PREZİDENTİN GÖSTƏRİŞİNİ SATIN ALANLAR
Tarix: 11-04-2012, 12:10 | Çap et
HAKİMİYYƏT İÇİNDƏ BU YÖNDƏ CİDDİ MƏMUR ŞƏBƏKƏSİ FORMALAŞIB
DİA.AZ: - Oliqarxlar biznes maraqların Təxminən 1 il əvvəl, 2011-ci il martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev paytaxtda «qanunsuz tikildiyi» iddia edilən və buna görə sənədləşdirilməmiş evlərin qeydiyyata alınmasına dair müvafiq qurumlara tapşırıq verdi. Həmin toplantıda prezidentin çıxışından bir hissəni olduğu kimi diqqətinizə çatdırırıq: «Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. O evlər qeydiyyata alınmalıdır. Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər. Ona görə bu mexanizm işlənilməlidir, çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınmalıdır, o evlər necə tikilib? Gələcəkdə də qanunsuz evlərin tikintisinə yol verilməməlidir».
Prezident bu çıxışı paytaxt ətrafı qəsəbələrdə yaşayan 100 minlərlə insanı neçə illərdir düşündürən bir problemin teziklə həll olunacağına ümid yaratdı. Ancaq bu tapşırıq bir ildir icra olunmur. Halbuki Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov və başqaları prezidentin tapşırığını qısa müddətdə icra edəcəklərini bildirirdilər. Müşavirədən cəmi 20 gün sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov bildirmişdi ki, evlərin qeydiyyatı mexanizmi hazırlanır və yaxın vaxtlarda qanun layihəsi də razılaşdırılmaq üçün aidiyyətli qurumlara göndəriləcək.
Maraqlıdır ki, müşavirəyə qədər «əllərində külüng» sökməklə məşğul olanların da, mövqelərində dəyişiklik yaranmışdı. Məsələn, bu gün heç kimə güzəşt edilməyəcəyini deyən Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev müşavirədən sonra qurumun balansındakı ərazilərdə tikilən qanunsuz evləri sökməyə yox, yenilərinin tikilməsinin qarşısını almağa çalışdığını bəyan etmişdi. Amma nə yazıq ki, prezidentin bu vədinin icrası da antikorrupsiya kampaniyası kimi cəmi bir neçə ay sürdü. Sonradan bütün qurumlar sənədin gecikməsinin məsuliyyətini bir-birinin üzərinə atmağa başladı.
BŞİH-dən iddia edilir ki, bu qurum sənədsiz evlərin qeydiyyata alınması mexanizminin hazırlanmasına dair ölkə başçısının tapşırığını yerinə yetirib. Hacıbala Abutalıbovun rəhbərliyi altında paytaxtın 11 rayonunun icra hakimiyyəti başçılarının iştirakı ilə «qanunsuz» evlərin siyahısının hazırlanması ilə bağlı xüsusi müşavirə keçirilib, təkliflər hazırlanıb. Ötən ilin avqustun əvvəlində sənəd razılaşdırılmaq üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə (ƏMDK) təqdim olunub.
DTXK sədri Qərib Məmmədov da rəhbərlik etdiyi qurumun üzərinə düşən vəzifələri yerinə yetirdiyini, qanunsuz tikililərin sənədləsdirilməsi barədə qanun layihəsi hazırlandığını bildirib. Hətta ötən ilin payızında qanun layihəsinin müvafiq qurumlara təqdim olunduğunu və parlamentin müzakirəsinə veriləcəyini deyib.
DİA.AZ bildirir ki, komitə sədri ad çəkməsə də, qanun layihəsinin ƏMDK-da ilişdiyini ehtimal etmək olar. Çünki təkliflərin qanunun tələblərinə uyğunlaşdırılması və yekun sənəd halına gətirilməsi ƏMDK-nə tapşırılıb. Məhz Kərəm Həsənov yekun sənədi hazırlayaraq Prezident Administrasiyasına təqdim eməlidir.
Ancaq müvafiq qurumlar təkliflərini 8 aydır ki, ƏMDK-ya təqdim etsə də yekun sənəd hazırlanmır. Kərəm Həsənov faktiki olaraq prezidentin tapşırığını icra etmir və ya icrasını ləngidir. Səbəbini isə ƏMDK-dan Hacıbala Abutalıbovun quruma göndərdiyi sənədi başdansovdu hazırlaması ilə izah edirlər. Hər halda ƏMDK-nın mətbuat xidmətinin rəhbərinin dediklərindən belə anlaşılır.
Ən acınacaqlısı isə odur ki, vətəndaşlar «vəd edilən zamanı» gözləsə də, dövlət qurumları gözləmək istəmir. Hər halda paytaxtda başlayan söküntü bunu söyləməyə əsas verir.
Maraqlı məqam ondan ibarətdir ki, söküntü işlərində də prezidentin tapşırığına əməl edilmir.
Belə ki, prezident qanunsuz tikilən evlərin günahının vətəndaşlarda olmadığnı, yerli icra hakimiyyətləri tərəfindən buna şərait yaradıldığını bildirərək, sökülən evlərə görə, ədalətli kompensasiya verilməsini tələb etmişdi.
Yeri gəlmişkən elə bir il öncəki toplantıda İlham Əliyevin səsləndirdiyi başqa bir fikri xatırlatmaq yerinə düşər: «Orada yaşayan insanların yaşayış problemləri həll olunmalıdır. Onlara oradan köçürülərkən lazımi səviyyədə kompensasiya ödənilməlidir ki, orada yaşayanlar razı olsunlar.» Ancaq yalnız öz maraqlarını güdən məmurlar nə qanunsuz tikililəri sənədləşdirmək, nə də ədalətli kompensasiya ödəməklə sökmək tapşırığını yerinə yetirirlər.
Qeyd edək ki, sənədstiz evlərin tikintisində adıçəkilən məmurların birbaşa iştirakı da istisna deyil. Hər halda qanunsuz tikililər probleminin 2008-ci ildən sonra yada düşməsi təsadüfi saymaq olmaz. Belə ki, 2007-ci il noyabrın 1-dən sonra bələdiyyələrin torpaq satmasına rəsmən qadağa qoyulub. Bu qərar absurd olsa da, həmin vaxta qədər bələdiyyələr paytaxtda bütün əraziləri satıb qurtardığından ekspertlər onun formal xarakter daşıdığını bildirirdilər. Ancaq sonradan məlum oldu ki, bu qərar bələdiyyələr vasitəsilə satılan torpaqları qanunsuz adlandıraraq, yenidən satışa çıxarılmasına hesablanıb.
Belə ki, bələdiyyələr həmin torpağı satarkən də ərazi hansı dövlət qurumuna məxsus olubsa, onun rəhbərinin haqqını çatdırıb. Yəni, sərəncam Neft Şirkətinin balansında olan əraziyə verilirsə, alınan haqda onun da payı nəzərdə tutulur. Bundan əlavə bələdiyyə torpağı verərkən bir neçə orqana da vətəndaşı soymaq üçün imkan yaradır. Qərarda fərdi ev tikintisinin ən azı 4-5 qurumla razılaşdırılması və ya onların xəbərdar edilməsi nəzərdə tutulur. Bu da o deməkdir ki, vətəndaş bələdiyyədən və icra hakimiyyətindən başqa ən azı 4-5 instansiyanı da «razı» salmalıdır. Onların içərisində ərazinin aid olduğu dövlət qurumu da, nə qədər qəribə olsa da, polis də var. Azərbaycan absurdlarından biri də polis orqanlarında rəis müavinlərindən birinin tikinti məsələlərini kurasiya etməsidir. Əgər doğrudan da sərəncam qanunidirsə, deməli, bələdiyyədən bu haqda polis bölməsinə göndərilən sənəd sonuncunun tikintiyə müdaxiləsini istisna etməlidir. Amma əksinə, sərəncamın surətini alan polis vətəndaşın ərazidə tikintiyə başlamasına və divarı qaldırmasına «dözüb» birdən ortaya çıxır və təpiklə vurub yenicə hörülmüş divarı uçurur. Və ardınca «bu tikinti qanunsuzdur, bura Neft Şirkətinindir» və ya «elektrik xəttinin altındadı» deyib vətəndaşı «xərac» ödəməyə məcbur edir. Beləliklə, Azərbaycanda hər fərdi ev tikənə azı 5-6 pulyığan düşür. Və qanunsuz adlandırılan 500 min evin sahibləri də bu ünvanları «razı salıblar».
Sadəcə, satmağa torpaq qalmadığından bu qurumların rəhbərləri həmin əraziləri yenidən satmaq, ya da vətəndaşlardan əlavə pul yığmaq üçün bu metodu düşünüblər.
Eyni zamanda bu planın arxasında vətəndaşların evlərinin köçürülməsi adıyla ayrılan kompensasiyaların məbləği dəfələrlə şişirdilərək dövlətdən külli miqdarda pul alıb mənimsəmək niyyətinin dayanması da istisna deyil. Məsələ ondadır ki, vətəndaşları köçürmək üçün kompensasiya verilməlidir. Ancaq həmin kompensasiyalar ya verilmir, ya da çox cüzi hissəsi verilir. Deməli, sənədləşdirilərək mənimsənilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
• Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59 |
|
|
|
• ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55 |
|
|
|
• 20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47 |
|
|
|
• ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46 |
|
|
|
• Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34 |
|
|
|
• “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24 |
|
|
|
• Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18 |
|
|
|
• AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12 |
|
|
|
• Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05 |
|
|
|
• Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01 |
|
|
|
• Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58 |
|
|
|
• "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48 |
|
|
|
• Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39 |
|
|
|
• “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35 |
|
|
|
• AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33 |
|
|
|
• Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25 |
|
|
|
• XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24 |
|
|
|
• Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19 |
|
|
|
• İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16 |
|
|
|
|