QÜDRƏT HƏSƏNQULİYEV “DƏDƏ QORQUD” ROLUNDA
Tarix: 27-04-2012, 14:17 |
Çap et
O, MÜXALİFƏTİ AKSİYA KEÇİRMƏMƏYƏ ÇAĞIRDI
Azərbaycanın müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri həmkarlarını aksiyalar keçirməməyə çağırıb.
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, İctimai Palata "Eurovision 2012" mahnı müsabiqəsi başa çatanadək aksiyaları dayandırmalıdır. Bu barədə cümə günü Trend-ə partiyanın mətbuat xidmətindən bildirilib.
Onun sözlərinə görə, İctimai Palatada təmsil olunan siyasətçilərin bəziləri başa düşürlər ki, əhalinin onların keçirdiyi aksiyalara göstərdiyi münasibətlə nəsə əldə etmək mümkün deyil. Əksinə, yaranmış vəziyyətdən yalnız Azərbaycanın bədxahları istifadə edə bilər və İctimai Palatada təmsil olunan sağlam qüvvələr baş verənlərin fərqində olmalı, daha dərindən düşünərək qərar qəbul etməlidirlər.