“İRAN İLHAM ƏLİYEVDƏN TƏMİNAT ALIB”
Tarix: 1-05-2012, 12:28 |
Çap et
YƏHUDİ ƏSİLLİ DEPUTAT DANIŞDI
“İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfərindən sonra İran KİV-lərinin Azərbaycan əleyhinə çıxışlarının olacağını biz gözləyirdik və buna təbii yanaşırdıq. İran hər zaman Azərbaycan-İsrail münasibətlərindən narahatlıq keçirib. Azərbaycan bir ölkə ilə münasibətlərini qurarkən heç bir başqa dövlətdən razılıq almır. Azərbaycanın müstəqil xarici siyasət kursu var”.
Bu sözləri Modern.az-a Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov İran KİV-lərinin Azərbaycana qarşı çıxışlarına münasibət bildirərkən söyləyib.
Yevda Abramov xüsusi olaraq onu da vurğulayıb ki, İranın narahatçılığına heç bir əsas yoxdur:
“İran Azərbaycan prezidenti İlham Əliyev səviyyəsində ölkəmizdən bu ölkəyə qarşı istifadə olunmayacağı barədə təminat alıb”-deyə deputat söyləyib.