SABAH ARİF HACILININ MƏHKƏMƏSİ OLACAQ
Tarix: 23-04-2012, 12:26 |
Çap et
O, ALİ MƏHKƏMƏYƏ ŞİKAYƏT VERİB
Sabah Ali Məhkəmədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, vicdan məhbusu Arif Hacılının kassasiya şikayətinə baxılacaq. Bu barədə gunxeber.com-a A.Hacılının qardaşı Mustafa Hacıbəyli məlumat verib. Onun sözlərinə görə, A.Hacılı barəsində çıxarılan hökmü qanunsuz sayır və onun ləğvini tələb edir. Artıq digər məhkəmə instansiyaları keçilib və hökm qüvvədə qalıb.
Bundan əvvəl Apelyasiya Məhkəməsi A.Hacılının müraciətini təmin etmədiyindən vicdan məhbusu Ali Məhkəməyə kassasiya şikayəti verib.
Sabah 10:50-də başlayacaq prosesdə A.Hacılının vəkilləri Əsabəli Mustafayev və Nemət Kərimli iştirak edəcəklər.