təhlilinə görə, yeni nazirin gəlişindən dərhal sonra Əli Abbasovun köməkçiləri ilə yanaşı, nazirlikdəki ən yaxın kadrlarını təmizləməsi anlaşılan olsa da, ötən 3 ayda onun nələri planlaşdırdığı, hansı mütərəqqi addımlar atdığı, hansı islahatlar apardığı hələki hiss olunmur:

"Yeni nazir ancaq və ancaq sabiq nazir Misir Mərdanovun nazirlikdə aparat rəhbərinin müavini olan qardaşı İlham Mərdanovu və bir neçə tanınan vəzifəli şəxsləri "vurmaq”la yanaşı, Beytulla Hüseynovun həbsindən sonra Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) direktor əvəzi və direktor təyinatları ilə medianın gündəmində olub. Bir də bu yaxınlarda rəsini işdən azad edib, yeni rəis təyinatı həyata keçirdiyi Lənkəranda vətəndaşlarla qəbul keçirib ki, orada da kimləri qəbul etməsi yayılan foto və videolardan bəllidir...

Maraqlıdır ki, yeni nazirdən ötən üç ayda daha ciddi islahat və dəyişikliklər gözlənilsə də, o, bunların heç birini edə bilmədi. Nazirin yaxın çevrəsinə daxil olanlar isə bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rabitə sektoruna daxil olan bütün müəssisələrdə apardıqları kompleks yoxlama ilə əlaqələndirməyə çalışırlar. Guya nazir Ramin Quluzadə prokurorluğun apardığı istintaqın nəticəsini gözləyir. Yəni bunların məntiqiylə yanaşsaq, prokurorluq 1 il istintaq aparsa, Ramin Quluzadə də guya bunu gözləyəcək. Gülməlidir. Ən azı ona görə ki, rabitə ölkənin ən strateji sahələrindən biri olmaqla, həm də dövlət müəssisəsidir. Ancaq sizə dəqiq deyə bilərəm ki, əslində, bu, bir bəhanədir.

Sadəcə, ötən müddətdə Ramin Quluzadə hələ rabitə sektorunun əlifbasını öyrənməyə vaxt sərf edib, ancaq və ancaq bu sahədəki kadrları öz aləmində saf-şürük etməklə məşğuldur. Bu "saf-çürük”lərin, apardığı bir neçə kadr dəyişikliyinin rabitə sektorunda ciddi "çatlar”a, fəsadlara yol açdığı isə artıq açıq görünməyə başlayıb. Bəli, onun iki ciddi kadr təyinatı - nazirlikdə aparat rəhbəri və BTRİB-ə baş direktor seçimləri daxildə baş qaldıran ilkin etirazların cücərtilərini boy atdırmağa səbəb olub”.

Məlumatlı şəxs deyir ki, yeni nazirin köhnə kadrların əksəriyyəti ilə vidalaşıb, öz komandasını "yad kadrlar"dan formalaşdırmaq istəyi, nazirlikdə birmənalı qarşılanmayıb:

"Nədən ki, bu kadrlar rabitəyə yad olmaqla yanaşı, bu sahədən ümumiyyətlə, məlumatlı deyillər.

Məsələn, korrupsiya və müxtəlif cinayətlərdə iştirak ittihamı ilə həbs olunan Vidadi Zeynalovun yerinə ötən həftə gətirilən əslən Cəlilabad rayonundan olan aparat rəhbəri Əli İzzət oğlu Abdullayevin təyinatını götürək. Nazirin bu təyinatı nəinki rabitə sektorunda, hətta hakimiyyət dəhlizlərində ciddi narazılıq və şübhələrlə qarşılanıb. Eyni sözləri az əvvəl BTRİB-ə rəsi təyin etdiyi Rövşən Babayev haqda da demək olar”.

Məlumatlı şəxs deyir ki, Ramin Quluzadə təyinatından bu yana keçirdiyi görüşlərdə daima şəffaflıq, işgüzarlıq və peşəkarlıqdan ağızdolusu danışsa da, əslində, özü kimi rabitəyə tamamiylə yad olan Əli Abdullayevi aparat rəhbəri təyin etməsi, nazirlikdə onun təcürbəsizliyi, eyni zamanda, tayfabaz, qrupbaz olması ilə əlaqələndirilir:

"Xüsusən ona görə ki, yeni aparat rəhbəri Əli Abdullayev cəmiyyətdə, o cümlədən rabitə sektorunda yenilikçi, şəffaf, bir sözlə, müsbət imicli kadr kimi tanınmır. Bununla bağlı mediada gedən məlumatlara istinad etsək, Əli Abdullayevin adı irimiqyaslı maxinasiyalarda qırmızı xəttlə keçən bir başqa qurumda rəhbər vəzifə tutmuş şəxs kimi qabardılıb. Üstəlik, indiki həssas məqamda Ramin Quluzadənin bu təyinatının arxasında çox gizli və şübhəli məqamların dayandığına da işarə vurulub”.

Məlumatlı şəxs deyir ki, Əli Abdullayev Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, bundan sonra isə Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib:

"O zaman hərracların necə keçirildiyini mübahisələndirməyə yəqin ki, ehtiyac yoxdur. İstənilən iş adamını danışdırsaq, bunu izah edə bilər. Bu, Əli Abdullayevin adına yazılan ilk mənfi qiymətdir. Hələlik bununla da işimiz yoxdur. Xüsusən yeni aparat rəhbərinin gənc yaşlarından ulduzunun hansı "meyar" əsasında parlamasına işıq salacaq fakt varkən, cəmiyyətə kifayət qədər aydın olan hərrac prosesi ilə oxucuları yormayaq.

Gəlin razılaşaq ki, bu ölkədə diplomunu alandan dərhal sonra heç kim birdən-birə hansısa bir nazirlik və ya komitədə birbaşa şöbə müdiri təyin edilmir. Bəs, Əli Abdullayevin ulduzu belə sürətlə necə parlaya bilərdi?! Axı, onun hansı görünən xüsusi fitri istedadı vardı ki, birdən- birə önəmli postlara gətirildi? Onun o zamandan bu günə sürətli yüksəlişində hansı "fövqəlqüvvə"nin təqdimatı rol oynayır?

Əlbəttə, bütün bunlar araşdırılası və cavabını gözləyən suallardır.

Hələlik aydın olan odur ki, Əli Abdullayevin daşınmaz əmlak sektorundan başlayan sürətli yüksəlişi o zaman hazırkı Əmlak Məsələləri Dövlət Komitəsi üzərində dominatlıq edən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin adı ilə hallanır. Bu söhbətin meydana çıxması isə bir neçə faktorla əlaqələndirilir.

1-cisi, Əli Abdullayev Fərhad Əliyevin yerlisidir. O Əli Abdullayevin ki, atası İzzət Abdullayev Cəlilabadda tanınmış adam olub. Ötən əsrin 70-ci illərində Cəlilabad Rayon İcraiyyə Komitəsinə rəhbərlik edib. Sonralar Biləsuvar və Cəlilabad rayonlarında suvarma idarələrinin rəisi, Meliorasiya və Su Təsərrüfatı Komitəsində məsul vəzifədə işləyib. Respublikanın əməkdar mühəndisidir.

Onun Fərhad Əliyevlə xüsusi münasibətlərinin olduğu da sirr deyil. Fərhad Əliyevin yüksəlişində də bir yerli kimi Əli Abdullayevin atasının ciddi dəstəyi olduğunun da iddia edildiyi məlumatda o da qeyd olunur ki, həmin illər regional qruplaşmaya üstünlük verən Fərhad Əliyev bu və ya digər səbəblərdən onun oğlunu ali məktəbi bitirən kimi yüksək vəzifəyə təyin edib.

Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi 2001-ci ildə Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti kimi İqtisadi İnkişaf Nazirliyinin tərkibində fəaliyyət göstərib. Quruma o vaxt kadr təyinatları məhz Fərhad Əliyev tərəfindən aparılıb. Bunu yəqin çoxluq xatırlayır. Yəni Əli Abdullayevin gənc yaşlarından dövlət idarəçiliyində ulduzunun parlaması təsadüf olmayıb...”.


Məlumatlı şəxs deyir ki, Fərhad Əliyevin həbsindən sonra Əli Abdullayevin vəzifədə saxlanılmasının özəl səbəbləri ilə yanaşı, onun aparat rəhbəri təyin olunadək haralarda, kimlərlə, hansı qruplarla sıx işbirliyində olması ilə bağlı da çox ciddi ittiham dolu faktlar var.

Bizi məlumatlandıran mənbə bu faktları bölüşsə də, dəqiqləşdirilməsinə ehtiyac olduğunu deyir və əlavə edir ki, Ramin Quluzadə Əli Abdullayevlə birlikdə rabitə sektorunu tam "cəngi”nə almaq, əsl planını həyata keçirmək istəyir:

"Ramin Quluzadə belə hesab edir ki, Əli Abdullayevdən peşəkar idarəçiyə bu ölkədə az-az təsadüf oluna bilər. Daha dəqiqi, hələlik o, yeni aparat rəhbərini belə təqdim edir. Bəli, nazir Ramin Quluzadə yeni aparat rəhbəri, BTRİB-ə kənardan gətirdiyi yeni baş direktor Rövşən Babayev, həmçinin "Azərpoçt”ın baş direktorunu əvəz edən baş nazirin müavini Əli Əhmədovun bacısı oğlu Sübhan Kazımovun başının üzərinə qoyduğu nəzarətçilər və digər kənar "kruq”u ilə rabitəni özününküləşdirməyi planlayıb. Bu məqsədinə çatmaq, daha dəqiqi, o, planını asanlaşdırmaq üçün özü də bütün müəssisələrdə yoxlama apartdırır. Bununla bütün rəislərə ilk həftədən işlərində dönüş yaratmaq üçün vaxt qoyduğunu, guya işlərinə baxıb, postlarında qalıb-qalmayacağına qərar verəcəyi haqda dediklərinə hüquqi zəmin hazırlayır.

Ancaq hamı bilir ki, yeni nazir son üç aydır ancaq və ancaq özünün yerini möhkəmlətmək və sələfləri - Əli Abbasovla Nadir Əhmədovun dövrlərindən qalan kök atmış rəislərə qarşı hücuma keçmək üçün "tədarük" görür. Yəni yoxlama aparmaqla, həmin rəisləri fakt qarşısında qoyub, ya vəzifələrindən rahatlıqla getmələrinə, ya da özüylə rahat hesablaşdırmaq məqsədi güdülür.

Mənim bildiyimə görə, o, Bakının iki qovşaq rəisi istisna olmaqla, qalanlarını da BTRİB-in həbs olunan baş direktoru Beytulla Hüseynovun kirvəsi Fətulla Seyidovun dalıycan göndərəcək.

Ramin Quluzadə eyni halı rayonlar üzrə də tətbiq etməyə hazırlıq görür. Artıq Abşeron qovşağında prokurorluğun yoxlaması bitsə də, Ramin Quluzadənin kimlərdən ibarət olduğu maraqla araşdırılan yoxlama heyəti hələ də orada "eşələnir”.

Bu da o deməkdir ki, Ramin Quluzadə yaxın həftələrdə Abşeron Telekommunikasiya Qovşağının rəisi Əyyub İsmayılovla da yolları ayırmağı hədəfləyib. Ancaq onu da deyim ki, Əyyub İsmayılovla baş-başa gəlmək nazirə gələcəkdə sıxıntı da yarada bilər. Çünki o, Prezident Administrasiyasının şikayətlər şobəsinin müdiri Süleyman İsmayılovun əmisi oğlundur. Bu məqamı nəzərə alan bəziləri deyir ki, nazir bunu nəzərə alaraq, yoxlamanın nəticəsinə uyğun şəkildə Əyyub İsmayılova başqa vəzifə verə bilər. Yox, əgər Ə.İsmayılovun qanunsuzluqları kompromatlaşdırılarsa və o, nazirə müqavimət götərmək cəcarəti göstərərsə, plan əksinə dəyişəcək. Yəni, o da rabitədən uzaqlaşdırılacaq.

Onu da qeyd edim ki, hazırda bütün qovşaqlar da oxşar proseslər gedir. Sanki yeni nazir yoxlama ilə kimi vəzifədə saxlayıb-saxlamayacağını müəyyənləşdirməklə bərabər, həm də vəzifədə saxlayacaqlarını əlinə aldığı kompromatlarla özündən aslı vəziyyətə salmaq, daha dəqiqi, həmişə qorxu altında saxlamağı planlayır”.

ƏLİ ABBASOV və rabitənin həbsdə olan "AĞIRÇƏKİLİ TOPLARI"

Məlumatlı şəxsin sözlərinə görə, yeni nazirin BTRİB-dən fərqli olaraq, hələ də "Aztelekom” və "Azərpoçt”a yeni rəhbər təyin edə bilməməsinin də özəl səbəbləri var...

Bu və ya digər məqamlarla bağlı araşdırmalarımız davam edəcək.

Qarşı tərəfin fikirlərini də dinləməyə hazırıq.
\\mia.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27
Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24
Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21
"Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18
ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
"Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04
Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58
Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42
ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru