MİSİR MƏRDANOVUN PEŞƏ MƏKTƏBLƏRİ SİYASƏTSİZLİYİ
Tarix: 28-04-2012, 19:50 | Çap et
TEXNİKİ PEŞƏ MƏKTƏBİNƏ QƏNİM KƏSİLƏNLƏR
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında gəncləri müasir istehsalata aktiv şəkildə cəlb etmək və onları yeni yaradılan müəssisələrdə işlə təmin etmək nəzərdə tutulub. Təhsil Nazirliyinin tərkibindəki bugünkü texniki peşə təhsili sistemi bu mühüm tapşırığı yerinə yetirmək gücündədirmi? Daha əvvəl Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkifafı üzrə (2007-2012-ci illər) Dövlət Proqramı da məhz bu tapşırığın yerinə yetirilməsi məqsədilə qəbul edilmişdi. O vaxtdan dörd il keçib. Lakin proqramın əsas istiqamətləri: peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, idarəetmənin təkmilləşdirilməsi, tədrisin mahiyyətinin müasir tələblərə uyğun yeniləşdirilməsi və kadr hazırlığının müasir əmək bazarının tələblərinə uyğun formalaşdırılması hələ də yerinə yetirilməmiş qalır. Yaranmış vəziyyətin səbəbi bu təsisata rəhbərlik edənlərin texniki peşə təhsili məsələlərində səriştəsizliyindən, kadrları təyin edərkən onların səriştə və peşəkarlıqlarının nəzərə alınmaması siyasətindən, yaradılmış texniki peşə məktəblərini idarə edən srtukturun bazar iqtisadiyyatı şəraitində qeyri-qənaətbəxş olmasından irəli gəlir. Dövlət Proqramlarının qarşıya qoyuduğu tapşırıqların heç birini yerinə yetirə bilməyən texniki peşə məktəblərininin iflasa uğramasının səbəbi nədir? Təhsil Nazirliyinin tərkibinə qatılana qədər Bakının peşə məktəbləri ixtisaslaşdırılmış tədris ocaqları kimi fəaliyyət göstərirdilər və onlar tikinti, neftçıxarma, neft-maşınqayırması, neftayırma, elektrik-maşınqayırması, elektron-maşınqayırması, yüngül, yeyinti sənayesi və s. sahələr üçün müxtəlif peşələr üzrə ixtisaslı fəhlə kadrları hazırlayırdılar. İxtisaslaşdırılmış peşə məktəbləri - maddi-texniki bazası olan, orada cəmləşmiş avadanlıqlardan faktiki olaraq bütün oxşar peşələr öyrənən şagirdlərin hamısı tərəfindən rasional şəkildə istifadə etməyə imkan verən texniki peşə təhsili ocağıdır. O, əsasən yaxın profilli mühəndis-pedoqoji işçilərdən təşkil olunmuş pedoqoji kollektivlə tədris prosesinin ən yaxşı formasını birlikdə, effektiv şəkildə hazırlanması və tətbiq olunması işini aparan peşə məktəbidir. Bu, sahələr və təsisatlararası fəhlə kadrları hazırlayan və bu qəbildən olan müəssisələrin hamısı üçün, eləcə də yeni yaranan kiçik və orta müəssisələrin onlara olan təlabatını ödəyə bilən, bununla da həmin baza əsasında müqaviləli münasibətlərin inkişafına zəmin yaratmaq imkanına malik texniki peşə məktəbidir. Lakin Təhsil Nazirliyinin tərkibinə qatılandan sonra onların yarısına qədəri ləğv edilmiş, fəaliyyət göstərməkdə davam edənlərin isə maddi-texniki bazaları dağıdılmışdır. Bu gün isə peşə məktəblərində bir-birindən uzaq peşələr üzrə şagird qəbulu aparılır. Baxmayaraq ki, maddi-texniki bazaları yoxdur. Onu isə maliyyə dəstəyi olmadan yaratmaq mümkün deyil. İxtisaslaşdırılmış peşə məktəblərinin, necə deyərlər, "dədəsiz-nənəsiz", başqa sözlə, mutant peşə məktəblərinə çevrilməsinin başlıca səbəblərindən biri Təhsil Nazirliyinin apardığı yarıtmaz kadr siyasətidir. Bu siyasət ona gətirib çıxarmışdır ki, peşə məktəbləri onların xüsusiyyətindən, təlabat və ehtiyacından uzaq olan təsadüfi şəxslərin öhdəsinə buraxılmışdır. Tarixə mürasiət edək. ötən əsrin 80-ci illərində SSRİ-də iqtisadi islahatlar başlanan dövrdə Azərbaycan texniki peşə təhsili üzrə Dövlət Komitəsinin tərkibində özünümaliyyə və təsərrüfat hesabı əsasında müvəffəqiyyətlə fəaliyyət göstərən Bakı Tədris-İstehsalat Birliyi yaradıldı. üç təhsil təsisatı birləşəndən sonra Azərbaycan hökuməti bu birliyin iş təcrubəsini respublika miqyasında yaymaq məqsədilə sərəncam verərək Təhsil Nazirliyinin nəzdində texniki peşə təhsili eksperimental tədris-itehsalat birliyini yaratdı. Lakin Təhsil Nazirliyinin rəhbərliyi bu strukturun mahiyyətinə varmadan və fəaliyyətini təşkil edə bilmədiklərindən onu ardıcıl şəkildə nazirliyin tərkibindən sıxışdırmağa başladı və 1993-cü ilin mayında ləğv etdi. Həmin vaxtdan texniki peşə təhsili mütəxəssislərin səsi bürokrat məmurların yaratdığı qatı maneələrin arxasından eşidilmir. Bu mütəxəssislərin əksəriyyəti texniki peşə təhsili sistemini tərk ediblər. Təhsil Nazirliyi isə öz növbəsində peşə məktəblərini idarə etmək üçün özünün yaratdığı inzibati-amirlik idarəetmə strukturuna - 5-6 məmurdan ibarət texniki peşə təhsili şöbəsinə - üstünlük verdi. Peşə məktəblərinin problemlərini həll edə bilməyən bu şöbə texniki peşə məktəblərini direktorların öhdəsinə buraxdılar. Peşə məktəblərinin direktorları hansı meyarlarla təyin olunmalıdırlar? Texniki peşə məktəbinin direkroru haqqında əsasanamədə gösrərilir ki, onlar uyğun ali təhcilə və ən azı beş il mühəndis-pedoqoji staja malik şəxslər olmalıdırlar. Amma Bakının bir çox peşə məktəblərinə rəhbərlik edən direktorlar, yumuşaq desək, göstərilən meyarlara uyğun deyillər. Maraq doğuran odur ki, bəzi peşə məktəblərinin direktoru vəzifəsinə nə peşə məktəbinin mühəndis-pedoqoji işçiləri sırasından irəli sürülənlər, nə muəssisələr (o müəssisələr ki, fəhlə kadrları onlar üçün hazırlanır) tərəfindən tövsiyə edilən kadrlar, nə də həmin tədris ocağının fəaliyyət göstərdiyi ərazinin yerli administrasiyasının tövsiyə etdiyi şəxslər təyin olunmurlar. Bəs kimin tövsiyəsi ilə təyin olunurlar? Məsələn, 5 sayli peşə liseyinin direktiru Mərhəmət Aslanovanın bir neçə qohumu onun tövsiyəsi ilə direktor təyin olunublar. Demək olmaz ki, bu şəxsin texniki peşə təhsili sahəsinin inkişafında əlahiddə xidməti olub, əksinə. Məsələn həmin 5 saylı lisey keçmiş radiozavod üçün radio-elektron aparatlarının yığıcı və quraşdırıcılarını, tornaçılar, radio aparatları üçün çilingər-quraşdırıcılar, mexanki-yığma işləri üzrə çilingərləri hazırlayirdı. İndi burada Müdafiə Sənayesi Nazirliyinin müəssisəsi fəaliyyət göstərir və lisey artıq müdafiə sənayesinin müəssisələri üçün mütəxəssislər hazırlamalıdır. Amma bu baş vermir. Ona görə ki, bu peşə liseyini Mərhəmət xanım öz səxsi məqsədləri üçün özəlləşdirib (oxu: özününküləşdirib) və vaxtilə burada yaradılmış təlim-tədris maddi-texniki bazası dağıdılmışdır. Elə binanın özü də iki hissəyə bölünüb. Bir hissəsində ümumtəhsil məktəbi yerləşdirilib, yeri gəlmişkən, ora Mərhəmət xanımin öz qızı direktor təyin edilib, o birində isə "müdafiəçilərin" tələbatından çox uzaq avtonəqliyyat həvəsksr-sürücüləri, radio-televizor aparatlarının təmiri üzrə usta, kompyuter operatorluğu, barmen və bufetçi, qadın bərbəri, manikür ixtisasları üzrə şagird qəbulu həyata keçirilir. Mərhəmət xanının tövsiyəsi ilə təyin edilən peşə məktəblərinin direktorları özünün təcrübəsinin məntiqi ardıcıllarıdır. Oğlu - Fərman Aslanov Pabitə Nazirliyini fəhlə kadrları ilə təmin etməli olan 12 saylı Bakı peşə məktəbinə direktor təyin edilmişdir, qardaşı Sabir Əliyev əsası qoyulan gündən inşaatçı-fəhlə hazırlayn 3 saylı peşə məktəbinə, Alik Allahverdiyev - həyat yoldaşının qardaşı, o da tikinti istehsalı üzrə kadrlar hazırlayan peşə məktəbinə direktor təyin edilib. Pərviz Aslanov- Mərhəmət xanımın yaxın qohumu neft üzrə 1 saylı peşə məktəbinin direktoru vəzifəsinə təyin edilib. Mövcud tədris ili üçün həmin peşə məktəblərinin hamısı qadın və kişi bərbəri, manikür, modelyer-dizayner, mühasib-kompyuter operatoru, bufetçi və barmen, avtomobil təmiri çilingəri, radio-televizor təmiri ustaları ixtisası üzrə şagird qəbulunu elan edblər. Faktiki olaraq bu ixtisasların heç biri həmin peşə məktəblərinin profilinə uyğun deyil. Bəs nəyin xatirinə bu ixtisaslar üzrə şagird qəbulu aparılır? Axı bu texniki peşə məktəblərində göstərilən ixtisaslar üzrə maddi-texniki bazanın olmamasına görə peşə təlimi prosesi anomal formaya salınaraq yalnız onun imitasiyası gedir. Belə k, təlim prosesində şagirdlər ictimai-faydalı əməyə cəlb olunmurlar. Məhz şagirdlərin fəhlə peşəsinə yiyələnmələrinin səviyyə göstəricisi istehsalat təlimi prosesi zamanı onların istehsal etdikləri məhsulların realizasiyasından əldə olunan vəsaitlərin göstəriciləri ilə ölçülür. Bu proses bu cür sxemlə həyata keçirilir: öyrənərək istehsal et, gəlir götür. Şagirdlərin bugünkü peşə məktəblərində bütün bunlardan məhrum olmaları ona gətirib çıxarmışdır ki, onlar nəinki fəhlə peşələrinə yiyələnə bilmirlər, eləcə də əmək haqqı almırlar, peşə ocaqları isə gəlirlərdən məhrum olurlar. Gəliri olmayan peşə məktəblərdə mühəndis-pedoqoji işçilərin əmək haqlarınıa əlavələr olmur. İstehsalat təlimi ustalarının başçılıq etdikləri şagird qrupunun qazancına rəğmən əmək haqlarına həvəsləndirici əlavələrin edilməsi dayandırıldığından bu peşə məktəblərində təcrübəli istehsalat təlimi ustaları qalmayıb. Peşə məktəblərinin əksəriyyətində təkcə direktorlar və onların himayədarları özlərinin "nəzərdənkənar" gəlirlərini götürürlər. Təhsi Nazirliyinin himayəsi altında Bakının texniki peşə təhsilində neqativ proseslərin hansı sxemlə reallaşdırılmasını izləmək mümkündür. Uzun illər nazirliyin texniki peşə təhsili şöbəsinə başçılıq edən Zülfüqar Abdullayev nazir müavininin- peşə məktəblərinin hamisi İsgəndər İsgəndərovun razılığı ilə peşə məktəblərinin direktorliğuna namizədləri təstiq edmək üçün nazir Mərdanova təqdimat verirdi. Mərhəmət Aslanova qohumları qarşısında xidmətlərinə görə məhz Abdullayev-İsgəndərov tandeminə borcludur. Məhz bu cütlüyün razılığı və himayəsi sayəsində Bakının bütün texniki peşə məktəblərində göstərilən ixtisaslar üzrə sagird qəbulu əmək bazarının təlabatından onlarla dəfə artıq aparılır. Bununla dövlət tərəfindən iqtisadiyyatın bu və ya başqa sahəsi üçün müəyyən olunmuş ixtisaslar üzrə deyil, özlərinin lazım bildikləri ixtisaslar üzrə qəbul aparırlar. Bütün bunların qərəzsiz törədilməsini güman etmək sadəlövlik olardı. Bununla belə, Təhsil Nazirliyi peşə məktəblərini dövlət büdcəsinə otuzdurub. Bu da peşə ocağının mahiyyətinə ziddir. Bu gün texniki peşə məktəblərinin büdcəsi yalnız dövlət hesabına formalaşdırılır - bu, şagirdlərin ictimai-faydalı əməyə cəlb etməklə istehsalat fəaliyyətini təşkil etməyi bacarmamağın nəticəsidir. Nə yuxarıda göstərinən peşələrin heç biri üçün istehsalat təlimi proqramını tam mənimsəməyə imkan verən maddi-texniki bazaya, nə də tədris-istehsalat təlimini lazımi səviyyədə təşkil etməyi bacaran istehsalat təlimi ustalarına malik olmayan bu texniki peşə məktəbləri istisnasız olaraq bütün məzunlara güya ixtisaslı fəhlə peşəsinə yiyələndiyini təstiq edən sənəd verirlər. Texniki peşə məktəbləri birmənalı olaraq diplom satışı bazarına çevrilib. Təhsil Nazirliyi peşə məktəblərinin direktorlarına müvafiq maddi-texniki bazası olmayan peşələr üzrə şagird qəbulunun aparılmasını qadağan etməyə borcludur Göründüyü kimi, bugünkü texniki peşə mutant-məktəblərində əmək bazarında tələb olunmayan potensial işsizlər hazırlanmaqla dövlətin xəzinəsindən külli miqdarda vəsait boş-boşuna israf olunur. Təhsil Nazirliyi rəhbərliyinin etinasız yanaşmasının səmərəsi budur - açıq-aşkar xəzinə oğurluğu! Lakin Maliyyə Nazirliyi bu vəsaitləri ayırır, Hesablama palatası isə buna sakitcə tamaşa edir. Əgər yaxın vaxtlarda texniki peşə təhsili sistemində kardinal islahatlar aparılmasa, onda Azərbaycanda ixtisaslı fəhlə kadrları növbəsi yetişməyəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|