QARDAŞ ÖLKƏNİN DAHA BİR UĞURU
Tarix: 26-04-2012, 13:04 |
Çap et
TÜRKİYƏ ELEKTRİK ENERJİSİ İSTEHSAL EDƏCƏK
Türkiyədə Akkuyu ərazisindəki ilk AES-də elektrik enerjisinin istehsalına 2019-cu ildə başlanacaq.
Bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız jurnalistlərə məlumat verib. Bu barədə cümə axşamı "Hürriyət" qəzeti yazır.
Nazirin sözlərinə görə, ötən il Rusiya "Akkuyu" AES-in tikintisi üzrə layihəyə 700 milyon dollar investisiya qoyub. Bu il həmin layihəyə Rusiyanın investisiyaları 2,4 milyard dollar təşkil edəcək.
Yıldız onu da qeyd edib ki, Türkiyə ikinci və üçüncü AES-in tikintisi üçün üç ölkə ilə danışıqlar aparır. Lakin nazir həmin ölkələrin adlarını dəqiqləşdirməyib.