AĞDAMDA AGENT AXTARIŞI BAŞLAYIB
Tarix: 30-04-2012, 12:32 |
Çap et
İCRA BAŞÇISI ONUNLA BAĞLI MƏLUMATLARI ÖTÜRƏNİ TAPSA, NƏ EDƏCƏK?
DİA.AZ: - Neçə müddətdir ki, ərazilərinin yarısından çoxu erməni işğalı altında olan Ağdam rayonunda cərəyan edən məmur özbaşınalıqları ilə bağlı oxucularımızı məlumatlandırmaqdayıq. Deyəsən, yazdığımız faktlar rayonun yerli rəhbərliyini əməlli-başlı narahat edib. Əgər belə olmasaydı, toxunduğumuz nöqsanları aradan qaldırmaq əvəzinə, Ağdamın icra başçısı postunu tutan Nizami Sadıqov rayonda «agent» axtarışına çıxmazdı.
Bu barədə DİA.AZ-a məlumatı verən rayondakı qaynaqlar bildirir ki, Nizami Sadıqov Ağdamda əli qələm tutan hər kəsin sorğu-sual edilməsinə qərar verib. Artıq bir neçə mətbu orqanın Ağdam nümayəndəsi təftiş edilib və onların rayondakı problemləri mətbuata ötürüb-ötürməmələri araşdırılıb.
Mənbəmiz onu da bildirib ki, birbaşa olaraq başçının göstərişi əsasında icra hakimiyyətinin işçiləri və eləcə də ərazi icra nümayəndələri rayondakı «agent»in kimliyinin müəyyən olunmasına səfərbər ediliblər. Hətta başçı belə bir ifadə də işlədib ki, əgər həmin şəxsi tutsa, Ağdamdan sürgün edəcək.
Nə deyirik ki… Axtaran tapar, Nizami müəllim…