“ƏLİ KƏRİMLİNİN TAM HAQQI VAR”
Tarix: 25-04-2012, 13:00 |
Çap et
AXCP SƏDRİ PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLAŞIR
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli 2013-cü ilin prezident seçkilərində müxalifətin vahid namizədi ola bilər.
SalamNews xəbər verir ki, bunu partiyanın sədr müavini Razi Nurullayev deyib.
O bildirib ki, Əli Kərimlinin prezident seçkilərində iştirakına tam mənəvi haqqı var: “Əli Kərimli 22 ildən çoxdur fəal siyasətdədir və bu müddətdə prezidentliyə namizədlik iddiasını ortaya qoysa da, sonda bu və ya digər namizədin xeyrinə öz namzədliyini geri götürüb. Bu baxımdan yəqin ki, indi bu məsələ müsbət istiqamətdə həllini tapacaq”.
R.Nurullayev deyib ki, istənilən halda bu məsələ partiyalar arasında aparılan müzakirələrin nəticəsindən asılı olacaq. Ümumiyyətlə, biz partiya olaraq müxalifətin prezident seçkilərinə vahid namzədlə getməsinin tərəfdarıyıq. Hesab edirik ki, bu halda müxalifət uğur qazana bilər.