KÖHNƏ ÜMİDÇİLƏR VƏZİFƏ ALDI
Tarix: 11-10-2011, 11:27 |
Çap et
KXCP-DƏ YENİ TƏYİNATLAR
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu yeni sərəncamlar imzalayıb.
Məlumata görə, Qaya Əliyev beynəlxalq əlaqələr, İbrahim Əhmədzadə humanitar məsələlər müavin təyin ediliblər. Nərgiz Nağıyeva isə KXCP sədrinin müşaviri vəzifəsinə təyin olunub.
Onu da bildirək ki, həm Nərgiz Nağıyeva, həm də Qaya Əliyev Ümid Partiyasında təmsil olunublar.