İSA QƏMBƏRİN OĞLU DA DİNDİRİLİB
Tarix: 26-04-2012, 18:42 | Çap et
BAŞ PORKUROLUQDAN XƏDİCƏ İSMAYILOVA AÇIQLAMASI
Bakı şəhər prokurorluğu "Azadlıq" radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığının pozulması barədə ərizəsi əsasında başlanmış cinayət işi üzrə başlanılan istintaqın ləng və keyfiyyətsiz aparılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Bakı şəhər prokurorluğundan cümə axşamı Trend-ə bildiriblər ki, son zamanlar "Azadlıq" radiosunun Azərbaycan bölməsinin əməkdaşı İsmayılova Xədicə Rövşən qızı nümayəndəsi - vəkil İsmayılov Adil Əlviz oğlu ilə birlikdə müxtəlif kütləvi informasiya vasitələrində İsmayılovanın şəxsi həyatının toxunulmazlığının pozulması barədə ərizəsi əsasında başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində guya istintaqın ləng və keyfiyyətsiz aparılması, müstəntiqin onun həyat tərzi ilə bağlı marağını təmin edərək hadisəni araşdırmaması, dindirilməsi ilə bağlı vəsatət qaldırsa da, müstəntiqlə görüşə bilməməsi və sair istintaqın faktiki vəziyyəti və gedişatı ilə bir araya sığmayan və həqiqəti əks etdirməyən bəyanatlar verməklə növbəti dəfə cinayət işinin istintaqı ətrafında içtimaiyyət arasında mənfi rəy yaratmağa cəhd ediblər.
Göstərilənləri nəzərə alaraq, Bakı şəhər prokurorluğu cinayət işinin istintaqı ilə əlaqədar ictimaiyyət arasında real və obyektiv rəy yaranması üçün bəzi məlumatları növbəti dəfə ictimaiyyətə çatdırılmasını zəruri hesab edib.
Belə ki, Xədicə İsmayılovanın müraciəti əsasında Baş Prokurorluq tərəfindən 15 mart 2012-ci il tarixdə Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə başlanmış cinayət işinin istintaqı Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.
İstintaqın ilk mərhələsində X.İsmayılova nümayəndəsi A.İsmayılovun iştirakı ilə dindirilərək zərərçəkmiş şəxs qismində tanınıb və ona müvafiq hüquq və vəzifələri izah olunub. Bundan sonra istintaq tərəfindən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədilə ekspert, kriminalist, X.İsmayılova və onun nümayəndəsi və hal şahidlərinin iştirakı ilə hadisə yeri olan, onun kirayədə yaşamış olduğu Abdullayev Emin Paşa oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Cəfərov qardaşları küçəsi ev 30, 5 nömrəli mənzilə baxışlar keçirilib, hadisə yerindən müvafiq maddi sübutlar götürülüb, ekspertizalar təyin edilərək rəyi alınıb, iş üzrə zəruri sorğular və əməliyyat tapşırıqları verilib.
İstintaqla müəyyən edilib ki, 2011-ci ilin may ayınadək Bakı şəhəri, Yasamal rayonu, Cəfərov qardaşları küçəsi ev 30, mənzil 5-də Abdullayev Emin Paşa oğlu yaşamış, sonradan isə X.İsmayılova, Emin Abdullayev tərəfindən ona verilmiş 24 avqust 2011-ci il tarixli etibarnamə əsasında 2011-ci ilin may ayından həmin ilin sentyabr ayına qədər qeyd olunan mənzildə kirayədə yaşamış, ondan sonra isə həmin mənzildə hər ay 250 manat pulun X.İsmayılovaya ödənilməsi şərti ilə 2011-ci ilin sentyabr ayından noyabr ayınadək onun tanışları Vəfa Cəfərova və həyat yoldaşı Azər Məmmədov, noyabr ayından 2012-ci ilin yanvar ayına qədər tanışı Vəfa Cəfərovanın xalası qızı Əliyeva Leyla Şadil qızı, fevral ayından mart ayına qədər isə Qəmbər İlkin İsa oğlu kirayədə yaşamışlar.
Bundan başqa, istintaqla müəyyən olunub ki, Moskva şəhərindən Valeriy Mərdanovun adından, içərisində X.İsmayılova ilə bağlı fotoşəkillər olan zərflər sonuncunun qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 196, 164 nömrəli mənzilə və "Yeni Musavat" qəzetinin redaksiyasına poçt vasitəsilə göndərilib. İstintaq zamanı həmin zərflər götürülərək cinayət işinə əlavə edilib.
Xədicə İsmayılovanın əlavə şəxslərin şahid qismində dindirilmələri barədə 28 mart 2012-ci il tarixdə istintaqa daxil olmuş vəsatəti təmin olunaraq həmin şəxslər dindiriliblər.
Eyni zamanda, istintaqın tam, obyektiv və hərtərəfli aparılmasının təmin olunması üçün X.İsmayılovanın kirayədə yaşadığı mənzildə hər hansı bir videoçəkiliş aparan qurğunun yerləşdirilməsi və digər xüsusatların müəyyənləşdirilməsi məqsədilə onun ailə üzvləri, bacısı Səbinə Rəhimova, qardaşı Məmmədağa İsmayılov, 2011-ci ilin may ayından həmin ilin sentyabr ayına qədər yaşadığı mənzilə müxtəlif məqsədlərlə gələn çoxsaylı şəxslər - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistratura pilləsinin tələbəsi, əlaqədə olduğu İbadov Əli Akif oğlu, həmin mənzildə şəxsi xadiməçisi kimi işlətdiyi Zeynalova Zeynəb Əlfəddin qızı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi qeyri-hökumət təşkilatında tərcüməçi işləyən Qəmbər İlkin İsa oğlu, tanışı Əliyeva Leyla Şadil qızı, BDU-nin Hüquq fakültəsində Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasında müəllim işləmiş, Respublikaçı Alternativ Vətəndaş Hərəkatı təşkilatının idarə heyətinin üzvlərindən biri olan, "Azərbaycan Lizinq Şirkəti" MMC-də hüquqşünas işləyən Qədirli Erkin Toğrul oğlu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi qeyri-hökumət təşkilatında tərcüməçi işləyən Qəmbər Turqut İsa oğlu, 14 saylı Hüquq məsləhətxanasının vəkili Quliyev Elton Rasim oğlu, tərcüməçi işləyən Şirinov Rəşad Ramiz oğlu, "USAID" ABŞ-ın Beynəlxalq İnkişaf Agenliyinin Azərbaycandakı missiyasında layihə meneceri işləyən Qəhrəmanova Aytən Hikmət qızı, "Abt Associates" Beynəlxalq qeyri-hökumət təşkilatında layihə meneceri işləyən Ələsgərova Ayla Qorxmaz qızı, Avropa İttifaqının Azərbaycanda yerləşən daimi nümayəndəliyində təhsil məsələləri üzrə məsul şəxsi Bağırov Pərviz Rəşid oğlu, BP şirkətinin brend və nüfuz üzrə məsul işçisi Hacızadə Adnan Hikmət oğlu və tərcüməçi Persiyani Pərvanə Əhməd qızı şahid qismində dindiriliblər.
Zəruri istintaq hərəkətlərinin aparılması ilə əlaqədar 13 aprel və 17 aprel 2012-ci il tarixlərində Xədicə İsmayılova istintaqa dəvət edilsə də, o, çağırışa gəlməyib, yalnız 26 aprel tarixdə çağırışa gələrək ifadə verib.
Cinayət işinin başlandığı müddətdən X.İsmayılovanın nümayəndəsi ilə birlikdə istintaqa dəvət edilməsindən əlavə o, nümayəndəsi ilə birlikdə 17 mart, 3 aprel, 14 aprel 2012-ci il tarixlərdə Bakı şəhər prokurorluğunun rəhbərliyi tərəfindən qəbul olunaraq onun müraciətləri dinlənilib və istintaqın tam, obyektiv və hərtərəfli aparılması məqsədilə istintaqa konkret göstərişlər verilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|