ÇÖHRƏQANLI İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ
Tarix: 26-04-2012, 13:37 |
Çap et
GAMOH LİDERİ BAKIYA GƏLMƏK İSTƏYİR
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlının Azərbaycana və Türkiyəyə gələ bilməsi üçün hər iki ölkə parlamentində məsələ qaldırılacaq.
APA-nın xəbərinə görə, bunu Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün keçirdiyi mətbuat konfransında deyib. Millət vəkili, bu məsələni Türkiyə parlamentində DAK-ın Türkiyə nümayəndəliyinin rəhbəri Atilla Kaya, Azərbaycan Milli Məclisİndə isə özü tərəfindən qaldırılacağını söyləyib.
Mətbuat konfransına internet vasitəsi ilə qoşulan M. Çöhrəqanlı Azərbaycan rəhbərliyinə müraciət edərək, ölkəyə gəlməsinə şərait yaradılmasını xahiş edib. GAMOH lideri müraciətində yaxın həftələrdə Azərbaycanda olacağına ümid etdiyi bildirib.
Qeyd edək ki, İran vətəndaşı olan Mahmudəli Çöhrəqanlı hazırda ABŞ-da mühacirətdədir.