TELEAPARICIMZ MÜĞƏNNİ ÇIXDI
Tarix: 11-10-2011, 14:21 |
Çap et
HƏTTA “AVROVİZİYA”-YA DA QATƏLMAQ İSTƏYİR
Azərbaycan telekanallarından birinin aparıcısı Anastasiya Börn, sən demə, həm də müğənnilik edirmiş.
Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, o, vokal bacarıqlarını birbaşa "Eurovision" mahnı müsabiqəsində nümayiş etdirmək niyyətindədir.
Teleaparıcı indiyədək müxtəlif tədbirlərdə oxuyurmuş. İndisə o, "Eurovision-2012" müsabiqəsinə qatılmağa qərar verib: "Milli seçim turnirində iştiraka hazırlaşıram. Mən qarşıma qoyduğum məqsədə nail olmaq üçün əlimdən gələni edən insanam. Həyatımın bu mərhələsində hədəfim "Eurovision"a qatılmaqdır. Seçim turu üçün Azərbaycan və ingilis dillərində yeni mahnı yazdırmışıq. Özümə və imkanlarıma əminəm. Seçim turunu qazanmaq üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Anastasiyanın anası yarı fransız, yarı polyak, atası isə yarı gürcü, yarı azərbaycanlıdır.