DİN-DƏ GİZLİ VİDEOÇƏKLİŞ ARAŞDIRMASI
Tarix: 26-04-2012, 13:11 |
Çap et
XƏDİCƏ İSMAYILOVA İSTİNTAQA İLK İFADƏSİNİ VERİB
Jurnalist Xədicə İsmayılova ilk dəfə istintaqa ifadə verib. Bunu aprelin 26-da “Media forum” saytına açıqlamasında Xədicə İsmayılova deyib.
Jurnalist aparılan istintaq hərəkətləri haqqında sayta məlumat verməyib.
Martın 7-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova şəxsi həyatına aid məlumatların açıqlanacağı ilə hədələnib. Ona susmaq təklif olunub. Bir neçə gün sonra internetdə jurnalistin şəxsi həyatına aid video yayılıb.
Martın 15-də Baş Prokurorluq cinayət işi qaldırıb. Xədicə İsmayılovanın işi şəxsi həyatın toxunulmazlığını pozma motivi üzrə araşdırılır. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.