GÜLƏR ƏHMƏDOVADAN ŞOK İTTİHAM
Tarix: 30-04-2012, 15:56 |
Çap et
CİNSİ ZORAKILIQ EDƏN ŞƏXS YENİDƏN İŞ ALIB
Milli Məclisin (MM) üzvü Gülər Əhmədova Azərbaycandakı internatlardan birinin işçisi haqında sensasiyalı faktlarla çıxış edib.
APA-nın xəbərinə görə, G. Əhmədova MM-də keçirilən “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” mövzusunda beynəlxalq konfransda bildirib ki, internat evində çalışan şəxslərdən biri həmin internatdakı oğlan uşağına qarşı cinsi zorakılıq edib. Deputat bildirib ki, həmin şəxsin əməli aşkarlanıb və o, həbs edilib. Lakin həmin adam həbsdən çıxdıqdan sonra yenidən, başqa bir internatda işə düzəlib. İnternatın konkret ünvanını açıqlamayan G. Əhmədova bildirib ki, bu cür halların qarşısının alınması üçün müvafiq qanunvericilik aktlarına dəyişiklik edilməlidir: “Müvafiq dəyişikliklər edilməlidir ki, uşaqlara qarşı zorakılıq hallarına yol vermiş insanlar bir daha uşaqlara yaxın dura bilməsin, yəni onların internatlara çalışmasının qarşısı alınsın”.