Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                 

BANKİRLƏRİN YENİ ƏMƏLLƏRİ ÜZƏ ÇIXIR
Tarix: 16-04-2012, 13:41 | Çap et
BANKİRLƏRİN YENİ ƏMƏLLƏRİ ÜZƏ ÇIXIR

MTN POLKOVNİKİNİN ADININ HALLANDIĞI QALMAQAL

(Əvvəli ötən gün verilib)

...Qeyd etmişdik ki, bankirlər "Unileazing" şirkətinin direktoru Zəki Sadıqov, "BTB-bank"ın direktoru Elşad Məmmədov, "Muğanbank"ın direktoru Firuz Qurbanov köçkün Bəkir Qasımovu məhkəməyə veriblər. Səbəb də budur ki, aldadaraq və etibarından sui-istifadə edərək adına 2 firma, "Azərtexnika-M" MMC və "Avtomatquraşdırma" MMC açdırdıqları B.Qasımov sonradan onlardan qanunun tələbləri çərçivəsində əməllərinə cavab vermələrini tələb edib. Amma...

***

Son vaxtlar bank sektorundan bir-birinin ardınca bəd xəbərlər gəlir. çünki yoxlamalar nəticəsində bir çox banklarda çox ciddi pozuntular aşkara çıxıb. Məsələn, MTN-nin son bir həftədə "Texnikabank"ın rəhbərliyini həbs etməsi, adı çəkilən Bankın Yasamal filialının müdir müavininin barəsində həbs qətimkan tədbirinin seçilməsi, həmçinin "Royalbank", "Bank of Azerbaycan", "Zaminbank" və başqa banklardakı qaranlıq əməliyyatlarda iştirak edənlərin nəzarətə götürülməsi faktdır.

II qrup Qarabağ əlili bankirlərlə mübarizədə

Son günlərdə müxtəlif bank işçilərinin birləşərək Laçın köçkünü, II qrup Qarabağ əlili Bəkir Qasımovun adına 2 firma yaradaraq milyonlar mənimsəməsi və külli miqdarda dövlətə ziyan vurmaları barədə yazılar dərc olunmuşdur. Yazılarda vaxtilə "Parabank"da şöbə mudir işləmiş, indi isə "Unileazing" şirkətinin direktoru olan Zəki Sadıqov, əvvəllər "Unibank"da işləmiş, indi isə "BTB-bank"ın direktoru olan Elşad Məmmədov və "Muğanbank"ın direktoru, hazırda səhhəti ilə əlaqədar müalicədə olan Firuz Qurbanovun Laçın köçkünü, II qrup Qarabağ əlili Bəkir Qasımovun adına "Azərtexnika-M" MMC və "Avtomat-Quraşdırma" MMC yaradaraq bir çox alqı-satqı əməliyyatları həyata keçirmələri barədə maraqlı faktlar yer alıb. O da məlum olur ki, B, Qasımovun imzaları bütün sənədlərdə saxtalaşdırılıb. Məsələn, ötən sayımızda "Bankirlərin "ı" əməliyyatı" başlıqlı yazıda surətini dərc etdiyimiz 2 müqavilə artıq hər şeyi deyirdi. Yəni, firma sahibi kimi (bəxtəvər başına, özündən xəbərsiz olsa da, adı dəftərlərə firma sahibi kimi düşüb- E.M.) B.Qasımovun əvəzinə edilmiş imza ilə onun öz həqiqi imzasının eyni olmadığını əyani surətdə göstərdik.

Əvvəlki yazıların birində Ağcabədi şəhəri 19 aprel 2006-cı ildə Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən və gülünc doğuran məhkəmə qətnaməsindən də sitat gətirərək qeyd etmişdik ki, vurma cədvəlini bilməyən 2 firmanın adından vergi bəyənnaməsini və mühasibat işlərini necə apara bilərdi? Ona görə də ötən sayımızda qeyd etdiyimiz kimi, vergi bəyannamələrindən birinin surətini dərc etməklə Laçın rayon Məhkəməsinin çıxardığı qərarın ədalətsiz olduğunu bir daha göstərmək istəmişdik. Əgər hakim Mirbahəddin Hüseynov elə məhkəmə zalındaca bir ağ kağıza Bəkir Qasımovun imza atmasını xahiş etsəydi, onda əlavə heç bir məhkəmə istintaqına da ehtiyac qalmazdı. Şəkildə sağ tərəfdə yuxarıda verilən bəyannamələrdəki imzaların aşağısında B.Qasımovun əsl imzasını yenə qara çərçivədə veririk. Bəyannamədəki imzanın saxta olduğu açıq-aşkar görünür. Ona görə B.Qasımov indi üç bankirlə pul davası çəkir. Daha doğrusu, dövlət büdcəsinə ötürülməli pulun davasını...

Bu, ətdirsə, bəs pişik hanı?

İndi nə edək? Hakim öz işini yerinə yetirməyibsə, biz bu işdə ona kömək etmək məqsədi ilə B.Qasımovun adından tərtib olunmuş və əvəzinə imza edilmiş həmin bəyannamələrin birini dərc edirik. Artıq bəyənnamədən də göründüyü kimi firma əməlli-başlı vergi haqq-hesabı aparırmış. Belə yerdə yaxşı deyiblər, "bu ətdirsə, bəs pişik hanı, pişikdirsə, bəs ət hanı?" Əgər bankirlər Z.Sadıqov, E.Məmmədov və F.Qurbanov doğrudan da dövlətin vergisini vaxtlı-vaxtında ödəyiblərsə, bəs onda 121 min manat vergi borcu haradan yaranıb? Yox əgər vergini ödəməyiblərsə, bəs bu saxta bəyənnamələr nə deməkdir?

İnanırıq ki, həm Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, həm də MTN bu çirkli pulların necə yuyulması faktını araşdıracaq.

Bankirlər narahat olurlar

Aldığımız məlumatlara görə adları çəkilən bankirlər və MTN-in polkovniki Vüqar Güləliyev bu yazılardan bərk narahat olublar. Bankirlər hələ ki, özlərini o yerə qoymurlar. Sanki bununla demək istəyirlər ki, bu yazıların onlara dəxli yoxdur. Əslində isə aldığımız məlumatlar tam əksini deyir. Bununla belə, bankirlərin hüquqi nümayəndəsi Elmir Hüseynov bizimlə redaksiyada görüşündə belə demişdi: "Hüquqlarını müdafiə etdiyim Z.Sadıqovun, E.Məmmədovun və F.Qurbanovun bu işlərdə heç bir günahı yoxdur. Bunu indiyə qədər keçirilən 9 məhkəmə instansiyası da təsdiq edir. Bütün bu məhkəmələrdə sübut olunub ki, Bəkir Qasımov günahkardır və cəzasını da çəkməlidir".

Bu yerdə E.Hüseynova sual verdim ki, B.Qasımovu görmüsünüzmü? Cavab verdi ki, görüb. Onda digər sual ortaya çıxdı:

-II qrup Qarabağ əlili olan, özü də kirayədə yaşayan bir köçkün 2 firma təsis edərək, bu qədər əməliyyatlar apara bilərmi?

Təbii ki, E.Hüseynov bu suala cavab verməkdən yayındı. Daha doğrusu, verdiyi cavab heç bir məna kəsb etmədi. çünki onların özlərinə də gün kimi aydın idi ki, biçarə köçkünü özləri bəlaya salıblar. Adına firma yaratdıqları faktdır, qazancları da ki, "n" qədər olub. B.Qasımova isə ayda 200 ABŞ dolları məbləğində əmək haqqı veriblər, işləri dolaşanda, məhkəmə Qasımovun pensiyasından kəsib büdcə borcuna yönəldəndə isə həmin ödənilən pulu artıqlaması ilə Qasımova ödəyiblər. özü də uzun müddət. Niyə ödəyirdilər, əgər günahları yox idisə...

Əks tərəf kimi, bankirlər məsələyə münasibət bildirdilər, amma....

Bütün baş verən bu hadisələrə səbəbkarların özləri ilə əlaqə saxlayıb aydınlıq gətirmək istədim. Zəki Sadıqov mənimlə telefon söhbətində çox ürəyi geniş olduğunu bildirdi: "Bilirsiniz, bu məsələ mənim üçün çoxdan qapanıb. Artıq bir neçə məhkəmə də olub və subut edilib ki, mənim heç bir günahım yoxdur. Bəkir Qasımov çox bədbəxt adamdır. Gedib problemlərini həll etmək əvəzinə, bizdən ora-bura yersiz və haqsız şikayətlər yazır".

Bu yerdə Z.Sadıqova bir neçə sual vermək fürsəti qazandım:

- Zəki müəllim, bəs nəyə görə məhkəmənin B.Qasımovun təqaüdündən tutduğu 70 faiz pulu nağd şəkildə neçə illərdir aybaay ona ödəmisiniz? Xeyir ola?

- Bilirsiniz, mən çox ürəyi yumşaq adamam (?). Baxmışam ki, imkansız, kasıb adamdır, özü də mənə ağız açıb, ona görə də əl tutmuşam. Burada heç bir qanunsuzluq yoxdur...

- Bəs onda indi niyə əl tutmursunuz? Həm də maraqlıdır, əgər ürəyiyumşaqsınızsa, elə mənə də əl tuta bilərsinizmi, xəstə adamam, mən də məcburi köçkünəm...

- Yox, Bəkir Qasımov elə bir iş tutdu ki, daha heç kəsə yaxşılıq eləmək istəmirəm... O söyüş söyərək, şərəf və ləyaqətimi təhqir edib. Bundan sonra daha heç kəsə yaxşılıq etməyəcəyəm...

***

Görürsünüzmü, bu cavabdan hər şey aydın olur. Zəki Sadıqovdan isə soruşan yoxdur ki, niyə ürəyiyumşaqlıq edib, bir şəhid ailəsinə və ya hər hansı imkansıza kömək etmirsən, ancaq Bəkir Qasımova guya ürəyi yanır... Necə deyərlər, inanan daşa dönsün.

Zəki müəllim telefonla söhbətimizdə bildirdi ki, onun hazırda rəhbəlik etdiyi "Unileasing" şirkəti Qafqazda yeganədir. Burada 300-dən çox insan çalışır, şirkətin 20-dən çox hüquqşünasları, ekspertləri və güclü mütəxəssisləri var. Onun belə xırda şeylərə sərf etməyə vaxtı yoxdur. Ona görə də məni öz hüquqşünasları ilə calaşdırıb, lazımı informasiya ala biləcəyimi bildirdi.

"BTB- bank"dan bəd xəbər gəldi

Daha sonra "BTB- bank"ın direktoru Elşad Məmmədovla da telefon bağlantısı yaratdıq. Elşad müəllim əsl iş adamı kimi konkret oldu: "Mən bu məsələ barədə qətiyyən danışmaq istəmirəm. Məhkəmələr olub, hər şey də aydınlaşıb. Bu adam başdan ayağa şər və böhtançıdır. Ona görə bu barədə danışmağa ehtiyac görmürəm. Əgər Elçin Məmmədlinin və ya "Təzadlar" qəzetinin konkret olaraq bir problemi varsa, kömək etməyə hazıram. Xahiş edirəm, bir daha məni bu məsələ ilə bağlı narahat etməyin. Dediyiniz o KİV qanununa görə əks tərəf kimi mənim də fikrimi bilmək istəyirsinizsə, sizi bizim hüquqşünaslarla calaşdıraram və nə sualınız varsa, onlara verə bilərsiniz. Bir daha təkrar edirəm, Elçinin və ya "Təzadlar"ın hər hansı problemi varsa, mən sizin qulluğunuzda hazıram".

Təbii ki, bir neçə gün gözləsək də Elşad müəllim bizi heç bir hüquqşünasla calaşdırmadı. Yalnız Zəki Sadıqov Elmir Hüseynov adlı yuxarıda qeyd etdiyim hüquqşünasla bizim görüşümüzü təşkil etdi. Bir neçə gündən sonra Elşad Məmmədovla təkrar əlaqə saxladıqda isə bildirdi ki, elə onun da hüququ nümayəndəsi Elmir Hüseynovdur və əlavə deməyə heç bir sözü yoxdur. Elmir Hüseynovun dedikləri ilə o tam razıdır. Vəssalam!

"Muğanbank"ın direktoru Firuz Qurbanov nə dedi?

"Muğanbank"ın direktoru Firuz Qurbanovla da Novruz bayramından əvvəl əlaqə saxladıq. Məlum oldu ki, o hazırda Azərbaycanda deyil, səhhəti ilə əlaqədar müalicədədir, Bakıya isə martın 26-da gələcək və o zaman bizimlə əlaqə saxlayacaq. Mən də öz növbəmdə ona can sağlığı və Allahdan şəfa dilədim ki, görüşəndə lazımı məsələlərə aydınlıq gətirərik. Lakin F.Qurbanovdan bu günə qədər səs çıxmadı. Hər halda yenə də onun və digər adları çəkilən şəxslərin fikirlərini dərc etməyə hazırıq.

MTN-in polkovnikindən polkovnikə yaraşmayan cəhd

MTN-in polkovniki Vüqar Güləliyevlə də telefon danışığımız oldu. Nə məqsədə onu narahat etdiyimi biləndə, telefonda xeyli pauza yarandı. Sonra isə belə bir cavab verdi: "Mən bu məsələdən bezmişəm, ona görə də daha heç nə danışmaq istəmirəm".

Belə olan surətdə bildirdim ki, Vüqar müəlim, sizin susmağınız Bəkir Qasımovun bütün dediklərinin təsdiqi demək olacaq. Ona görə də danışıb müəyyən məsələlərə aydınlıq gətirməyiniz vacibdir. O, xeyli təkiddən sonra bildirdi ki, yaxşı, bu barədə fikirləşər.

Söhbətimizdən 20 günə qədər vaxt keçir, polkovnik V.Güləliyev isə hələ də fikirləşir. Yəni indiyə qədər heç bir münasibət bildirməyib. Amma onun da verdiyimiz yazıdan bərk narahat olduğunu bilirik. Onsuz da bankirlərin əməlləri, həmçinin polkovnik Vüqar Güləliyevin "qara maxinasiyaları" barədə xeyli materiallar əldə etmişik. Yaxın vaxtlarda onların dərcinə başlayacağıq. çünki bankirlər Z.Sadıqovu, E.Məmmədovu və F.Qurbanovu təmsil edən hüquqşünas Elmir Hüseynov qoyulan məsələlərin heç birinə konkret olaraq aydınlıq gətirə bilmədi, sənəd təqdim etmədi. Əksinə, bizə hədə gəlməyə də imkan tapdı.

Yalnız B.Qasımovun bizə təqdim etdiyi məhkəmə sənədlərindən başqa, bankirlərin günahsız olduğun sübut edə biləcək heç bir sənəd ortaya qoyulmadı. Belə çıxır ki, üç bankirin bir hüquqşünası araşdırmada nəticə etibarı ilə heç sıfır nəticə də ala bilmədi.

Ona görə də özümüz ciddi araşdırmalar apardıq və adları çəkilən bankirlərin əvvəlki maxinasiyaları və indiki işlərində qoyduqları "qara izlər" barədə elə içəridən xeyli məlumatlar, sənədlər ötürüldü. Bunları MTN-ə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərəcəyik. Hazırda bu məlumatların sənəd və şahid ifadələri əsasında dəqiqləşməsi prosesi gedir.

Mövzuya qayıdacağıq. / Təzadlar /









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Dünən, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Dünən, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru