OQTAY ƏSƏDOV ŞTRASSERİ “BİABIR ETDİ”
Tarix: 1-05-2012, 12:24 |
Çap et
“BU ONUN SƏVİYYƏSİNİN GÖSTƏRİCİSİDİR”
“Ştrasserin Ukraynada keçiriləcək Avropa futbol çempionatını, Belarusda keçiriləcək xokkey çempionatını, Azərbaycanda keçiriləcək “Eurovision” mahnı yarışmasını boykot etmək çağırışı onun səviyyəsinin göstəricisidir”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin iclasında parlament spikeri Oqtay Əsədov deyib.
Spiker bildirib ki, həmin şəxs və Almaniyanın Ombudsmanı Azərbaycana qərəzlə yanaşır, ölkəyə təzyiq göstərmək istəyir.