Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                 

ERMƏNİSTAN TƏHSİLİ ÇÖKÜR
Tarix: 15-04-2012, 12:41 | Çap et
ERMƏNİSTAN TƏHSİLİ ÇÖKÜR

«TƏHSİL HAQQINI ÖDƏMƏK ÜÇÜN QARPIZ SATMALI OLMUŞAM»

Təhsil haqqını, mənzil kirayəsini ödəmək, bir şəxsiyyət kimi formalaşmaq – tələbələri işləmək məcburiyyəti ilə üz-üzə qoyan əsas səbəblər bunlardır. Tələbələrin əksəriyyəti xidmət sahəsində iş tapa bilirlər, çünki, məsələn, dərsləri buraxmamaq şərtilə ofisiant kimi çalışaraq yaxşı qazanmaq olur. 17 yaşlı Ruben ayda təxminən 400 dollar qazanır. Yerevan kafelərinin birində o, bir ilə yaxındır ki, ofisiant kimi çalışır. Deyir ki, oxuya-oxuya çalışmaq çətindir, amma artıq özünü işsiz təsəvvür edə bilmir. O, Dövlət İnformatika Kollecinin 3-cü kurs tələbəsidir, həm də musiqi ilə maraqlanır:

«Ailəmdən asılı olmaq istəmirəm. Bu, həm də bir şəxsiyyət kimi formalaşmağın özünəməxsus metodudur. Eyni zamanda özünü böyümüş hiss etmək yaxşıdır. Mən əsasən gecə növbəsində çalışıram ki, işim dərsimə mane olmasın. Pisi odur ki, çox yoruluram və boş vaxtım çox az qalır. Amma müsbət tərəflər daha çoxdur. İndi mənim öz arzularımı reallaşdırmaq üçün xeyli imkanım yaranıb. Məsələn, gitara almışam. Burada mənim dostlarım da çalışır. Onları bura mən gətirmişəm. Bir yerdə çalışırıq və konsert təşkil etməyi planlaşdırırıq».

«BU, GƏLƏCƏKDƏ MƏNƏ ÇOX KÖMƏK EDƏCƏK»

Yerevan Dövlət Universitetinin 4-cü kurs tələbəsi, gələcəyin psixoloqu Lusini də bir il əvvəl ofisiant kimi çalışmağa başlayıb. İndi o, menecerdir. Universiteti bitirəndən sonra öz ixtisası üzrə çalışmağı planlaşdırsa da, hesab edir ki, bu təcrübə ona gələcəkdə çox kömək edəcək. Qazandığı pulları hara xərcləyir sualımıza isə Lusini belə cavab verir:

«Təhsil haqqımı ödəyirəm, həmçinin ailəmin mənim üçün paytaxtda tutduğu mənzilin kirayə haqqını verirəm. Biz Yerevandan deyilik, çalışaraq mən ailəmə çox kömək edirəm».

Lusini yalnız ailəsinə kömək etmir, həm də öz psixoloq biliyini işdə tətbiq edir. Bu da çoxlu münaqişəli vəziyyətləri çözməyə kömək edir. Onun çalışdığı kafenin direktoru Qayane Vandilyan deyir ki:

«Lusini psixologiya üzrə təhsil alır və öz biliyini tez-tez işdə də tətbiq edərək konfliktli situasiyaları həll etməyə yardımçı olur. Məsələn, müştəri razı qalmayanda və ya iradını bildirəndə, o, psixoloji cəhətdən məsələyə düzgün yanaşma tapır ki, bu da müqayisələrdən qaçmağa kömək edir. Müştərilər isə razı qalırlar».

«İŞÇİLƏRİMİN ƏKSƏRİYYƏTİ TƏLƏBƏLƏRDİR»

Qayane Vandilyan qeyd edir ki, işçilərinin əksəriyyəti tələbələrdir. Bu da, onun fikrincə, biznesə köməkdir. O deyir ki, buna baxmayaraq, bunun bir mənfi cəhəti də var – dərslərə mane olmamaq üçün iş cədvəlini daim yeniləməli olursan:

«Pis olan odur ki, tələbələr çox məşğuldurlar və qeyri-sabit cədvəl üzrə çalışırlar. Amma müsbət cəhətlər daha çoxdur – onlar təhsil alırlar və öz biliklərini işdə tətbiq edirlər. Məsələn, elə olur ki, onlar menecer ixtisası üzrə təhsil alırlar və bu onlar üçün yalnız iş yox, həm də yaxşı təcrübədir. Bizim üçün isə bu, müştərilərlə peşəkarcasına ünsiyyət quran və onlara xidmət edən savadlı işçi qazanmaq imkanıdır».

Sona isə 4-cü kurs tələbəsidir. İşləməyə ötən ildən başlayıb, özünü işsiz təsəvvür edə bilmir. Yaşadığı mənzilin kirayə haqqını və təhsil pulunu da özü ödəyir. Lusini kimi Sona da işləməyində müsbət məqamların çoxluğundan danışır:

«Qızların ofisiant işlədiyini eşidəndə, reaksiyalar birmənalı olmur. İlk vaxtlar bu, mənim üçün də stress idi, sonra başa düşdüm ki, burada pis heç nə yoxdur. Əksinə, biz çoxsaylı insanlarla ünsiyyətdə oluruq. Hər insanın özünəməxsus xarakteri var, nəticədə biz çox dözümlü, təmkinli insana çevrilirik. Həm də bura tez-tez gələn insanlar bizim dostumuza çevrilirlər. İşimin çox, həddən artıq çox müsbət məqamları var».

«QARPIZ DA SATMALI OLMUŞAM»

Sonadan fərqli olaraq Teatrşünaslıq İnstitutunun 3-cü kurs tələbəsi Aykanuş işindən zövq ala bilmir, amma təhsil haqqını ödəmək üçün müxtəlif yerlərdə işləmək məcburiyyətindədir. Deyir ki, hətta yayda qarpız satdığı vaxtlar da olub:

«Yayda qarpız satırdım və bütün tanışlarım təəccüblənirdi ki, axı sən qızsan. Amma mən fikir vermirdim. Bir dəfə satdığım məhsulu reklam etmək fikrinə düşdüm, yaxınlığımdan keçən hər kəsə deyirdim ki, qarpız, yaxşı qarpız var. Gördüm ki, insanlar reaksiya verməyə və almağa başladılar. İnzibatçı kimi də, hətta Yeni il ərəfəsində qar qızı kimi də çalışmışam. Birillik təhsilimə görə 1000 dollara yaxın pul ödəyirəm, ailəmdə isə yalnız anam işləyir. Anamın əməkhaqqı 150 dollardır. Ehtiyacım olmasaydı, işləmək məcburiyyətində qalmazdım və yalnız təhsilimlə məşğul olardım».

Yerevan Dövlət Universitetinin 21 yaşlı tələbəsi Kristina bir ay əvvəl işləməyə başlayıb. İlk maaşından əyin-baş, ayaqqabı alıb. İndi isə fiziki yorğunluğu və cəmiyyətdəki stereotiplərdən irəli gələn psixoloji problemlərlə mübarizə aparmağa çalışır:

«Bura işləməyə və özümü maddi baxımdan təmin etməyə gəlmişəm. Artıq kifayət qədər böyümüşəm, ailəmə narahatçılıq yaratmaq istəmirəm. Əvvəlcə məndən harada işlədiyimi soruşanda ofisiant kimi çalışdığımı deməyə utanırdım. Amma indi hər şey qaydasındadır». / "Azadlıq" Radiosu /









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Dünən, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Dünən, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Dünən, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Dünən, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Dünən, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Dünən, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Dünən, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Dünən, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Dünən, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru