Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? .....                     Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur .....                     Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır .....                     Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi .....                     "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub .....                     TAKSİ DƏLƏDUZLUĞU... .....                     Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü .....                     "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" .....                     Ali nümayəndədən ibtidai fikirlər .....                     Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı .....                     "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." .....                     “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” .....                     Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” .....                     Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu .....                     Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı .....                     Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? .....                     Gənc şair faciəvi şəkildə öldü .....                     Parisin SAXTA MAHİYYƏTİ... .....                     Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş .....                     ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi .....                     Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı .....                     Paşinyanın sözləri havaya atılan güllələr kimidir .....                     Qanunların himayəsində .....                     "Zelenskinin alternativi yoxdur" .....                     Tehran Vaşinqtona məxfi mesaj göndərib .....                     Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir .....                     MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb .....                     “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək .....                     “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var .....                     Zakir Fərəcov səyyar qəbul keçirdi .....                     Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi .....                     Anasının il mərasiminə getmişdi, özünü güllələdi .....                     Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb .....                     Ermənistan COP29-a GƏLƏCƏK? .....                     Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib .....                     Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... .....                     Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir? .....                     Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? .....                     Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? .....                 

HƏRBÇİLƏRİMİZİN DAVASI BÖYÜYÜR
Tarix: 30-04-2012, 12:17 | Çap et
HƏRBÇİLƏRİMİZİN DAVASI BÖYÜYÜR

POLKOVNİKDƏN GENERALA QARŞI SƏRT İTTİHAMLAR

Müdafiə Nazirliyinin hüquq idarəsinin rəisi, ədliyyə polkovniki Rauf Kişiyev general Lənkəran Əliyevin nazirliyə qarşı səsləndirdiyi ittihamlarla cavab verib. MN-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan yazılı açıqlamanı olduğu kimi təqdim edirik:

“General Lənkəran Əliyev, deyəsən, öz günahını anlamaq istəmir və məhkəmənin qanuni qərarını şəxsi maraqlarına uyğun olaraq şübhə altına alır. Nə üçün belə etdiyi özünə daha çox aydındır.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin sabiq rəisi, hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında həqiqi hərbi xidmət keçən general-mayor Əliyev Lənkəran Əbülfət oğlu onun və ailə üzvlərinin mənzil hüquqlarına Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən əsassız müdaxilə olunması barədə müxtəlif kütləvi informasiya vasitələrinə açıqlamalar verməklə, cəmiyyət arasında özünə «ədalət keşiksiçi» imicini qazandırmağa çalışır ki, bu da, onun apelyasiya məhkəməsində uduzduğu mülki işə bir növ «ictimai dəstək» qazanmaq məqsədinə xidmət edir. Lakin hörmətli general nəzərdən qaçırır ki, məsələyə hüquqi müstəvidə baxılırsa, verilən informasiyalar müəyyən qədər də olsa faktlara söykənməli, özünün və digərlərinin nüfuzuna, hərbi qulluqçu şərəfinə xələl gətirməməlidir. Buna görə də mən faktlara istinad edəcəyəm.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyinin ünvanına Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi qulluqçularından, onların ailə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında, Müdafiə nazirinin göstərişilə yaradılmış komissiya tərəfindən, 06 aprel 2009-cu il tarixdən 18 may 2009-cu il tarixədək Təlim və Tədris Mərkəzinin maliyyə-təsərrüfat fəaliyyəti, hərbi qulluqçuların hərbi və döyüş hazırlığı səviyyəsi, hərbi intizama və qanunçuluğa riayət olunması, hərbi qulluqçuların sosial və hüquqi müdafiəsinin vəziyyəti və digər sahələr üzrə yoxlama aparılmışdır. Yoxlamanın nəticələrinə dair general-mayor Əliyev Lənkəran Əbülfət oğlu Azərbaycan Respublikası qanunlarının, hərbi nizamnamələrin və Müdafiə nazirinin əmrlərinin tələblərini kobud şəkildə pozduğuna, tabelikdəki hərbi qulluqçulara qarşı mənəvi və psixoloji təzyiqlərə yol verdiyinə, vəzifəli şəxslərin xidməti vəzifələrinin yerinə yetirilməsinə zəif nəzarət etməsi nəticəsində dövlətə külli miqdarda maddi ziyan vurulmasına şərait yaratdığına görə Müdafiə naziri tərəfindən verilmiş müvafiq əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir.

Yoxlama zamanı hərbi qulluqçulardan daxil olmuş şikayət və izahatlardan məlum olmuşdur ki, Mərkəz rəisi general-mayor L.Ə.Əliyev bir çox zabitlərə qarşı qərəzli mövqe tutmaqla onlara mənəvi və psixoloji təzyiqlər göstərərək, normal şəraitdə xidmət keçmələrinə müxtəlif əngəllər törətmişdir. Belə ki, o, həmin şəxslərə münasibətdə yerli-yersiz olaraq çoxlu sayda intizam cəzaları tətbiq etmiş, onların birdəfəlik pul mükafatlarından məhrum edilməsi barədə qərarlar çıxarmış, attestasiya zamanı aşağı bal ilə qiymətləndirmiş, məharət dərəcəsinin verilməsi üçün sınaq imtahanlarına buraxmamış, növbəti hərbi rütbələrin verilməsi üçün təqdimatlar göndərməmiş və digər qanunsuz hərəkətlərə yol vermişdir.

Generar-mayor L.Əliyev 2008-ci il ərzində hətta öz müavininə (Mərkəzin sabiq qərargah rəisinə) və tərbiyəvi işlər şöbəsinin rəisinə təkcə «Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq» növündəki intizam cəzasını müvafiq olaraq 26 və 18 dəfə tətbiq etmişdir. Qeyd olunan hərbi qulluqçularla yanaşı, o, həmçinin, digər 22 nəfər zabit və gizirlərin attestasiyası zamanı xidmətlərini 20 göstərici üzrə mümkün olan 200 baldan yalnız 20 balla qiymətləndirmiş, bunu əsaslandırmamışdır.

Generar-mayor L.Əliyev, Mərkəz rəisi olduğu dövrdə, tabeliyindəki vəzifəli şəxslərin fəaliyyətinə nəzarəti zəif təşkil etməsi nəticəsində həqiqi hərbi xidmətdən buraxılmış 33 nəfər şəxsin əsassız olaraq şəxsi heyətin siyahısından gec çıxarılması səbəbindən, eləcə də yanacaq, mənzil-istismar, əşya və digər xidmətlər üzrə mövcud olan çatışmazlıq və qanunsuz silinmələrə görə dövlətə ümumilikdə 166 min manatdan artıq məbləğdə maddi ziyan vurulmuşdur.

Bundan öncə verilmiş açıqlamalarda general-mayor L.Əliyevin Təlim və Tədris Mərkəzinin balansında olan dövlət əmlakını mənimsəyərək talaması, bir qrup işçilərə əsassız olaraq pul mükafatlarının ödənilməsi, ona verilmiş xidməti mənzilə, öz vəzifə səlahiyyətindən sui-istifadə edərək, Mərkəzin mənzil komissiyasına qanunsuz göstəriş verməklə göndərtdiyi məktuba əsasən yeni order alması və bunun ardınca Mərkəzin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş binanın 114,5 kv.m yaşayış sahəsini zəbt etməsi, habelə Mərkəzin bir nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunu döyərək fiziki təhqir etməsi faktlarına bir daha toxunmağa lüzum görmürəm və hesab edirəm ki, ictimaiyyətə bu haqda verilmiş məlumatların təfsilatına təkrarən varmağa ehtiyac yoxdur.

Məlum olduğu kimi, general-mayor L.Əliyev törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 331.3, 341.1 v 341.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş və istintaq zamanı yuxarıda göstərilən onun qanunsuz hərəkətləri şahid ifadələri və digər toplanmış istintaq materialları ilə tam sübuta yetirilmişdir.

Belə bir şəraitdə general-mayor Lənkəran Əliyevin hal-hazırda özünü «haqsızlığın qurbanı» kimi təqdim etməyə çalışması heç də təəccüblü deyil və yalnız təəssüf hissi doğurur. Təəssüf hissi ona görə doğurur ki, general hərbi rütbəsində olan bir şəxsin belə hərəkətlər etməsi nə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusuna yaraşır, nə də cəmiyyətdə ona hər hansı bəraət qazandırır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22
Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07
Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36
Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14
“Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11
Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07
Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05
Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59
Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55
Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51
Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48
"3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44
Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40
Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35
Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31
Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24
Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22
Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19
Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17
Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11
Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07
İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03
Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00
“Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56
Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru