PƏNAH HÜSEYN RƏSUL QULİYEVƏ QARŞI
Tarix: 26-04-2012, 12:38 |
Çap et
“TELEKÖRPÜ”DƏ SİYASİLƏR ÜZ-ÜZƏ GƏLİB
Dünən saat 20.30 radələrində "Günaz.TV"-nin efirində keçmiş spiker, ACP lideri Rəsul Quliyevlə AXP lideri, sabiq deputat Pənah Hüseynin arasında debat olub.
Siyasətçilərin 3 saata yaxın davam edən polemikasıı telekörpü vasitəsilə baş tutub. Televiziya studiyasındakı monitorların birində Rəsul Quliyev, digərində Pənah Hüseyn olub və onlar ictimai-siyasi duruma dair fikirlərini bölüşüblər.
Onların polemikası gərgin və maraqlı keçib. Sabiq dövlət xadimlərinin debatı zaman-zaman kəskin xarakter alıb, ancaq verilişin aparıcısı ortağılı yumşaltmağı bacarıb.
Veriliş boyunca R.Quliyev müxalifəti, xüsusilə də İctimai Palatanı fəaliyyətsizlikdə, passivlikdə suçlayıb və Pənah Hüseyn ona cavab verib. / musavat /