HAKİMİYYƏTİN İNQİLAB QORXUSU
Tarix: 26-04-2012, 12:17 | Çap et
İMITASİYA XARAKTERLİ KADR İSLAHATLARI RƏSMİ BAKIYA NƏ VƏD EDİR?
DİA.AZ: - Son zamanlar Azərbaycanda kadr rotasiyaları müntəzəm hal alıb. Bütün bunlar kadr islahatları kimi dəyərləndirilə bilərmi və ümumiyyətlə, hakimiyyətin kadr siyasətinin mahiyyəti nədən ibarətdir? Bu suala cavab verməyə çalışaq.
Öncə bu məsələdə bir məqama aydınlıq gətirmək lazım gəlir. Qeyd edək ki, əgər hər hansı bir məmur vəzifəsindən uzaqlaşdırılırsa və başqa bir işlə təmin olunursa, yaxud icra başçılarının yalnız yerləri dəyişdirilirsə, bu, indiyədək aparılan ənənəvi kadr siyasətinin davam etdirilməsindən xəbər verir. Yox əgər, kimlərsə vəzifəsindən uzaqlaşdırılırsa və yeni post ilə «könlü alınmırsa», bu, kadr siyasətinin yeniləşməsi kimi təqdim olunur. Odur ki, vəzifəsindən uzaqlaşdırılan məmurun hansı postla təmin olunmasına diqət yetirmək zəruridir.
Məsələn, əgər Qubanın icra başçısı xalq etirazları nəticəsində vəzifəsini itirirsə və məsuliyyətə cəlb olunmaq əvəzinə, digər mühüm vəzifə ilə təmin olunursa, bunu kadr islahatı kimi qələmə vermək mümkün deyil.
Onu da qeyd edək ki, mövcud iqtidarın kadr siyasəti öz sabitliyi və dəyişməzliyi ilə fərqlənir. Hakimiyyət iriçaplı məmurları dəyişməyə ümumiyyətlə həvəs göstərmir. Son illər ərzində belə bir kadr dəyişikliyi müşahidə edilməyib.
Bu isə cəmiyyəti ölkədə olan mövcud sabitliyin zəmanətçisinə çevrilən məmurlardan asılılıq sindromunun bir elementinə çevirir.
Qeyd edək ki, orta və kiçik məmurların yerlərinin dəyişdirilməsi mahiyyət etibarilə ölkədə cərəyan edən ictimai-siyasi proseslərə təsir etmək imkanında deyil. Ən azı ona görə ki, həmin məmurların hakimiyyətə və idarəetməyə heç bir təsirləri yoxdur. Məsələn, Masallı və Astara icra başçılarının yerlərinin dəyişdirilməsi heç nəyi dəyişə bilməz. Bu insanlar sadə icraçılardır və onların heç birinin yerlərdə dayaqları olmadığından, mərkəzi hakimiyyətdən asılı vəziyyətdədirlər. Yerlərdə dayaqları olmayan başçılar isə onların zəmanətçiləri kimi çıxış edən «kuratorlara» və icra strukturlarına rəhbərlik edənlərə qeyd-şərtsiz tabe olmağa borcludurlar. Bölgələrin iriçaplı «məmur-kuratorlar» arsında bölüşdürülməsi də heç bir sağlam məntiqə sığmır. Məmurlardan ibarət kuratorların qanundan daha ucada olduğunu anlayan rayon icra başçıları özlərini təyin olunduqları ərazilərin ağası kimi aparırlar və onlar üçün əsas məsələ kuratoru razı salmaqdır. Əgər, hər hansı bir fors-major situasiya yaranarsa, bu zaman rayona nəzarəti itirməməkdən ötrü, icra başçısını qurban vermək, onu kuratorun nəzarətində olan yeni kadrla əvəzləmək olar.
Belə vəziyyət aparılan kadr dəyişikliklərinin mahiyyətini dərk etməyə əsas verir. Maraq doğuran suallardan biri də Prezidentin rayonlar üzrə məsul nümayəndələrinin fəaliyyətidir. Onların fəaliyyəti ümumiyyətlə hiss olunmur və yaxud icra başçılarına ümumi nəzarəti həyata keçirməklə məhdudlaşır.
Azərbaycanda Qərbin təkid və təzyiqləri ilə bələdiyyə institutları yaradılıb. Lakin bu qurumun nəyə xidmət elədiyini anlayan belə, yoxdur. Maraqlıdır ki, guya seçkili orqan olan bələdiyyələrin tərkibi məhz rayon icra hakimiyyətləri tərəfindən formalaşdırılır. Bu amil beynəlxalq təşkilatların da nəzərindən yayınmır. Odur ki, son zamanlar rayonların birləşdirilməsi, onların rəhbərlərinin seçkilər yolu ilə müəyyən edilməsi məsələsi ciddi şəkildə müzakrə olunur. Bu seçkilərdə şəffaflıq təmin olunarsa, icra başçılarının özbaşnalığlığına son qoyulmaqla yanaşı, eyni zamanda «kurator oyununa» da son qoyula bilər. Əgər əyalətlərdə birləşmiş rayonların sözdə deyil, real bələdiyyələri formalaşdırılarsa, sosial partlayış ehtimalları da minimuma enər. Digər tərəfdən bu, siyasi partiyaların yerli özəklərinin yaranması və onların partiya liderlərinin maraqları uğrunda deyil, birbaşa bələdiyyə seçkilərində qalib gəlmək uğrunda mübarizə aparması ilə sonuclana bilər.
Azərbaycan hakimiyyətinin kadr siyasətini təhlil edərkən, bir məqama da diqqət çəkmək lazım gəlir - iqtidarın ümumiyyətlə planlaşdırılmış kadr siyasəti mövcud deyil.Kadr təyinatları və yaxud rotasiyalar vahid proqram çərçivəsində aparılmır. İcra başçılarının siyahısına nəzər etsək görərik ki, kadrlar arasında idarəçilik təcrübəsi olanların sayı xeyli dərəcədə azdır. Onların əksəriyyəti keçmiş iş adamları, bazar müdirləri kimi şəxslərdir.
Bir sözlə, zəif icraçılar korpusundan ibarət olan şəxslər icra strukturunun əsas sütunu hesab edilir. Dünyada və ölkədə gedən prosesləri yetərincə dərk edə bilməyən, az qala hər çıxışı əhali arasında lətifələrə çevrilənlər kadr potensialının əsas göstəricisi sayıla bilər. Digər nüans da ondan ibarətdir ki, icra başçıları və ya nazir müavinlərinin bir qismi atalarından aldıqları mirasa görə postlarında əyləşiblər.
Onu da qeyd edək ki, 90-cı illərin əvvəllərindən fərqli olaraq, artıq hakim «Yeni Azərbaycan» partiyası da kadr istehsalı ilə məşğul olmur. Siyasətdən uzaq olan və bazar münasibətlərini əsas meyar kimi dəyərləndirən insanların başçı kimi təyinatı cox ciddi problemlər yaratmaqla yanaşı, gələcək kataklizmlərdən xəbər verir. Başçıların yerlərinin dəyişdirilməsi isə əhali arasında ölkədə nələrinsə baş verməsi barədə fikir yaratmaq cəhdindən başqa bir şey deyil. Odur ki, son zamanlar baş verən kadr rotasiyaları nə Azərbaycanda, nə də xaricdə ciddi qarşılanır.
Başqa bir məsələyədə də diqqət yetirmək lazım gəlir. rotasiyaların yalnız orta və kiçik məmurlara şamil olunması, iriranqlı məmurların bu prosesdən kənarda qalmasının nəticəsidir ki, hakim siyasi elita dəyişməz qalır. Odur ki, eyni simalar ən azı 15 ildir, eyni yüksək dövlət postlarını tuturlar. Belə siyasət isə gec-tez sosial parlayışlara səbəb olur.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda demokratik ənənələr olmadığından inkişaf etmiş ölkələrdə olduğu kimi, orta məmurlar ordusu hakimiyyətin əsas sütunu ola bilmir. Odur ki, kiçik və orta məmurların əhəmiyyətinin artırılması, onların mərkəzi hakimiyyətdən asılılığınınn azaldılması və fəaliyyətinin şəffaflığının təmin olunması son dərəcə böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda siyasi islahatların aparılmaması hakimiyyət və müxalifət arasında ciddi uçurum yaradır. Məhz zəruri islahatların getməməsinin nəticəsidir ki, siyasi düşərgə bir-biri ilə amansız qarşıdurmaya sürüklənmiş mühafizəkar hakimiyyətə və inqilabçı müxalifətə ayırılır.
Və hakimiyyətin islahat imitasiyasına qarşı müxalifətin inqilab imitasiyası baş verir. Nə birincilər islahat etmək fikrindədir, nə də ikincilər inqilab. Ayrıca, dialoqun aparılması da real görünmür.
İslahatlara meylli olmayan iqtidar cəmiyyətlə danışıqlara xüsusi maraq göstərmir. Belə bir həvəsin olmamasının nəticəsidir ki, orta və kiçik məmurlar ordusu da əhali ilə təmaslardan yayınır. Əhali ilə təmas, rəhbərlik etdikləri bölgələrdə nüfuza malik olmaq başçılara baha başa otura bilər. Və kadr siyasəti həyata keçirərkən də, hakimiyyət bu amili əsas götürür...
Nəsimi – DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|