DİNDAR MƏHBUSUN İSTİNTAQI BİTİB
Tarix: 2-05-2012, 13:31 |
Çap et
MEHDİ MƏMMƏDOV MÜHAKİMƏ GÜNÜNÜ GÖZLƏYİR
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Mehdi Məmmədovun vəkili Zaman Səmədov İslamazeri.az-a bildirib ki, Hacı Mehdinin istintaqı yekunlaşıb. Vəkil deyib ki, Mehdi bəylə birlikdə istintaqın yekun nəticələri ilə tanış olduqdan sonra işi prokurorluğa göndərilib.
Artıq məhkəmənin təyin olunması gözlənilir.
Məhkəmə iclasları açıq keçəcək.
Xatırladaq ki, "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Mehdi Məmmədov fevral ayının 18-i polis bölməsinə çağırılmış, bölmədən çıxarkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmışdır. Hacı Mehdi Məmmədov Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaqda ittiham olunur.