İRAN İP-lə GÖRÜŞDƏ OLMAYACAQ
Tarix: 24-04-2012, 12:39 |
Çap et
KOORDİNASİYA ŞURASINDAN TƏKZİB GƏLDİ
Xəbər verildiyi kimi, bu gün xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri ilə İctimai Palata rəhbərliyinin görüşü olacaq. "Yeni Müsavat" qzəetində yayılan xəbərə görə, həmin görüşdə İranın ölkəmizdəki səfirliyinin nümayənədsi də iştirak edəcəkdi.Bu barədə məlumat redaksiyaya İran səfirliyindən daxil olmuşdu.
Ancaq bu gün İP-dən verilən xəbərə görə, həmin informasiyanın dəqiqləşdirilməsinə ehtiyac var. İctimai Palatadan bildiriblər ki, ötən ildən etibarən İP və Qərb diplomatları arasında mütəmadi görüşləri keçirmək ənənəsi yaranıb: "İndiyə qədər üç belə görüş olub, indi dördüncüsü hazırlanır. Bir qayda olaraq, bu görüşlərdə Azərbaycanın Avropa Şurası, ATƏT, Avropa Birliyi qarşısında götürdüyü öhdəliklərin icrası müzakirə olunur. Ona görə də bu görüşə müvafiq beynəlxalq qurumların və Qərb dövlətlərinin təmsilçiləri dəvət olunur".
İP-dən bildirilir ki, İran səfirliyi indiyə qədər belə görüşlərdə iştirak etməyib: "İran səfirliyi bu görüşə dəvətli deyil. Ona görə də İran səfirliyinin bugünkü görüşdəki iştirak edəcəyi barədə informasiya dogru deyil".