MÜSAVAT PARTİYASI MİLYONÇUNUN ZİYARƏTİNDƏ
Tarix: 27-04-2012, 13:25 |
Çap et
MÜXALİFƏT TAĞIYEVİ YADA SALDI
Bu gün Müsavat Partiyası öz dövrünün məşhur milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı məzarını ziyarət edib. Tədbirdə Müsavat başqanı İsa Qəmbər, müavinləri Tofiq Yaqublu, Arzu Səmədbəyli, o cümlədən müsavatçı xanımlar Almas Əliqızı, Nüşabə Sadıxlı iştirak ediblər.
Müsavat Partiyasının Xəzər rayon təşkilatının üzvləri də H.Z.Tağıyevin məzarını ziyarət ediblər, onun ruhuna dualar oxunub, məzarı önünə əklillər qoyulub. H.Z.Tağıyevin məzarı önündə çıxış edən Müsavat başqanı İsa Qəmbər onun Azərbaycan üçün əvəzolunmaz xidmətlərindən, milli burjuaziyanın yaradılmasında töhfəsindən danışdı. Bildirdi ki, Tağıyev səxavətli bir insan idi, milli iqtisadiyyatın formalaşmasında mühüm rolu olub. İ.Qəmbər qeyd etdi ki, onun qızı Sara xanım ömrünü yoxsuluq içində keçirsə də, heç vaxt qürurunu əyməyib. Başqan qeyd etdi ki, 1920-ci il aprelin 28-də Azərbaycanın Rusiya tərəfindən işğalının növbəti ildönümü ilə bağlı ərəfədə Tağıyevi yad etməklə iş bitmir. Tağıyevin fəaliyyəti ilə bağlı konfrans təşkil olunacaq və bu barədə geniş müzakirələr aparılacaq.