MÜXALİFƏT DƏ ABUTALIBOVA “HƏ” DEDİ
Tarix: 18-04-2012, 18:17 |
Çap et
İCTİMAİ PALATA MERİYA DEYƏN YERƏ GETDİ
Müxalif İctimai Palatanın Koordinasiya Şurası 22 aprel mitinq haqda son qərarını verib.
Koordinasiya Şurasının üzvü Mehriban Vəzir “Media forum” saytına açıqlamasında deyib ki, şuranın 18 aprel iclasında mitinq məsələsi müzakirə olunub: “Bakı Şəhər İcra Hakimiyyəti mitinqin 20-ci sahədə yerləşən sürücülük məktəbinin stadionunda keçirilməsinə razılıq verib. Biz də bununla razılaşdıq və aksiyanı ayrılan yerdə keçirəcəyik”.